Bürclər martda nə vəd edir?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 39059
Paylaş:
Səs ver:
(səs: 14)
Qoç
Həyatınızda baş verəcək situasiyalara nəzarət edə biləcəksiniz. Ola bilsin bəzi işləri həll etməyə tələsdiyinizdən problemləriniz yaransın. Həmçinin bu, gündəlik işlərə aiddir. Evdən tələm-tələsik çıxmayın, nə isə unuda billərsiniz.

Buğa
Sizi maddi problemlər gözləyir. Pulsuz olduğunu düşündüyünüz hər hansısa xidməti ödəməli olacaqsınız. Həmçinin sizin üçün maddi dəyəri böyük olan əşya itirəcəksiniz. Sevgiliniz sizi yaman qısqanacaq.

Əkizlər
Vaxtında görə bilməyəcəyiniz işə boyun olmayın. Düzgün zamanı gözləyin. Uzunmüddətli səfərlərə çıxın, uğuru məhz evdən kənarda əldə edəcəksiniz. Sevgilinizlə yaxşı vaxt keçirməklə bərabər başqaları ilə də flirt edəcəksiniz. Qeyri-sağlam qidalanma sağlamlığınıza zərər vuracaq.

Xərçəng
Bu ay ev işlərinə daha çox vaxt ayıracaqsınız. İdealda bu vaxtı uşaq və ya evdə təmir planlaşdırın. Sizə lazım olan insan yanınızdadır, yaxşı baxın. Özünüzü ticarətdə yoxlayın. Stabil zamandır, pulunuzu həm özünüzə, həm də hədiyyələrə xərcləyə bilərsiniz. Sağlamlığınıza diqqət yetirin.

Şir
Qərarınızdan çox şey asılıdır, özünüzü ən yaxşı tərəfdən göstərə biləcəksiniz. İşdə də ən önəmli qərarları sizə həvalə edəcəklər. Bu ay kiməsə maddi baxımdan yardım edəcəksiniz. Orqanizminizi bərpa etmək üçün masaj və müxtəlif terapiyalara müraciət edəcəksiniz.

Qız
Bu ay daha populyar olacaq və ailənizlə daha az vaxt keçirəcəksiniz. Qısqanclıq və inamsızlığınız münasibətləri kəskinləşdirəcək. İşgüzarlığınız ona gətirib çıxaracaq ki, sizə hədsiz dərəcədə güvənəcəklər. Artıq çəkidən fitnes və qaçışla azad olacaqsınız.

Tərəzi
Yazın ilk ayı anlayacaqsınız ki, gücünüzü səhv istiqamətdə tükətmisiniz. Kobudluğunuz əks cinsi sizə cəlb edəcək ki, bundan istifadə edəcəksiniz. Yeni işə başlayacaqsınız, bu da öz növbəsində maddi problemlər deməkdir. Gücünüzün artdığını hiss edəcəksiniz.

Əqrəb
Ətrafdakı insanlara fərqli baxacaqsınız. Yeni tanışlıqlar olacaq. Yarınıza ayrılıq qərarınızı bildirəcəksiniz, bunu çoxdan fikirləşirdiniz, ancaq lazımi zamanı gözləyirdiniz. İşinizin yaxşı getməsi üçün yeni işçilər cəlb edəcəksiniz. Yeni mənzil almaq üçün kredit götürmə ehtimalı var.

Oxatan
Martda çoxlu səyahət edəcək, yeni tanışlar tapacaqsınız və bundan böyük zövq alacaqsınız. Sevgilinizə son şans verəcəksiniz, sizinlə olmaq istəyir, ya yox. Maddi məsələlər özü-özünə həll olunacaq, gəlir və xərclərinizi heç hiss etməyəcəksiniz. Allergiyanız yarana bilər.

Oğlaq
Həyatınızı dəyişəcək seçim qarşısında qalacaqsınız. Soyuq başla və isti ürəklə qərar verin. Həyatınızı kiminlə paylaşmaq istədiyinizə dair qərar verməlisiniz. Bu ay pul sizin üçün vacib olmayacaq. Özünüzə müxtəlif xəstəliklər fikirləşməkdən çəkinin.

Dolça
Ünsiyyət üçün açıqsınız, ehtiyacınız olan keçmiş münasibətləri yenidən quracaqsınız. Sevgilinizi romantik gecələrlə təəccübləndirəcəksiniz. Yorulmadan işləyəcəksiniz. Çoxdan arzuladığınız bir hədiyyə alacaqsınız. Xarici görünüşünüzə əl gəzdirəcək və qarderobunuzu yeniləyəcəksiniz.

Balıqlar
Martda nə isə yaratmağa ilhamlanacaqsınız. Romantik ab-havaya çox vaxt ayıracaqsınız. Rəhbərlik sizdən çox iş tələb edəcək. Sevgiliniz üçün hər şeyə qadirsiniz. Hətta ona görə borca girə bilərsiniz. Konfliktli situasiyalardan və axşam gəzintilərindən uzaq durun.

loading...
(səs: 14)
Şərhlər:
Baxılıb: 39059
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv