Sevdiyiniz Bəyə Bürcünü Görə Təsir Edin.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 14 833
Səs ver:
(səs: 3)
Qoç Bürcünə Təsir Etmənin Yolları.
İdmançı və cazibədar bir kişidir. Ən diqqətə çarpan xüsusiyyəti tələskən və səbirsiz olmasıdır.Qarşısına qoyduğu məqsədlərə çatmaq və müvəffəqiyyətli olmaq onun həyatında ki, ən əhəmiyyətli şeydir.
Son dərəcə ehtiraslı, dinamik və cazibəli olan Qoç kişisini əldə etmək də onun diqqətində davamlı olmaq da çox çətindir.
Hisslərindən çox məntiqi ilə hərəkət edən Qoçdan romantik sevgi nümayişləri gözləməməli və ona da belə davranmamalısınız. Təcavüzkar qadınlardan heç xoşlanmaz amma kiçik şirin tərsliklərdən və nazdan xoşlanırlar.
Onu əldə etmək istəyirsinizsə hər vaxt marağını oyanıq tutun. Həmişə oxunmamış bir kitab kimi olun. Dinamik Qoçun diqqətini cəlb etmək üçün sağlam, güclü, dinamik və təbii görünməyə də diqqət göstərin. Artıq o sizindir!
Buğa Bürcünə Təsir Etmənin Yolları.
Buğaların bir qadında axtardığı ən əhəmiyyətli şərt gözəllik, zövq sahibi olması və baxımlı olmağıdır. Maddi dəyərlərə son dərəcə əhəmiyyət verir. Şirin sözlər eşitdiyində bir pişik kimi nazlanmaqdan xoşlanan Buğa, çox gözəl və sadiq bir aşiqdir.
Ən pis xüsusiyyətlərindən biri isə yataqda belə yemək yeyə biləcək qədər boğazına düşkün olmasıdır. Ümumiyyətlə sakitdir və iş həyatın da öz təyin etdiyi qaydalara nizamlı bir şəkildə icra edən Buğa kişisi asan asan əsəbləşməz. Ancaq işinə qarışıldığın da və tənqid olunduğu anda qorxunc üzü ortaya çıxar. Silik qadınlar heç ona görə deyil. Onun sizi əldə etməsini gözləməyin. Çünki, o başqalarının arxasından qaçmaqdansa öz arxasından qaçanları çox qonaqpərvər bir şəkildə evində qonaq etməyi seçər.
Əkizlər Bürcünə Təsir Etmənin Yolları.
Dəyişkən və qeyri-sabit bir kişi olan əkizləri əldə etmək çox vaxt asan iş kimi görünə bilər. Ancaq hörmətini və diqqətini qazanmaq çox çətindir. Çünki, o intellektual, ağlını və məntiqini yaxşı istifadə edə bilən qadınlardan xoşlanır. Bir qadına sahib olduğunu bilmək istəməsinə baxmayaraq onun üzərində hakimiyyət qurduğunu hiss etdiyi anda marağını həmin qadına qarşı itirər.
Ona özünüzdən bəhs edərkən həmişə məhdud olun. Təklikdən nifrət edən əkizlər kişisinə lazım olduğunda qardaş, dost, yoldaş, sevimli və ana olmağı bacara bilsəniz onu ələ keçirə bilərsiniz.
Ancaq indidən özünüzü onu başqalarıyla paylaşmağa və onu qısqanmamağa öyrəşdirin. Çünki sadiq olmayan bu kişi eyni zamanda qısqanclığı da heç sevməz.
Xərçəng Bürcünə Təsir Etmənin Yolları.
Mühafizəkar və kövrək Xərçənglərin ürəyinə geedən yola çatmaq istəyirsinizsə, əvvəl onun anasının ürəyini fəth etmək lazımdır. Çünki o ana quzusudur. Həmçinin evinə çox bağlıdır və bəzən xəstəlik dərəcəsində vasvası ola bilər.
Passiv bir kişi olan Xərçəngə, ürkütmədən yaxınlaşıb sevgi göstərməlisiniz. Bir əlaqəyə başlarkən isə son dərəcə sadiq və dürüstdür. Buna görə onu qısqanmağınıza heç ehtiyac yoxdur. Ancaq son dərəcə kövrək olan Xərçəng kişisinin sizə güvənməsi üçün onu dürüst olduğunuza inandırmalısınız. Şəhvətli, uşaq kimi kiçik qadınlardan xoşlandığını da sizlərə xatırladaq.
Şir Bürcünə Təsir Etmənin Yolları.
Mərd, tərifdən sonsuz zövq alan, gözüqara şirlər comərdliyi ilə tanınırlar. Hər zaman maddi dəyərlərə çox çox əhəmiyyət verir. İnsanı razı salma qabiliyyəti olduqca güclüdür. Qarşısında ki, insana təsir etmək üçün bütün yollara əl atacaq. Və ən diqqətli olmanız gərəkən istiqamətlərindən biri də rola girə bilmək qabiliyyətidir.Hər zaman sizi aldatmağa, əldə etməyə çalışacaq.
Ona istədiklərini verirmiş kimi davranın. Onu öpün, oxşayın, fövqəladə sevgi nümayişlərində olun amma əsla aşiq olduğunuzu qəbul etməyin. Beləcə o davamlı sizi əldə etmə çalışacaq ki, bu da sizə dəyər verməsini təmin edər. Daim dəbdəbəli və başdan çıxarıcı olun, bax o zaman sizin üçün dəli olacaq.
Qız Bürcünə Təsir Etmənin Yolları.
İşdə romantiklikdən uzaq, eşqdən qorxan bir kişi. Qızlar olduqca passivdir, başqa insanlarla özünü paylaşmaqdan qorxan, sadə və tez aldanan kişilərdilər.
Bir qızın sizdən xoşlanıb xoşlamadığınz hərəkətlərindən və yersiz tənqidlərindən anlaya bilərsiniz.
Sevgisi sanki, okeanın ortasındadır.Fırtınaya tutulmaqdan qorxan bu bürcün kişiləri, romantizmdən də son dərəcə uzaqdılar.Bunlara baxmayaraq ona bahali hədiyyələrlə təsir edə bilərsiniz. Bir Qız kişisiylə bərabərkən çox bədxərliyə ehtiyac olmaz. Təmiz vəsəliqəliı bir qadın ola bilməniz kifayətdir.Bununla siz onun sevgisini qazana bilərsiniz. Əgər onun bitmək bilməyən xəstəliklərinə və şikayətlərinə dözə bilsəniz, sevgi göstərəcəyi günlərin xəyali ilə yaşaya bilərsiniz.
Tərəzi Bürcünə Təsir Etmənin Yolları.
Bürclər qurşağının ən centlmen, çaşdırıcı, hiyləgər kişisiylə birlikdə olmağa namizədsinizsə indidən passiv bir rola girin. Son dərəcə nəzakətli, zərif, qəşəng və sehr dolu bir havası olan Tərəzi kişiləri təriflənərkən və məğrur görünür və bundan zövq alar. Ədəb qaydaların yaxşı bilirsinizsə və onlara riayət edirsinizsə, fiziki gözəlliyiniz onun üçün əhəmiyyətini itirər. Sədaqətinizdən,sevginizdən əmin olduğu müddətə qədər sizinlə olmaq istəyəcək. Onu əldə edə bilmək üçün zərif, səssiz və gözəl olmalısınız. Tərəzi kişiləri güclü, təcavüzkar, hökmlü qadınlardan xoşlanmazlar.
Az danışan, hərəkətləri və sözləri lə onu təsdiqləyən qadınlarla birlikdə olmağı seçərlər.
Əqrəb Bürcünə Təsir Etmənin Yolları.
Olduqca enerjili olan Əqrəblər hər cəhətləri ilə son dərəcə güclüdülər.
Təcavüzkar, sadist,z və düşüncəsiz ola bilər. Bəzən heç danışmaz amma bəzən də tam tərsi mehriban bir aşiq olar. intimual performansı hər vaxt hazırda olan əqrəb kişislərini əldə etmək istəyirsinizsə baxımlı, şəhvətli, itaətkar və sadiq bir qadın olmanız lazımdır.
Son dərəcə qısqanc olduğu üçün onunla birlikdə olmaq çətindir. Yaradıcılığınızı, anlayışlı quruluşunuzu ön plana çıxardaraq onun diqqətini çəkə bilərsiniz.
Oxatan Bürcünə Təsir Etmənin Yolları.
İrəli fikirli, açıq fikirli, zarafatcıl və cana yaxın bir quruluşu olan Oxatan kişiləri, sizə çox maraq göstərdiyi bir anda ortadan yox ola bilər. Çünkiazadlığına son dərəcə önəm verir. Əgər onu əldə etmək istəyirsinizsə əsla ciddi bir məqsədlə yaxınlaşdığınızın hissini oyandırmayın və suallarınızı,kobud şəkildə verməyin. Onu əsəbləşdirməyin.Onula əvvəl dost olun, problemlərinizi, zövqlərinizi paylaşın. Ən əhəmiyyətlisi göz oxşayan, görkəmli, canlı və hərəkətli olmanızın lazım olduğunu unutmayın. Azadlığına qətiliklə qarışmayacağınızdan əmin olmasını da təmin edin. Bütün bunları edə bilsəniz bu şən kişi ilə birlikdə olma şansını əldə edə bilərsiniz.
Oğlaq Bürcünə Təsir Etmənin Yolları.
Bürcü kimi inadkar, davamlı planlar cızan, vicdanlı məsuliyyəli son dərəcə güclü bir kişidir. Pulunu çox sevər, bədxərc deyil. Uzun uzun danışmaqdan,xoşlanar. Əgər bir Oğlağı əldə etmək istəyirsinizsə əvvəlcə onu heyranlıqla dinləməyə və səhər gözünüzü açar açmaz maddi söhbətlər etməyi öyrənin.
Bir Oğlaq üçün qadındakı ən əhəmiyyətli xüsusiyyət, bədxərc olmaması və iqtisadi olmasıdır. Məsuliyyətdən qorxan bu kişinin ən böyük qorxusu ailə həyatıdır.
Dolça Bürcünə Təsir Etmənin Yolları.
Ağıllı ,özünü bəyənmiş bir kişi və təsir edici bir aşiqdir. Ancaq bir dolça kişisindən xoşlanırsınızsa çox diqqətli olmalısınız Çünki,azadlığına olduqca bağlıdır və davamlı yaşayış yerini dəyişdirmək istəyər. Ağlını istifadə edərək əldə edəcəyi hər şeydən həzz alar. Buna görə onu əldə edə bilmək üçün, əvvəlcə hisslərinizi gizli saxlamağı öyrənməlisiniz. Onun sizi araşdırmasını, təmin etməniz lazımdır. Ancaq sizi çözə bilməsə uzaqlaşmağa başlayar, buna diqqət edin. Yalandan nifrət edən dolça kişisinin bir başqa xüsusiyyəti də şişirdilmiş bir şəkildə özünü bəyənməsidir.Bir adama bağlanması olduqca çətindir.
Balıqlar Bürcünə Təsir Etmənin Yolları.
İşdə gerçək Qazananov! Comərd bir aşiq, hər an romantizmin zirvəsin də yaşayan bir xəyalpərəst. Əgər sevgi dolu bir eşqə və intimdə xəyal edə bilməcəyiniz anları yaşamaq istəyirsinizsə onu əldə etmək üçün vaxt sərf etməyə dəyər. Son dərəcə həssas kişi olan balıqlar, bütün bu gözəl xüsusiyyətlərinin bərabərin də ehtiraslarına görə çəkilməz bir insan da ola bilər.
Onu əldə etmək istəyirsinizsə dayanmadan ona qarşı maraq və sevgi göstərməlisınız, tez-tez sevdiyinizi söyləməli, eşqi üçün təşəkkür etməlisiniz, ana hər şeydə anlayış göstərməlisiniz. Çünkü, romantik və cüt xarakterli balıqlar çox narahat insandılar.
Tərcümə etdi:Sadəcə_Mən
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 14 833
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri