Müxalif bürclər evlənərlərsə, nə baş verər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 12883
Səs ver:
(səs: 9)
Bürclərin uyğunluğu astroloqların ən çox müzakirə etdiyi mövzulardan biridir. Bu mövzunu o qədər ciddi qəbul edənlər var ki, hətta xəstəlik dərəcəsinə çatır. Müxalif bürclərlə eyni məkanda olmaq istəmir və evlənmirlər də... Bu qərarların ulduznamə  qaynaqları ilə əlaqəsi var. Bu kitab bürclərin uyğunluğu sahəsində qəti hökmlər verir.
Bununla bağlı müxtəlif fikirlər və ssenarilər var. Bəzi astroloqlar bir-birinə uymayan bürclərin evlənməsi sağlam evlilik qura bilməyəcəyini desə də, bəzi astroloqlar intellektin və dünyagörüşünün də təsiri olduğunu deyir.
Yəni, bürclərin bir-birinə uyması vacibdir lakin intellekt, savad artdıqca, insanlar mənfi və səhv hərəkətlərini görür, hətta nə cür davranmaq lazım olduğunu yaxşı bilir.
Müxalif bürclər evlənərsə?
Bürcləri uymayan insanların evliliklərində davaların və mübahisələrin əskik olmadığı, hətta əvvəl-axır boşanacaqları düzgün fikir deyil. Lakin bürclərin təsirini heçə saymaq da doğru deyil. Məsələn, əkizlər qadını ilə oğlaq kişini birlikdə təsəvvür edin.  Əkizlər üçün azadlıq həyatı əhəmiyyətə sahibdir. Onların azadlıq ehtiyacı və tələbatı ən yüksək həddədir. Əgər onların azadlıqlarını məhdudlaşdırsanız, həyat enerjilərini və sevgilərini də azaltmış olarsınız.  Oğlaq bürcü kişisi isə daha çox qayda və qanunlara, adət-ənənəyə, standartlara uyğun davranmağı müdafiə edir. Dolayısı ilə oğlaqlar üçün azadlıq, qəbul edilməz, hətta zərərli bir xüsusiyyətdir. Bu iki bürc həyata fərqli pəncərələrdən baxır. Belə bir baxış isə evlilik boyu narahatlığa, söz-söhbətə və böyük mübahisələrə səbəb ola bilər. Bürclər arasında bir-birinə zidd olan əkizlər və oğlaqlardır. Onların birlikdə xoşbəxt olacaqlarını söyləmək çətindir.  Lakin ətrafımızda bunu yalanlaya biləcək bir neçə nümunə var. Bürcləri uymadığı halda yola gedən və yaxşı münasibət qurmağı bacaran insanlar da var.
Bürcləri uymadığı halda xoşbəxt olan cütlüklərin ortaq nöqtəsi isə, başqalarının hüquqlarına sayğı ilə yanaşmasıdır.
Evlənməzdən əvvəl bürclərin uyğunluğu haqqında məlumat toplamaq lazımdır. Çünki ən azından qarşı tərəfin hansı xüsusiyyətlərə sahib olması haqqında xəbəriniz olacaq və hansı vəziyyətlərdə necə davranmalı olduğunuzu əvvəlcədən bilmiş olacaqsınız.
(səs: 9)
Şərhlər: 4
Baxılıb: 12883
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Wiyinka
men burclere inaniram.ona gorede caliwaram ki,evleneceyim insanla burcum uygunlawsin..
2 aprel 2013 20:04
4
Offline
ALONE
Sitat: AYGUN18
100% duzdu oglaq burcuyle hec aram yoxdu cox sert olurlar . .en yaxisi yene ekizlerdi .aramalarimi o yonden aparaciyim qaliba 06

Ayy qiiz men Oglaq burcuyeem coox serteem meyer??? shok
2 aprel 2013 19:40
3
Ele exlaqli ol ki duşmeninde seninle duşmen olduguna utansin!!
Offline
vipbetul
men bele seylere inanmiramee,menge kimse evlenende burglere baxmir
2 aprel 2013 19:10
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ALONE
bu burcler haqqinda esidende cinlerim tepeme cixiiree eeeeeehhhhhh shok
2 aprel 2013 19:04
1
Ele exlaqli ol ki duşmeninde seninle duşmen olduguna utansin!!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri