Bürclərə görə xəstəliklər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 9 227
Səs ver:
(səs: 11)
Astrologiyanın, yalnız insanların təməl xarakteristika xüsusiyyətlərini əks etdirmədiyini, bürclər, planetlər və evlərin müəyyən orqanları da təmsil etdiyini ifadə edən astroloqlara, astrologiya ilə sağlamlıq arasında yaxın əlaqə olduğunu söyləyir.
Xəstəlik mövzusunda ən səhv fikirli bürclər Xərçəng və Balıq, ən canı şirin Tərəzi, ən tez yaxşılaşan, sağalan Əqrəb və ən dayaqlı isə Oğlaq bürcüdür. Bürclərin, sağlamlıqla əlaqələri belədir:

Bürclərə görə xəstəliklər

Qoç bürcü:
Xüsusilə baş bölgəsi həssas olan Qoç bürcünün ən sıx şikayətləndiyi xəstəliklər, baş ağrısı, istilik yüksəlməsi beyin iltihabı, əzələ xəstəlikləri, yüksək təzyiq.
Tələsik, ani və hücum üzündən qəzalara açıq olan Qoç bürcü, Tərəzi bürcündən gələn zidd təsirlərlə böyrək və bel bölgəsində həssaslıq yaşaya bilir.

Buğa bürcü:
Buğa bürcünün ən həssas bölgəsi boyundur. Səs telləri, qulaqlarla əlaqədar sağlamlıq problemləri də Buğa bürcünü təsirinə alır.
Əqrəb bürcündən gələn zidd təsir ilə cinsi orqanlar, ifrazat üzvləri də həssas ola bilir. Kişilərdə prostat, qadınlarda yumurtalıq xəstəlikləri görülə bilər.

Əkizlər bürcü:
Bu bürcün insanın sinir sistemləri çox güclü deyil. Ayrıca çiyinlər, qollar və əllər həssasdır. Körpücük sümüyü, çiyin və qol ağrıları, barmaqlarla əlaqədar problemlər, əsəbi narahatlıqlar görülə bilir.
Əkizlər bürcündə, Oxatan bürcündən gələn zidd təsir ilə omba və qıçla əlaqədar ağrılar, revmatizm, qaraciyər həssaslığı, allergiyalar ortaya çıxa bilir.

Xərçəng bürcü:
Xərçəng bürcünün ən həssas bölgəsi sinə qəfəsi və mədə. Gastrit, xora, 12 barmaq bağırsağı iltihabları, həzmsizlik problemləri, bu bürcün ən sıx şikayətləndiyi şikayətləri meydana gətirir.
Oğlaq bürcündən gələn zidd təsir ilə skelet sistemi və dəri həssaslığı ola bilir. Acı  və ağrıya dayanıqsız Xərçəng bürcü, narahatlıq və səhv düşüncə üzündən kiçik bir mövzunu böyüdüb, ‘baxımı çətin xəstə' halına gələ bilir.

Şir bürcü:
Ürək və kürək bölgələri həssas olan Şir bürcü, ürək narahatlıqları, ürək revmatizmi kimi xəstəliklərə rast gəlinir
Şir bürcü, kürək, əzələ ağrıları, onurğa və bel sümüyü narahatlıqlarına meyllidir.

Qız bürcü:
Bu bürc insanda həzm və mərkəzi sinir sistemi həssas olduğu üçün sişik xəstəliklər görülə bilir.
Bağırsaq problemləri, qarın pərdəsi iltihabı və həzmsizlik yaşaya bilən Qızların Balıq bürcündən aldıqları zidd təsir  nəticəsi ən həssas bölgələrindən biri də ayaqlarıdır.

Tərəzi bürcü:
Böyrəklər və bel bölgəsi həssas olan Tərəzi bürcündə, əzələ, sümük və sinir ucları ağrıları ən sıx görülən narahatlıqlardır. Bu bürcün nümayəndələrinin yoluxucu xəstəliklərə qarşı dayanıqlılığı yoxdur.
Zidd bürc olan Qoçdan gələn sərt təsirlərlə baş bölgəsi və gözlərdə həssaslıq yaşana bilir. Canları çox şirin olan Tərəzilər, odlanıldıqlarında həddindən artıq diqqət və sevgi görməyi gözləyir.

Əqrəb bürcü:
Kişilərdə prostat, qadında yumurtalıq narahatlıqları görülə bilir. Buğa bürcündən aldıqları zidd təsir ilə boğaz, qoxu və dad alma orqanları da həssas olan Əqrəblər, bürclər içində ən güclü bünyəyə sahib olanıdır.
İradələriylə xəstəliklərlə döyüşməkdən çəkinməyən bu bürcün insanı, tez sağalma xüsusiyyətinə sahibdi.

Oxatan bürcü:
Qaraciyər, revmatizm kimi narahatlıqlara meylli olan  Oxatan bürcündə, diş əti narahatlıqları və sümük əriməsi görülə bilir.
Əkizlər bürcündən aldıqları zidd təsir ilə sinir sistemləri zəif olan Oxatanlar, əsəbi mənşəli narahatlıqlara diqqət yetirməlidir.

Oğlaq bürcü:
Bədənlərinin ən həssas bölgəsi sümüklər olan Oğlaqlar skelet sistemi, dişlər, oynaqlarda, düz qapağı və müxtəlif ortopedik problemlər görülə bilir.
Revmatizm ağrıları çəkə bilən Oğlaq bürcü, Xərçəng bürcündən gələn zidd təsir nəticəsi mədə və həzm sistemlərində də həssaslıq hiss edə bilir. Ağrılara dayanıqlı olan Oğlaq bürcü, başqalarının dərhal şikayət etdikləri ağrılara günlərlə dözüm bilir.

Dolça bürcü:
Dolça bürcünün ən həssas nöqtələri, əzələləri sistemləri. Zəhərlənmə, yüksək istilik, qıç damarlarında duz, baldır və bilək ağrıları bu bürcün insanın şikayətləndiyi xəstəliklər arasında.
Şir bürcündən aldıqları zidd təsir ilə ürəkləri və onurğaları həssas olan Dolçalar, ümumiyyətlə özlərinə yaxşı baxarlar. Sağlamlıq mövzularına ağıllıca yaxınlaşar, tibbi inkişafları izləyərlər.

Balıq bürcü:
Ayaqları və sinir sistemləri həssas olan Balıq bürcü insanları, sişik narahatlıqlara daha meylli. Mikrobik xəstəliklərə müqavimətləri az olan Balıqların linfa sistemləri də zəif ola bilir.

Mənbə: QaDıNLaR.BiZ
(səs: 11)
Şərhlər: 6
Baxılıb: 9 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri