Dekorasiyada bürc rəngləri

Müəllif: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 8858
Paylaş:
Səs ver:
(səs: 11)
Bütün rənglərin bir mənası var və rənglər insan psixologiyasını təsir edir. Astrologiyada da əks olunan bu təsiri və rənglərin bürclərdəki dilini astroloq yazar Musa Yeşiltaşa soruşduq.

Qoç bürcü:
Döyüşkən Marsın idarə etdiyi qoç bürcləri üçün ən ideal rəng qırmızıdır. Xüsusilə qırmızının açıq tonları tamamilə bu bürcün nümayəndələrinə xitab edər.

Buğa bürcü:
Lüksün və bolluğun kraliçası olan Veneranın rəhbərliyindəki buğa bürclərinin rəngi yaşıldır. Yaşıl, buğaların çox sevdiyi etibarı, pulu və təbiəti təmsil edər.

Əkizlər bürcü:
Ağılı və hərəkətliliyi təmsil edən Merkuri, əkizlər bürclərinin idarəçisidir. Bu bürcdəki insanlar civə kimi hərəkətli və sürətlidir. Rəngləri gümüşü, mavi, boz və sarıdır.

Xərçəng bürcü:
Zəriflik, təmizlik və analığı timsalı Ay, bu bürcə mənsub insanların idarəçisidir. Xərçəng bürcləri idarəçi planetlərinin rəngi kimi ağ və krem rənglərini və digər açıq rəngləri seçməlidirlər.

Şir bürcü:
Güclü günəşin rəhbərliyində olan şir bürcünün nümayəndələri eynilə idarəçi planetlərinin rəngləri kimi sarı, narıncı və qırmızı rəngdən xoşlanarlar. Həmdə hər cür parlaq və dəbdəbəli rənglər də onlar üçün uyğundur.

Qız bürcü:
Təmiz, diqqətcil və sağlamlıqlarına vasvası  insanlar olan qız bürcünün münayəndələri üçün yaşıl rənginin çılğın tonları uyğundur.Mavi, qəhvərəngi və boz rənglərin idarəçiləri olan Merkuri  qız bürcünün rəngləridir.

Tərəzi bürcü:
Gözəllər gözəli Veneranın rəhbərliyindəki bu zərif bürc üçün ideal rənglər bənövşəyi,  göy mavisidir. Yaşıl tonları və ametist rəngi də tərəzi bürcünə xitab edər. Əlbəttə rənglər qədər estetik və uyğunlaşma da tərəzilər üçün imtina edilməzdir.

Əqrəb bürcü:
Plutonun güclü maqnetik təsiri altında olan əqrəblər üçün müzakirə edilməz rənglər qara və göydür. Tünd qırmızı, bordo və bənövşəyi rəngləri də onların dərin və sarsılmaz təbiətlərinin ifadəsi ola bilər.

Oxatan bürcü:
Yupiterin optimist enerjinin təsirində olan oxatanlar üçün lila, yasəmən və bənövşəyi rəngləri imtina edilməzdir. Ametist rəngi və mavi də oxatan bürcünün nümayəndələrinin alicənab təbiətlərinin bir nümayəndəsidir.

Oğlaq bürcü:

İntizamlı Saturnun rəhbərliyindəki oğlaq bürcünün nümayəndələri daha çox ciddi rəngləri seçərlər. Qara və tünd qəhvərəngi onların ideal rənglərindəndir. Boz, bənövşə rəngi və tünd mavi də oğlaq bürcünü ifadə edən rənglər arasındadır.

Dolça bürcü:
Elektrikin və dahiliyin idarəçisi olan Uran planeti, dolça bürcünün gözəl insanlarının da idarəçisidir. Bu bürcdə doğulanların ideal rəngi qətiliklə və qətiliklə  mavidir.

Balıq bürcü:
Okeanları və arzuları idarə edən Neptun, balıq bürcünün nümyəndələrini da idarə edər. Bu həssas və narın insanlar uçuq ağ rəngindən, uzaq dəniz yaşılından və əlbəttə dumanlı mavidən təsirlənərlər.

/Mənbə:Qadınlar.biz/




loading...
(səs: 11)
Şərhlər:
Baxılıb: 8858
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook