Bürcünə görə necə ata olduğunu öyrən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 8 337
Səs ver:
(səs: 3)
Qoç bürcü
Qoçlar hökm etmə xasiyyəti sayəsində qarşıdakı yaşlarında uşaqlarının həyatına çox müdaxilə etsələr də, isti və əyləndirici atalardır. Uşaqlarıyla dost kimi gəzişməyi, əylənməyi sevər. Körpəniz üçün istəyə biləcəyiniz  qürurlu, dostcanlı ata qoçdur.

Buğa bürcü
Buğa bürcü kişiləri böyük ehtimalla oğlan sahibi olmaq istəyəcəklər. Amma qız uşaqlarını da xüsusi bir şəfqətlə qoruyaraq sevəcək. Onlar mehriban, isti, simpatik və səbrli atalardır. Uşaqları üçün rahat bir gələcək hazırlamaq istəyəcəklər. Yalnız fədakarlıqla kifayətlənməyib zamanını, sevgisini və maraq əlaqəsini də uşaqlarına həsr edəcək yenə də möhkəm intizam tətbiq tərzindən dönməyəcəklər. Hələ buğa hirsinin alovlandığı anlarda hirsi dayanana qədər diqqətli olun.

Əkizlər bürcü

İntizamçı bir ata deyil, amma uşaqlarla arası yaxşıdır. Təzyiq etmədən, yoldaş və sirdaş olmağı bilən bir atadır. Öz təkrarlanan bir həyatdan xoşlanmadığı üçün uşaqları ilə əlaqələri də əyləncəli və şəndir. Bir gün tənqid etdiyi bir vəziyyəti başqa bir gün təqdir edə bilər. Bəlkə bu təzadlar uşaqların başını qarışdıracaq qədər tətbiqi sevməyən, əyləncəni, macəranı sevən bu ata uşaqların xoşuna gələcək. Təbii ki, bəzən verdiyi sözləri dəyişən xarakteri səbəbiylə xatırlamayacaq. Bu da verdiyi sözləri tutmamasına səbəb olacaq. Uşaqlar fəaliyyətlərinə mane olmaz, ayağına dolanmazlarsa bu onu daha məmnun edəcək. Şüurlu bir şəkildə cəhd göstərib uşaqlara sevgisini göstərməyə diqqət yetirməli, yoxsa tipik əkizlər soyuqluğu uşaqları sevildiklərini düşünməkdən ayırmazlar.

Xərçəng bürcü
Səbrli şəxsiyyətləri səbəbiylə mükəmməl ata olarlar. Uşaqlarının bütün problemləriylə yaxından əlaqəli olacaq. Xərçənglər sevdiklərinin özlərinə arxalanaraq dayandıqlarını gördüklərində digər bürclərin əksinə kədərlənərlər. Çünki o dayaq olma işini xoşbəxtliklə etməkdədir, bu vəzifənin bitməsi onu təkləşdirər, sevdiklərini itirdiyi andakı kimi tünd xasiyyətləşər, o əksinə xərçəng olar. Onun uşaqlarının böyüdüyünü qavraya bilməsi çətindir, amma qeyri-mümkün deyil. Mükəmməl ata xərçəng, uşaqlarına qarşı çox həssas davranacaq, onlarla uşaqlıqlarını paylaşacaq.

Şir bürcü
Şirlər geniş ailələri sevməzlər, ya heç uşaqları yoxdur ya da tək uşağı vardır. İsti, xoşgörüşlü mükəmməl atalardır halbuki. Tərbiyə mövzusunda uzun konfranslar verə bilər və uşağı yola gətirmək üçün israrlı davrana bilər. Amma sonunda istədiyi hörməti əldə edər. Bəlkə uşaqlar atalarının özünü bəyənməsi, hər vaxt haqlı olması kimi xasiyyətlərindən nifrət edə bilər. Və bu münasibətlərin səbəb ola bilər, amma şirin qüruru qırılmadığı müddətcə hər şey asanlıqla həll ediləcək.

Qız bürcü
şızlar ata olmaq üçün dəli divanə olmazlar. Kiçik bir ailələri olmasını istəyərlər. Uşaqları olunca uşaqlarına çox düşkün olarlar. Məsuliyyətlərini unutmazlar. Ağıllı və mədəni bir ata olaraq, uşaqlarının dərsləriylə təhsil həyatları boyunca yaxından maraqlanar. Nizamlı və intizamlı uşaqlar böyütmək arzusundadır. Böyük ehtimalla uşaqların daha kiçik yaşda bir kitabxanaları olacaq. Uşaqlarını çox ərköyün böyütməzlər. Tənqidə meylli olması bəzən uşaqlarda mənfi xüsusiyyətlər yarada. Üstəlik qız sevgisini göstərmədə də çox müvəffəqiyyətli deyil. Bunun üçün xüsusi bir səy sərf etməsi lazımdır.

Tərəzi bürcü
Sakit və ədalətli bir atadır. Uşaqlarınız da atalarının cazibədarlığına qapılacaqlar, müzakirələrindən nifrət edəcəklər. Tərəzi kişisi səbirizliklə uşağının olmasını gözləməz. Amma uşaqları olduqdan sonra uşaqlarına dəli kimi düşkün bir ata olacaq. Amma bu sevgi heç bir zaman həyat yoldaşına qarşı hiss etdiyinin yerini almayacadır. Tərəzilər üçün əvvəl həyat yoldaşından sonra uşaqlar gəlir.

Əqrəb bürcü
Sərt bir atadır, tənbəlliyi bağışlamaz. Uşaqlar sahib olduqlarının dəyərini bilmək məcburiyyətindədir. Avtoritar olması uşaqları tərəfindən xoş qarşılanmasa da o uşaqlarını düşündüyü üçün belə davranmaqdadır. Uşaqları öz ayaqları üzərində dayanmağı öyrənəcəklər. Nəzakətli, müşfiq və komik ola bilər, amma əmr edici rəftarlarından imtina etməz. Əgər romantik uşaqları varsa onlar üçün incidici ola biləcək bu vəziyyət uşaqların içə bağlanmalarına və psixoloji problemləri olmasına səbəb ola bilər. Ona  uşaqların vəziyyəti izah edilməli və hərəkətlərində daha yumşaq olması istənməlidir.

Oxatan bürcü
Oğlanlarına daha yaxınlıq hiss edərlər. Uşaqlar böyükolarkən daha rahat ünsiyyət qurarlar. Daha çox da dost olacaq, çöldəki azad yaşamını onlarla paylaşacaq və tək qalmaq istədiklərində belə tək buraxmayacaq. Uşaqların sirlərini maraqlanıb, araşdıracaqlar. Uşaqlar eşqbazlıq etdiyində əsəbiləşmək yerinə bu vəziyyət onları əyləndirəcək.

Oğlaq bürcü
O tam bir atadır. Hörmət və itaət gözləyəcək, qarşılığında fədakar və dürüst olacaq. Onlar uşaqlarını ərköyün böyütməzlər, lazım olduğunda cəzalandırmağı bilərlər. Uşaqların vəzifələrini edib etmədiklərinə diqqət yetirəcək amma onların fəaliyyətlərinə də icazə verəcək. Hətta oğlaqlar baba olduqlarında çox gənc görünmələri və hiss etmələri sayəsində nəvələriylə də yaxşı əlaqə içində olarlar. Uşaqlarının da öz kimi etibarlı olmasını istəyərlər.

Dolça bürcü
Yaxşı bir dinləyicidir. Uşaqlarının problemləri nə qədər uşaqca və xəyal  olursa olsun onlarla maraqlanacaq. Uşaqların riyaziyyat dərsləriylə başları bəlada olmayacaq, çünki problemləri həll edəcək bir ataları olacaq.

Balıqlar bürcü

Xəyalçı və nağılçı bir ata uşaqların xoşuna gələcək. Üstəlik bu ata oyun oynamağı da çox sevir. Sakit və bölüşməyi bacaran quruluşu onu uşaqlar üçün hər şeydən əvvəl yaxşı bir dost edəcək. Anaları cəzalandırmağa hazırlanarkən o uşaqların dərdlərini dinləyib həll tapmağa hazırlanacaq. Gəzmələr, mədəni fəaliyyətlər, idman, əylənmək üçün nə varsa uşaqları ilə birlikdə sınaqdan keçirtməkdən çəkinməyəcək.

/Mənbə:Qadınlar.biz/
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 8 337
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri