Büclərə görə ağıl və düşüncə tərzi

Müəllif: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 6255
Paylaş:
Səs ver:
(səs: 7)
Xəritənizdə Merkurinin mövqeyi ağlınızı necə istifadə etdiyiniz haqqında əhəmiyyətli ipucları verər. İntellektual fəaliyyətlər və danışma formamızda belə fəaliyyətini göstərəcək
Merkuri mövqe olaraq ancaq bürcünüzdə ya da bürcünüzdən bir əvvəlki və ya bir sonrakı bürcdə ola bilər. Məsələn əkizlər bürcündə doğulmusunuzsa Merkuriniz əkizlərdə ya da buğa və xərçəngdə olacaq.

Qoçdakı Merkuri: Sürətli düşünər. Yeni düşüncələrə açıqdır. Sözlərini əsirgəmədən danışa bilər. Təhlükəli vəziyyətləri hiss edərək dərhal reaksiya verə bilər. Bir fikri inandırıcı şəkildə ortaya qoya bilər. Sürət tələb edən işlərdə müvəffəqiyyətlidir. Səbr və həddindən artıq diqqət tələb edən işlər ona görə deyil.

Buğadakı Merkuri: Yavaş amma həzm edərək öyrənər. Öyrəndiklərini bir daha unutmaz. Praktik düşüncələrə malikdir. Xərc şüuru vardır. Vədəli işlərdə son dərəcə müvəffəqiyyətlidir. Yeniliklərə çox açıq deyil.

Əkizlərdəki Merkuri: Son dərəcə cəld civə kimidir. Öyrənməyə açıqdır. Çox sürətli danışa bilər və hərəkət edə bilər. Yeni şeylərə adaptasiya olmaqda ustadır. Düz danışma xarici dil və təqlid qabiliyyəti də vardır. Narahat və meymun iştahlı da ola bilər.

Xərçəngdəki Merkuri: Hissiyat yüklü asan təsirlənən bir ağlı vardır. Keçmişdə yaşananlar onu davamlı məşğul edə bilər. Yaddaşı güclüdür. Qabiliyyətli bir əhvalat izah edicisi ola bilər. Hissiyat gücü yüksəkdir buna görə psixoloji məsləhətçilik ona uyğun ola bilər. Böyük risklər almağı sevməz.

Şirdəki Merkuri:
Böyük proyektləri sevər və özündən əmin bir şəkildə danışar. Düşüncələri ilə maraq oyandırmağı sevər. Müəyyən sabit fikirləri vardır. Yönəldici sahədə müvəffəqiyyətli ola bilər. İstiqanlı və comərd fikirləri vardır. Düşüncələri ilə canlandırıcı və ilham vericidir. Ümumiyyətlə optimistdir. Ancaq həddindən artıq vəziyyətlərdə çox  qürurlu hərəkət edə bilər.

Qızdakı Merkuri: Son dərəcə diqqətlidir və diqqətli düşünə bilər. Yaxşı bir təşkilatçıdır. Dəqiq, qəti bir tərzi vardır. Düşünmə qabiliyyəti çox inkişaf etmişdir. Çox dəqiq düşündüyü üçün bəzi yönlərdə çətinlik çəkə bilər. Hətta mənfi vəziyyətlərdə çox tənqidi və davamlı şikayət edən bir rəftar da sərgiləyə bilər.

Tərəzidəki Merkuri: Uyğunlaşma gətirən uğurlu düşüncələrə malikdir. Estetik baxımdan inkişaf etmiş bir ağlı vardır. Hadisələri tərəfsiz olaraq görməyə çalışar və səs-küydən, tələsikdən xoşlanmaz. Qərar verməyi uzun çəkər. Dost canlısı ictimai mövzularda müvəffəqiyyətli və etdiyi işə zəriflik və sənət qatan biridir. Ancaq çox rəqabət tələb edən işlərdə müvəffəqiyyətli olmaya bilər.

Əqrəbdəki Merkuri: Qərarlı araşdıran və hiss sahibli bir ağlı vardır. Bir dedektif kimidir. Hadisələrin ardında yatan gerçəkləri açığa çıxarda biləcək qabiliyyətlərə malikdir. Müəyyən zaman mərhəmətsizcə danışa bilər. Konsentrasiya qabiliyyəti vardır. Hissləri ümumiyyətlə doğrudur. Ancaq mənfi yönüylə çox israrçı və həddindən artıq gizləyici də ola bilər.

Oxatandakı Merkuri:
Geniş düşünməyi sevən  biridir.  Diqqəti ümumiyyətlə dağınıqdır. Ancaq bu mövqe adamı optimist istiqanlı və çox yönlü biri edər. Düşüncələrində fanatik olma riski də vardır.

Oğlaqdakı Merkuri: İş düşüncəsi çox inkişaf etmişdir. Çox yaxşı bir təşkilatlaşdırıcı ola bilər. Həqiqidir və qaydalara əhəmiyyət verər. İntizamın olduğu yerdə rahatlayar. Həqiqi rəftarı səbəbi ilə başqaları tərəfindən çox pessimist tanına bilər. Hətta soyuq bir danışma tərzi də ola bilər. Ancaq ehtiraslı və məsuliyyət sahibidir. Həddindən artıq ənənəçi ola bilər.

Dolçadakı Merkuri: Elmi bir ağıla və hisslərə malikdir. Dəqiq düşünə bilər və son dərəcə qərarlıdır.Hisləri ilə düşüncələrini bir-birinə qarışdırmaz, ancaq ədalətli olmağa diqqət göstərər. Fərqli görüşlərə açıqdır və son dərəcə reformist ola bilər. Liberal və insancıl düşüncələrə malikdir. Ancaq qərarlarından daşınmaz. Həddindən artıq vəziyyətlərdə çox mücərrəd və nəzəri ola bilər.

Balıqda Merkuri: Həssas və passiv bir ağıla malikdir, ancaq böyük hiss sahibidir. Bu mövqe insanların hislərini ən dərindən anlayan bir anlayışı gətirəcək. Çox ağıllı deyillər, ancaq güclü hissləri onlara böyük yol göstərər. Yaradıcılıq tələb edən sahələrdə müvəffəqiyyətli ola bilərlər. Diqqətləri asanca dağıldığı üçün ilk təhsildə qaydalar onlara görə heç asandeyil. Asanca narahatlıq yaşaya bilərlər.

/Mənbə:Qadınlar.biz/

loading...
(səs: 7)
Şərhlər:
Baxılıb: 6255
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook