Həftəlik bürclər - [17.02.2014 - 23.02.2014] YENİ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 43
Baxılıb: 86 387
Səs ver:
(səs: 64)
Həftəlik bürclər     [ 17.02.2014 - 23.02.2014 ]
  Qoç - Daxili gərginliyinizi azaltmaq üçün onu başqalarına yönəltməyin. Acıdil olmaq, ətrafdakıların əməyini heçə endirmək, başqalarında qüsur axtarmaq sizə yaraşmır. Axı indi "hakim" bürc sizsiniz. Ayın 8-dən başlayaraq nüfuz dairəniz genişlənəcək. Vəzifə pilləsində ucalmaq üçün hərəkətə keçməyə dəyər.
  Buğa - Hissləri sındırmaqdan əl çəkin, lazımsız yerlərə xərc çəkməyi dayandırın. Bir sözlə, hər bir məsələdə reallığa və məntiqə əsaslanın. Yalnız bu halda ixtiyarınızda olan həftədən razı qalacaqsınız. 8-10 aprel aralığında işgüzar sövdələşmələr xeyrinizə olacaq, amma gərək təşəbbüskarlığınızı əldən verməyəsiniz.
  Əkizlər - Bu həftə ərzində görəcəyiniz qlobal işləri indidən planlaşdırın. Çünki növbəti həftələrdə buna imkanınız olmayacaq. Ayın 7-dək istənilən riskli işdən, bələd olmadığınız sahələrə sərmayə qoymaqdan və ciddi məbləğdə borc verməkdən çəkinin. İstirahət günlərini daha çox doğmalarınızla münasibətləri dərinləşdirməyə həsr edin.
  Xərçəng -  Əgər ruhən özünüzü haqlı sayırsınızsa, heç bir probleminiz olmayacaq. Ayın 18 və 26-da istənilən riskiniz müvəfəqqiyyətlə nəticələnəcək. Odur ki, həmin günlərdə özünüzü aktiv göstərin. Bu həftə şəxsi büdcənizdə qismən də olsa, irəliləyişlər baş verəcək. Ailə-sevgi münasibətlərini səmimiyyət üzərində qurun.
  Şir - Dünyada yaxşılıq qalır. Elə isə başqalarında qüsur axtarmaqdansa savab işlərinizi daha çox artırın. Bu həftənin nəticələri ətrafdakılarla davranışlarınızdan və nə dərəcədə səmimi olmağınızdan asılı olacaq. Fevralın 17-də və 21-də ulduzlar məhəbbət müstəvisində böyük gedişlər etmək üçün sizə yardımçı olacaq. Belə məqamlarda yalan vədlər verməməlisiniz.
  Qız - Sizə birbaşa aidiyyatı olmayan məsələlərə aludə olmaqdansa, yarımçıq qalmış işlərinizlə məşğul olun. Yaxşı bilirsiniz ki, başa çatdıra bilmədiyniz öhdəliklər çoxdur. Məhz bu həftə bütün enerjinizi toplamaqla bu kimi maneələri dəf edə biləcəksiniz. İstirahət günlərində müqəddəs ziyarətgahlardan birinə baş çəkin. Bu arada səmərəli təkliflər də gözlənilir.
  Tərəzi - Gözlənilməz təkliflər ala bilərsiniz. Əgər bu, ayın 17-dən sonraya düşərsə, mütləq razılaşın. Məhz bu halda nəticənin uğurlu olacağına inana bilərsiniz. Şənbə günü nəqliyyatla bağlı ehtiyatlı olun, xüsusən də sükan arxasında otursanız. Şəxsi büdcənizi artırmaq üçün bu həftənin əhəmiyyəti böyükdür. Amma istənilən siyasi mübahisədən uzaq olun..
  Əqrəb - Daxili sabitliyinizi qorumaq üçün inandığınız insanların arasında olmağa çalışın. Dedi-qodudan, mistik düşüncələrdən uzaq olun. İnsansevər olun, hər bir sözünüzlə ətrafa nur yaymağa çalışın. Dəqiqləşdirmədiyiniz məsələlərə görə, inad etməyin. Göy qübbəsi bu həftə qidalanma zamanı tədbirli olmağınızı məsləhət görür. Ailə üzvlərinizə qarşı aqressivlik etməyin.
  Oxatan - Astroloji göstəricilər perspektivli təkliflər alacağınızı bəyan edir. Çalışın imtina etməyəsiniz. Çoxdan bəri sizə sıxıntı gətirən maliyyə problemləriniz də qaydasına düşməlidir. Bu arada doğmalarınızla münasibətlərinizin soyuqlaşmasına imkan verməyin, ələlxüsus da yaşlılarla xoşrəftar olun. Ulduzlar bu həftə uzaq yola çıxmağınızın əleyhinədir.
  Oğlaq - Bu həftə mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün ilk növbədə yuxu və qida rejiminizə riayət edin. Bu, ilk növbədə qarşınızda duran şəxsi problemlərinizin həllində rol oynaya bilər. Ayın 6-dək bəzi sürprizlərin şahidi olacaqsınız. Fəaliyyət dairənizi genişləndirmək üçün geniş imkan qazanacaqsınız.
  Dolça - Ayın 16-da aldığınız təkliflərə gözüyumulu razılıq verməyin, əks təqdirdə sizi aldada bilərlər. Rəhbərliklə münasibətləri bərk-bərk qoruyun. Fəaliyyət zəminində təşəbbüskarlığı əldən verməyin. Göy qübbəsi uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirməyi tövsiyə edir. İmkan olsa səfərə də çıxın. Həftə ərzində pulsuz qalmayacaqsınız.
  Balıqlar - Səhhətinizdəki passivlik işə ara verməyinizi diqtə edir. Heç olmasa, fevralın 22-dək qayğınıza qalın. Sonrakı günlərdə isə ola bilsin ki, perspektivli sövdələşmələrin iştirakçısı olasınız. Əgər nikbin ovqat qazanmaq istəyirsinizsə, ailə-sevgi münasibətlərinə, ümumiyyətlə cəmiyyətə fərdi baxışlarınızı dəyişin.
/Qadınlar.biz/
(səs: 64)
Şərhlər: 43
Baxılıb: 86 387
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri