Bürclərin yataq otağı sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 19 519
Səs ver:
(səs: 3)
Bürclərin yataq otağı sirləri astroloji yataq otağınızı necə təsir edir ? Heç düşündünüz? İstər inanın istər inanmayın birlikdə olacağınız insanın bürc xüsusiyyətləri sizinkiylə tutmursa o xüsusi anların dadı qaçır. Ən yaxşısı xəbərə bir nəzər salın və daha yaxşı bir performans üçün ipucları yaxalayın…
Qoç bürcü
Yorulmaq nədir bilməz!
Qoç qadını
Əlaqə əsnasında aktiv rol oynamaqdan xoşlanan qadın qoç üçün cinsəllik idman etmək kimidir. Öz enerjisini ortaya çıxaracaq bir fürsət olaraq gördüyü seks əsnasında eşq oyunlarıyla çox vaxt itirməz. Zəif işıq, şamlar və romantika axtarırsınız? Xaiş olunur onu güldürməyin; hansı dövrdə yaşayırıq? İşıqları açaq zəhmət olmasa!
Qoç kişisi
Doğru zaman və doğru məkan kimi şərtləndirmələr bu adamın kitabında yazmır. Dərhal nəticəyə çatmaq istəyən alovlu qoç yorulmaq nədir bilməz, yorulsa da özünü şüphələndirməz. Platonik eşqlərin yumşaq şahzadəsisinizsə arxanıza baxmadan qaçın ondan. Əlaqə əsnasında daha çox özünü düşünsə də yoldaşını xəyal qırıqlığına uğratmaz. Fərqli geyimlər və şəxsiyyətlərlə əlaqəni rəngləndirmək yaxşı fikirdir.
Buğa bürcü
Kefinə düşkün və klassikdir!
Buğa qadını
Ambians! Kef düşkünü olan bu qadını həyəcanlandıracaq sehirli söz lazımdır. Şam işığı, yaxşı yemək, keyfiyyətli içki, romantik musiqi, bahalı hədiyyələr təxəyyülünü hərəkətə keçirər. Heç tələskən deyil, sizə də tövsiyə etməz. Sürprizlərdən, öyrəşmədiyi hər şeydən nifrət edər, ancaq zamanla öyrəşə bilər. Sahiblənildiyində həm qürur duyar həm də rahatlaşar.
Buğa kişisi
Klassik zövqləriniz varsa bu adam üçün biçilmiş xalatsınız. Qısa davam edən seksdən nifrət edər, ön sevişməyə isə əhəmiyyət verər. Bir gecəlik əlaqələr onu üçün deyil. Digərlərindən fərqli olan bu adam ondan uşaq istədiyinizi desəz daha yaxşı performans göstərəcək.
Əkizlər bürcü
Nə edəcəyi əsla məlum olmaz!
Əkizlər qadını
Parlaq düşüncəli bu qadın rahatlamaq və sinirlərini boşaltmaq üçün sizinlə hər cür oyuna hazır olar. Romantikadan nifrət edər, hər cür fantaziyaya xüsusilə şifahi olanlarına heyranlıq hiss edər. Qışqırdılmağı sevər və onu başdan çıxara bilmədinizsə böyük ehtimalla təkrarən görə bilməzsiniz. Nə edəcəyini əsla bilmək olmaz, ən alovlu anda birdən siyasətdən ya da ictimai haqqlardan söz aça bilər.
Əkizlər kişisi
Seksdə islahat bir şüar olsaydı pankartı daşıyan bu adam olardı. Davamlı yenilik və dəyişiklik arxasında qaçan əkizlər kişisi yataqda hiperaktiv bir performans sərgilər. Hər cür eşq oyununu və kimi necə tovlayacağını yaxşı bilər. Ondan sadiq bir partner yaratmaq qeyri-mümkünə yaxındır, sizə aşiq olub dinc olsa belə ağılından keçənləri bilmək istəməzsiniz.
Xərçəng bürcü
Onun üçün seks su içmək kimidir
Xərçəng qadını
Bu qadın üçün seks su içmək qədər təbiidir. Hər cinsi təcrübə ona təbiiliyini xatırladar. Yataqda ruh halı dəyişəndir. Bəzən qayğıkeş, bəzən uşaq kimi, bəzən qadın kimi qadın olar. Əsas məsələ ona özünü rahat hiss edəcəyi mühit yaratmaqdadır. Nə qədər güclü görünsə də qorunmqdan, nəvazişdən və qucaqlanmaqdan xoşlanar.

Xərçəng kişisi
Onun üçün doğru məkan özünü ən etibarda hiss edəcəyi yer, yəni öz evinin yataq otağı, isti yuvasıdır. Romantik xxərçəng bürcü kişisi aşiq olduğu qadınla sevişməkdən xoşlanar. Onun üçün bişirdiyiniz hər hansı bir yemək afrodizyak təsiri yaradar və sizə möhtəşəm bir performans olaraq geri dönər.
Şir bürcü
Ehtişamlı sözlərə heyrandır
Şir qadını
Aman diqqət edin, bu qadın yataqda yanğın çıxara bilər! Hər fantaziyaya açıqdır. Haqqındakı ehtişamlı sözlərə görə dəli olar və dərhal inanar. Onu uzaqlaşdırmaq üçün yataqda pis olduğunu bildirin. Geri çəkiləcək və bir sonrakı partnerinin sizin qədər başsız olmaması üçün dua edəcək.
Şir kişisi
Yataqda özündən daha sakit və passiv bir həyat yoldaşı seçən bu ovçu adam seksdə sonradan hava atacağı bir güc nümayişi olaraq yaşamağa meyllidir. İşləri yolunda gedirsə və müvəffəqiyyətlidirsə bu vəziyyət performansına da müsbət əks olunar. Müvəffəqiyyətsiz bir dövrdədirsə digər bürclərdən daha çox təsirlənər və bol-bol nəvaziş gözləyər.
Qız bürcü
Mükəmməlliyi və xırdalıqları sevər
Qız qadını
Tərtəmiz deyilsinizsə və xoş ətirli iy vermirsinizsə bu qadına yaxınlaşmaq heç də yaxşı nəticə verməyə bilər. Vasvasılıq vətəmiz seks həyatının vazgeçilməzləridir. Belə ki, təmizlik onun üçün başlı-başına xəbərdar edilmə səbəbidir. Yeni şeylər sınamaqdan kef almaz və xırdalıqlar üzündən bir anda soyuya bilər. Bütün bunlara dözə bilsəniz yaxşı xəbər gəlir; nələrdən xoşlanacağınızı bir baxışda sezər və alovlu olan çox bürcdən daha bacarıqlıdır.
Qız kişisi
Yaxşı performans sərgiləmək üçün bəzən özünü texnikaya o qədər qapdırar ki, bir robotla birlikdə olduğunuzu zənn edə bilərsiniz. Mükəmməlliyi və xırdalıqlara fikir verməsi üzündən bir anda sizi mərhəmətsizcə tənqid edə bilər. Seks mövzusunda özünü də içdən içə tənqid edib bədbəxt olmağa meyllidir. Ehtiyacı olan şey düşünməyi bir kənara buraxıb həmin anın dadını çıxarmaqdır. Bunu bacara bilsə onunla birlikdə möcüzələr yarada bilərsiniz.
Tərəzi bürcü
Uyğunlaşma və gözəllik əhəmiyyətlidir
Tərəzi qadını
Baş quruluşuna uyğun gələn bir partnerlə birlikdəykən bu tarazlığını axtaran qadının bütün yaradıcılığı ortaya çıxar və qarşısındakını ovsunlayar. Eyni qabiliyyəti qarşı cinsdən də gözləyər, amma tapa bilməzsə dərhal xəyal qırıqlığına qapılmaz. Estetik bir erotizm marağına səbə olar. Estetik gözləmələrinə cavab verə bilməyən bir partner tərəzi qadınının seksdən soyumasına və tarazlığının pozulmasına səbəb olar.
Tərəzi kişisi
Bu adam ancaq hər mövzuda uyğunlaşmanı yaxaladığı qadınlarla birlikdə olmağı istər. Üstəlik yoldaşı həm ona uyğun həm də gözəl olmalıdır! Təvazökar davranmağa çalışsa da əslində özünü nə qədər bəyəndiyini dərhal hiss edərsiniz. Bu da onu daha cazibədar edər. Əlaqə əsnasında ümumiyyətlə şəfqətlidir, ancaq bəzən sizi əhəmiyyətsiz hesab etdiyi təəssüratına qapıla bilərsiniz. Yenə də ən xüsusi anlarda qulağınıza ən gözəl sözləri pıçıldayacaq adam tərəzi kişisidir.
Əqrəb bürcü
Dəhşətdir
Əqrəb qadını
Bütün əqrəb qadınları fərqində olmasalar belə müdhiş bir cinsi cazibə qüvvəsinə sahibdirlər. Bu onların üz, bədən gözəlliyi və yaşlarından tamamilə müstəqil təbii qabiliyyətləridir. Partnerini başdan çıxarmaq mövzusunda müvəffəqiyyətlidir. Eşq qədər nifrət də onu xəbərdar edən bir duyğudur. Bir əqrəbin ürəyini qırdınızsa və təkrar birlikdəsinizsə başınıza gələcəklərdən əsla əmin olmayın. Ona görə seksin yeri və zamanı yoxdur.
Əqrəb kişisi
Vampir qadınlardan xoşlanan bu ehtiraslı adam ac yaşaya bilər, amma seks olmadan əsla! Ancaq aşiq olduğunda başı qarışar və gerçək performansını göstərə bilməz. Əksinəni iddia etsə də aşiq olmaqdan dəli kimi qorxar. Yataqda ən iddialı bürc olan bu adamın ehtiraslı və sirrli qaranlıq bir tərəfi də vardır ki, bu da onu cazibədar edər.
Oxatan bürcü
Uçar və qaçar!
Oxatan qadını
Seks onun üçün bir əyləncə fürsətidir! Özünü və partnerini kəşf etmək yeni şeylər sınamaq üçün daha yaxşı fürsət ola bilməz. Hiperaktiv və uclarda davranışları sizi çaşdıra bilər hətta bu qadın bəzən təhlükəli belə ola bilər. Yataqda risk almağı sevər və istədiyini əldə etdiyində dərhal bezər. Onunla birlikdə olmaq tam bir macəradır. Macəraya ürəyiniz dözməyəcəksə onunla nə işiniz var?
Oxatan kişisi
Hər cür fantaziya bu adamdan soruşular. Planlı-proqramlı əlaqədən nifrət edər və çox zaman orta nəticələr əldə edər. Onu odlayan riskə girmək və yaxalanma qorxusudur. Açıq havada və təbiətdə sekslə məşğul  tam ona görədir. Bu qədər havalı xüsusiyyətə baxmayaraq ən yaxşı performansı ondan gözləməyin, çünki o seksdən çox sekslə məşğul olmaq fikirinə düşkündür.
Oğlaq bürcü
Etibarlı seks ondan soruşular!
Oğlaq qadını
Bu təcrübəli qadını çox da asan tovlaya bilməzsiniz. Özünü çəkər və asan ələ verməz. Sizə hörməti olmazsa.  daha da əhəmiyyətlisi güvənməzsə əsla birlikdə olmaz. Ancaq güvənsə dünyanın ən cazibədar qadınına çevrilər və yumşalar. Utancaqlığını üstündən atmış bir oğlaq qadınıyla isə heç bir bürcün qadını yarışa bilməz!
Oğlaq kişisi
Bütün oğlaq kişilərində yetişdiyi mühitdən və fiziki xüsusiyyətlərindən müstəqil olaraq təbii bir karizma mövcuddur. Üstəlik bu adamın başı olduqca qarışıq. Bu da onu daha da cazibədar edir. Cinsəllikdə belə müəyyən bir keyfiyyət və səviyyəni qorumağa çalışar. Sizə güvənməsi, onunla birlikdə olmağa "layiq" olduğunuza razı salma  zaman alacaq. Seksi ciddi qəbul edər və partnerinə bağlanar. Etibarlı seks mövzusunda ekspertdir.
Dolça bürcü
Mən azadam, ona görə!
Dolça qadını
Müstəqilliyinə düşkün və başı qarışıq dolça qadını yataqda alovlu olmaqdan çox sirrli və yaradıcıdır. Sahiblənmə duyğusu ən az bürclərdən biridir. Partnerində maraq oyandırar, amma onu tam olaraq kəşf edə bilməzsiniz. Dünyanı qurtarmaq bu qadın üçün seks həyatın mənası deyil, amma azadlıq deməkdir. Qadağan olanı maraqlanar, monotonluğa dözə bilməz, onunla kəşf bir ömür davam edər.
Dolça kişisi
Bu original adam ancaq fikirlərinə dəyər verdiyi ya da maraqlı tapdığı qadınlarla birlikdə olar. Bağlanmaq və romantika ona gülməli gəlir. Yoldaş ola biləcəyi insanlarla birlikdə olar. Erotizm və virtual seks marağına səbəb olar. Ehtirasından çox ağlıyla yoldaşını xoşbəxt edəcək performans sərgilər.
Balıq bürcü
Xoşbəxt etmək üçün hər şeyi edər
Balıq qadını
Romantika və eşq olmadan bu qadınla birlikdə olmaq qeyri-mümkünə yaxındır. Yataqda mehriban oyunçu və fədakardır. Balıq qadını ayaqlarını yerdən kəsməniz üçün sizə hər fürsəti təqdim edər. Sizi xoşbəxt etmək üçün əlindən gələni edər. Kobud davranışlardan nifrət edər. Yaxşı niyyətli və avamca rəftarlarının sizdən xoşlandığı müddətcə etibarlı olduğunu xatırladaq.
Balıq kişisi
Hər an hər kəsə aşiq olan romantik balıq kişisi həm sevigili dəyişdirər həm də bundan vicdan əzabı çəkər. Xoşbəxt olmanız üçün əlindən gələni edər, amma aldatmağa meyllidir və çox tez xəbərdar edilər.  Yataqda oyunbaz və sizi əyləndirər. İçki onda afrodizyak təsiri yaradar və ondan sonra olacaqlar səbəbiylə məsuliyyət götürməz.
 
/Mənbə: Qadınlar.biz/
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 19 519
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri