Pul barəsində hansı bürc daha şanslıdır. Bürcünüzə görə pul barəsində nə qədər şanslı olduğunuzu aşağıdakı yazıdan öyrənin.
Qoç bürcü – qoçlar öz həyatı üzərində qumar oynamağı sevir. Riskli olmağı sevdiyi
üçün pul yatırımı edir. Bu onun ruhi cəhətdən razı olmasına və
özünəinamının inkişaf etməsinə yardım edir. Kiçik də olsa, öz işinin
rəhbəri olmaq istəyir. Rəhbər olmaq azadlığını və rahatlığını təmin
edir. Pulu yığmaq onlar üçün çox çətin bir işdir. Həmişə yeni fikir və
ideyalar axtarışında olması, xərclərinin azalmasına icazə vermir.
Buğa bürcü – buğalar maddi vəziyyətlərdə olduqca
tədbirli, səbrli və planlı hərəkət edir. Təcrübəsi olmayan buğalar,
özünün güvənsiz hiss etdiyi üçün əvvəlcə ruhi, sonra isə fiziki
problemlər yaşaya bilər. Borc almağı qətiyyən sevmir və borc verməkdən
də xoşlanmır. Heç kimə möhtac olmamaq və ayaq üstə dura bilmək üçün
müxtəlif yollara əl atır. Buğalar nə qədər varlı olsalar da, bundan
göstəriş kimi istifadə etmirlər. Buğa bir işə yatırım etməzdən əvvəl hər
şeyi bütün detallarına qədər araşdırır. Gələcəyini düşündüyü üçün maddi
durumunu nəzarət altında saxlayır.
Əkizlər bürcü – əkizlər digər fəaliyyətləri kimi, pul
mövzusunda da uzun-uzadı düşünmək və plan qurmaq istəmirlər. Lakin çox
ağıllı və düşdüyü mühitə tez adaptasiya olduğu üçün maddi durumuna tez
öyrəşir. Yəni, maddi mövzular və kasıblaması onlara ciddi şəkildə təsir
etmir. Rəqəmlərlə arası çox yaxşı olmasa da, istəsə büdcəsinə çox yaxşı
nəzarət edə bilər.
Xərçəng bürcü – su elementi olan xərçənglərin hiss etmə
qabiliyyətləri yüksək olduğu üçün iqtisadi durumları öncədən bilmə
potensialına sahibdir. Adətən dəstəyə ehtiyacı olduğu varmış kimi
görünməsinə baxmayaraq, maddi durumlarda olduqca diqqətli davranır.
Sədaqəti sevən xərçənglərin pul barəsində ən böyük dezavantajı əvvəlki
vərdişlərindən imtina edə bilməməsidir. Maddi və pul barəsində bəxti
həmişə gətirir. Özünə pul xərcləməyi sevməsə də, ailəsinə qarşı çox
əliaçıq olur.
Şir bürcü – lüks, rahatlıq, göstəriş sevən şirlər üçün pul yığmaq mümkünsüzdür.
Çünki bütün pullarını göstərişli olmağa və hamı tərəfindən bəyənilməyə
xərcləyirlər. Lakin pulu güc hesab edən xərçənglər, standartlarını
mümkün olduğu qədər qorumağa çalışır. Ehtiyacı olanlara yardım etsə də,
kiməsə möhtac olmaqdan nifrət edir. Özünün hamıdan güclü olduğunu
düşünən şirlər risk etməyi sevir. Sevilmək və daha çox hörmət edilməkdən
xoşu gəldiyi üçün pulu olmadığı zaman özünü zavallı kimi hiss edir.
Qız bürcü – şirlərin əksinə, qızların risk almaqdan
xoşu gəlmir. Torpaq elementi olan qızların, pulla münasibətlərində
balans saxlayır, sabitliyi qoruya bilir. İşləməyi həyatın məqsədi kimi
görür və həmişə sağlam addımlar atır. Xərclədiyi pulları hesablayır və
dünəni üçün yatırım edir. Adətən narahat bir xarakterə malikdir və
neqativ düşündüyü üçün pul yığır və təhlükəsizliyini təmin edir. Çox
düşünüb çoxlu pul yığmağın ən yaxşı yollarını tapırlar.
Tərəzi bürcü – adları kimi pul barəsində də tarazlığı
qorumağa çalışırlar. Çoxlu pul xərcləyib hədlərini aşmırlar. Bazarlıq
etmədən heç bir şey almaq istəmirlər. Bu adətlərini prinsip halına
gətirirlər. Tərəzi bürcləri antikalar və sənət əsərlərinə pul yatırmağı
xoşlayır və bu onların xobbiləridir. Həmin əsərlərlə çox ciddi pul
qazanmağın mümkün olduğunu düşünürlər. Pulu heç zaman həyatının məqsədi
hesab etmir və istədiyi insana kömək edir. Çox nəzakətli bürclər olduğu
üçün verdiyi borcları geri istəmir.
Əqrəb bürcü - əqrəblər maddi mövzular üzərində çox geniş düşünür və düzgün addımlar atır.
Özlərinə heç vaxt yazığı gəlməyən əqrəblər, pul qazanmaq üçün əllərindən
gələni edir. Məqsədinə çatmayana qədər bütün əzab və əziyyətlərə
dözürlər. Gözəl evə, maşına sahib olmaq və yaxşı geyinmək əqrəblərin
məqsədidir. Lakin əqrəblər heç vaxt göstəriş xatirinə gözəl geyinmir.
Xərclədiyi və borc verdiyi pulu nə olursa-olsun qarşılığını almaq
istəyər.
Oxatan bürcü – oxatan bürcləri pul barəsində olduqca şanslıdır. Pulu varsa,
xərcləyir. Oxatanlar həmişə pulu həddindən artıq xərcləyir. Pul
yatırmağı və böyük pullarla oynamağı çox sevir. Çox pul xərclədiyi üçün
ailəsində problemlər yarana bilər. Onlar pulu həyatdan zövq alamq, özünü
tanımaq və daha çox inkişaf etdirəmək üçün xərcləyir. Çətin günlər üçün
pul saxlamaqda çətinlik çəkilər.
Oğlaq bürcü – ehtiyatlı olmaq və risklərin qarşısı
almaq oğlaqların ən yaxşı xarakterlərindən biridir. İdarə etmə bacarığı
yüksək olur. Oğlaqlar həyatlarının ən böyük məqsədinə çatmaq üçün çox
çalışır və ona nail olmaq üçün səbrlə gözləyirlər. Yatırım edərkən əldə
edilən qazancdan daha çox onun əmanətdə olmasını düşünür. Nəticə etibarı
ilə, riski minimum səviyyəyə endirirlər. Maddi durumları rahatlıqla
həll edə bildiyi üçün rəhbər rolunun öhdəsindən yaxşı gəlir.
Dolça bürcü – pula marağı olmayan bürclərdən biri də
dolçalardır. Demokratiyaya və bərabərliyə böyük əhəmiyyət verdiyi üçün
sərvət dalınca qaçmırlar. Yeniliklərin arxasınca qacıdığı və
texnologiyanın funksiyalarından faydalandığı üçün müxtəlif yollarla pul
qazanır. Dolçalar pullarını başqası üçün son qəpiyinə qədər xərcləməkdən
çəkinmir. Başqa adamlardan borc almağı sevmədiyi üçün özünü birtəhər
idarə edir.
Balıq bürcü – həyatın reallıqlarından tamamilə uzaq
olur. Bu səbəbdən də pula ancaq yaşamaq və həyatını davam etdirə bilmək
üçün lazımlı bir şey kimi baxır. Balıqlar pullarının çox hissəsini
yeməyə xərcləyir. Geyim, göstəriş onlar üçün o qədər də əhəmiyyətli
deyil. Əlinə keçdiyi pulu tez xərclədiyi üçün bu mövzuda köməyə ehtiyacı
olur. Balıqlar sevdiyi işlə məşğul olarsa, çoxlu pul qazanar.