Bürclərlə Ümumi Tanışlıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 22 478
Səs ver:
(səs: 14)

Son vaxtlar "sevgi astrologiyası” adı ilə tanınan təncim sahəsi gizli elmlərdən ən məşhurudur. Dünya sivilizasiyasını təşkil edən müxtəlif mədəniyyətlərin insana təsiri hamıya necə məlumdursa, kosmik cisimlərin insan həyatına təsiri də bir o qədər aydındır.

Doğrudan da, məsələn, kim Afrikada doğulub boya-başa çatıbsa, onun dünya görüşü Avropada anadan olub boya-başa çatan insandan fərqli olacaq. Hər bir bürcün həyatı da fərqlidir. Bürc və səyyarələrin münasibətləri xarakterimizi formalaşdıran vacib faktorlardan biridir. Hər bir bürcün ünsürü, idarəedici səyyarəsi var. Bürclərin cədvəli aşağıdakı kimidir:


Qoç bürcü
Ünsürü – od.
İdarəedici səyyarəsi – Mərrix (Mars).
Bədənin dominant hissəsi – baş.


Buğa bürcü
Ünsürü – torpaq.
İdarəedici səyyarəsi - Zöhrə (Venera).
Bədənin dominant hissəsi - boğaz.


Əkizlər bürcü
Ünsürü
- hava.
İdarəedici səyyarəsi – Ütarid (Merkuri).
Bədənin dominant hissəsi - boyun və əllər.


Xərçəng bürcü
Ünsürü – su.
İdarəedici səyyarəsi - Ay.
Bədənin dominant hissəsi - döşlər.


Şir bürcü
Ünsürü – od.
İdarəedici səyyarəsi – Günəş.
Bədənin dominant hissəsi – ürək.


Qız bürcü
Ünsürü – torpaq.
İdarəedici səyyarəsi – Ütarid (Merkuri).
Bədənin dominant hissəsi – bağırsaqlar.


Tərəzi bürcü
Ünsürü – hava.
İdarəedici səyyarəsi – Zöhrə ( Venera).
Bədənin dominant hissəsi – böyrək.


Əqrəb bürcü
Ünsürü – su.
İdarəedici səyyarəsi – Mərrix (Mars) və Pluton.
Bədənin dominant hissəsi – cinsiyyət üzvləri, çanaq boyu sahə.


Oxatan bürcü
Ünsürü
– od.
İdarəedici səyyarəsi – Müştəri (Yupiter).
Bədənin dominant hissəsi – bud.


Oğlaq bürcü
Ünsürü
– torpaq.
İdarəedici səyyarəsi – Zühəl (Saturn).
Bədənin dominant hissəsi – dizlər.


Dolça bürcü
Ünsürü
– hava.
İdarəedici səyyarəsi – Uran.
Bədənin dominant hissəsi – baldırlar.


Balıqlar bürcü
Ünsürü
– su.
İdarəedici səyyarəsi – Neptun.
Bədənin dominant hissəsi – pəncə və dabanlar.


Bir-birinə dost və düşmən dörd ünsür özünü bürclərdə də göstərir. Hər bir ünsürə aid olan üç bürc öz arasında müttəfiqdir. Hava ilə Od, Su ilə Torpaq dostdur. Su və Torpaq Od ilə düşməndir. Hava isə həm torpaq, həm də su ilə dolana bilər, ancaq əsl dostluqları tutmaz. Bir-birinə müxalif (düşmən) olan bürclərin temperamentində, düşüncə tərzində, fikirlərin ifadə formasında və tərzində böyük fərqlər var. Onlar eyni hadisəyə müxtəlif munasibet bəsləyirlər. Hətta bir lətifəyə qulaq asıb biri gülməkdən qəşş edə, o biri isə yüngül təbəssümlə deyə bilər: "Hə, nə olsun?..” Eyni musiqi də onlarda müxtəlif ovqatlar yaradar. İngilis məsəlində deyildiyi kimi: "Bir mahnıdan xoşlanmayan iki nəfərin bir evdə yaşaması çətin işdir”.

Müxalif bürclərin daşıyıcıları bədən və tər qoxusuna görə də bir-birindən fərqləndiyindən bir-birini qəbul etmirlər.


P.S. Taleyin qismətilə müxalif burcler ailə qurmuşsa, Allah-Təala kompromis üçün onlara çox ağıllı uşaqlar verir. Hələ körpə yaşlarından uşaq ailədəki iki əziz adamdan hansının ədalətli olması ilə bağlı düşüncələrə vardığından zəkası vaxtından tez və çox inkişaf edir.

Hacı Firudin Qurbansoy

(səs: 14)
Şərhlər: 4
Baxılıb: 22 478
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri