Bürcləriniz nədən xəbər verir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 8 668
Səs ver:
(səs: 6)
QOÇ - Olduqca səmərəli bir təqvim yaşayacaqsınız. Cərəyan edən proseslər bütünlüklə zövqünüzə uyğun olacaq. Amma daxili orqanlarınızı da qorumalısınız. Ağır fiziki işlərə ara verin.

BUĞA - Dünəndən mənfi yüklü Ay bürcünüzə girdiyi üçün həmkarlarınızla, yaxınlarınızla mübahisələriniz mümkündür. Bu səbəbdən gün ərzində daxili sabitliyinizi qorumalısınız.

ƏKİZLƏR - Özünüzü nə qədər təmkinli aparsanız, işləriniz də bir o qədər uğurlu gedəcək. Hansısa xırdaçılığa görə hisslərinizi kandara çıxarmayın. Axşama yaxın maraqlı hadisələr gözlənilir.

XƏRÇƏNG - Astroloji göstəricilər potensial imkanlarınızın genişlənəcəyini göstərir. Əgər gücünüzə inanırsınızsa, boş dayanmağa lüzum yoxdur. Axşam rəqiblərinizdən təhlükə gözlənilir.

ŞİR – Adi bir gün yaşayacaqsınız. Hansısa böyük bir iş görəcəyiniz və ya qanqaraçılığı ilə rastlaşacağınız ağlabatan deyil. Bu gün riskdən, eləcə də yeni sövdələşmələrdən uzaq olmalısınız.

QIZ - Böyük dəyişiklər astanasındasınız. Hətta lazımi məqamda düzgün qərar çıxarsanız, ayın sonuna qədər ovqatınız xoş olacaq. Tərəddüd etdiyiniz məsələləri isə təxirə salmalısınız.

TƏRƏZİ - Kosmik gərginlik sizi müşayiət etsə də, çılğınlıq etməsəniz, günü sakit tərzdə başa vuracaqsınız. Nahardan sonra sizi səbəbsiz münaqişələrə cəlb etmək istəyəcəklər.

ƏQRƏB - Yeni əlaqələr qurmaq istəyirsinizsə, bu tarixdən maksimum yararlanmağa çalışın. Nüfuzlu adamların köməyindən istifadə edin. Gəlişixoş sözlər işlətməyin. Onsuz da buna heç kim inanmayacaq.

OXATAN -  Ulduzların düzümü maddi çətinliklərinizdən xəbər verir. Çalışın ki, büdcənizdə olan vəsaiti boş məsrəflərə xərcləməyəsiniz. Ailə üzvlərinizin problemlərinə laqeyd yanaşmayın.

OĞLAQ - Göy qübbəsi gün ərzində sizi bir neçə dəfə sınaqdan keçirməyə çalışacaq. Buna hazır olun və hər hansı məişət problemini özünüzə dərd etməyin. Şəxsi işlərinizdə dönüş yaranmaqdadır.

DOLÇA - Nə qədər güclü olsanız da, təkbaşına hansısa vəzifənin öhdəsindən gələcəyinizi düşünməyin. Çünki sizə dəstək verən olmasa, uğurlu olaylardan uzaq düşəcəksiniz. Bəxtinizdə pul var.

BALIQLAR - Qarşınızda duran bu maraqlı təqvimi bürcünüz üçün ən perspektivli ana çevriləcək. Sizə qarşı hiyləgər mövqedə duranlara əl-qol açmağa macal verməyin. Lazımi məqamlarda sərtlik də göstərin.
(səs: 6)
Şərhlər: 6
Baxılıb: 8 668
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri