Özünüzü yaxından tanıyın! - BÜRCLƏRiN MAGiYASI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 13 784
Səs ver:
(səs: 6)
Zodiak işarələrinin istedad və qabiliyyətləri hamıya məlumdur və bu haqda qəzetimiz vaxtaşırı ən özəl məlumatları sizlərə çatdırmaqdadır. Lakin bürclərin həm də elə neqativ tərəfləri var ki, bu barədə bilgilər əldə etmək xoş olmasa da, xeyirlidir. Öz xarakterinin bəzi xüsusiyyətlərini kənardan seyr edib onların heç də yaxşı olmadığını görəndə insan təbii ki, onlardan azad olmaq istəyir. Xarakterin mənfi tərəflərindən düşünülmüş şəkildə azad olmaq cəhdi elə karmanın yenidən işlənməsi deməkdir. Əlbəttə, bu və ya digər bürcə xas olan mənfi cəhətlərin hamısı bir insanda cəmlənməsə də, onlardan yalnız biri bəs edər ki, onun özünün və ətrafdakıların həyatını zəhərləsin, eyni zamanda yeni karmik düyünlər yaratsın. Bu düyünlərin azalması və karma yükünün yüngülləşməsi isə yalnız pis cəhətlərdən azad olmaqla bağlıdır. Gəlin görək, Zodiak nümayəndələrindən hansı bunu necə bacarır?
 
QOÇ-QADIN
Qoç bürcündən olan qadınlar daima kimə qarşısa və nə uğrundasa mübarizə aparırlar. Yüksək enerji və fəaliyyətləri nəticəsində böyük nailiyyətlər əldə edə bilirlər. Hətta onları qəzəbləndirmiş adamın nə səbəbə belə etdiyini anlamağa belə cəhd göstərmədən ona nifrət bəsləyir, ona müharibə elan edirlər. Bu müharibədə isə çox sərt və amansız olurlar. Qadın-Qoçlar Kişi-Qoçlardan daha kinli olur və arxadan gözlənilməz, qəfil zərbə vurmaqdan çəkinmirlər. Lakin həyat göstərir ki, bu bürcdən olanlar başqa bürclərin nümayəndələrinə nisbətən Ali Varlıqdan daha ağır zərbələr alırlar. Qoçlar daha güclü, inadkar bürclər olan Oğlaq, Buğa və Əqrəblə mübarizəyə qalxaraq böyük riskə getmiş olurlar. Barəsində danışdığımız qadınları həyatda gözləyən ikinci bir təhlükə məhəbbətdə onların heç bir kompromissə getməmələridir. Karması üzərində işləməyən Qadın-Qoç impulsiv və ədalətsiz hərəkətlərə meylli olur və çox vaxt bu hərəkətlərin nəticəsində tənha qalır.
 
BUĞA-QADIN
Bu bürcdən olan qadınların sakit və rahat görünməsinə baxmayaraq həyatda onları bir çox təhlükələr gözləyir. Onlardan biri də köklükdür. Ləziz xörəkləri və rahatlığı sevən bu qadınlar təbiətən də köklüyə meyllidirlər. Bundan başqa karması üzərində işləməyən qadınlar öz gözəlliklərindən sui-istifadə edə bilirlər. Onlar "Həm ziyarət, həm ticarət" prinsipi ilə yaşayırlar və "ziyarət" olmasa, birtəhər dözərlər, lakin "ticarət"dən kifayət qədər faydalanmağı bacarırlar. Qadın-Buğaların karmasını ağırlaşdıran daha bir yük də onların çox kinli və qisasçı olmasıdır. Bu da qarşı tərəf üçün xoşagəlməz xüsusiyyətlərdəndir.
 
ƏKİZLƏR-QADIN
Əkizlər bürcündən olan qadınlarsa sözün əsl mənasında təhlükələrlə üzləşə bilərlər. Onlar başqalarına nisbətən daha çox bədbəxt hadisələrin və düşünülməmiş hərəkətlərin qurbanı olurlar. Ona görə də karmasını işləməmiş Qadın-Əkizlər çox ehtiyatlı davranmalıdırlar. Çünki dedi-qoduçuluqları, hər şeyə qeyri-sağlam maraq göstərmələri, fantaziyaları və yerli-yersiz danışmaları onları böyük xoşagəlməzliklərlə qarşılaşdıra bilər. Bu bürcdən olan qadınlara məsləhət görülür ki, başqalarının işlərinə qarışmasınlar, özləri üçün maraqlı iş tapsınlar. Məsələn, onlar istəsələr, gözəl şer yaza bilər, mahnı ifa edə bilərlər, uşaqlarla, heyvanlarla yaxşı ünsiyyət yaratmağı bacararlar, maraqlı əhvalatlar, macəralar danışarlar, bununla da hər bir evdə arzulanan və sevilən qonaq olarlar. Çünki bu zərif məxluqların ürəklərində kin-küdurət və paxıllıq yoxdur. Bütün bunlarla yanaşı Qadın-Əkizlər verdiklərə vədlərə əməl etsələr, işlərinə məsuliyyətlə yanaşsalar, daha yaxşı olar.
 
XƏRÇƏNG-QADIN
Xərçəng bürcündən olan qadınlar sadəlikdən çox uzaqdırlar. Onların ən xoşagəlməz xüsusiyyətlərindən biri keçmişi və əlçatmazlığı ideallaşdırmaq və indiki durumlarına biganəliklə nifrət bəsləməkdir. Bu yalançı şairanəlik yüksək səviyyəli Xərçənglərin həqiqi ürəkaçıqlıqlarından fərqli olaraq bir tərəfdən Qadın-Xərçəngə çoxlu pərəstişkarlar cəlb edir, digər tərəfdənsə həmin pərəstişkarların və onlara bağlı olan insanların həyatını bu sayaq eqoist varlığın ötəri, müvəqqəti istəklərindən asılı edir. Yüksək səviyyəli Qadın-Xərçənglər ideal sevgili, həyat yoldaşı və anadırlar. Bir qədər Həvva xarakterlidirlər. Aşağı səviyyəli Qadın-Xərçənglərsə bir növ Adəmin birinci zövcəsi Liliti xatırladırlar (Xristian inanclarına görə, Lilit Allahın palçıqdan yaratdığı Adəmin birinci arvadı olub. O, hər bir şeydə özünü ərinə tay tutur, intim əlaqə zamanı Adəmin davranış və hisslərinə etiraz edirmiş. Nə qədər cəhd etsə də, Adəmin tabe olmadığını görən Lilit uçub gedir. Qırmızı dənizdə onu Allah tərəfindən göndərilən üç mələk yaxalayıb ona Allahın əmrini çatdırırlar: "Təcili surətdə Adəmin yanına qayıt!". Lilit bundan imtina etdiyinə gərə lənətlənir - red.). Onun kimi özünə vurğun, yalançı romantizmə meyllidirlər. Adətən tale onların üzünə uzun müddət gülür və taxdıqları lüzumsuz bər-bəzəkdən azad olub özlərini qadın üçün yüksək məna kəsb edən işlərə həsr etməyə imkan yaradır. Lakin əgər onlar bu imkandan faydalanmasalar, o zaman onları tənhalıq və xəstəlik kimi tale zərbələri gözləyir.
 
ŞİR-QADIN
Şir bürcündən olan qadınlar hər bir halda şahzadədirlər. Onların aşağı səviyyəli olanları çox bədxərc və eqoistdirlər. Belələrinin istəyi başqaları üçün qanundur. Əgər kimsə onların istəklərini yerinə yetirmirsə, ona nifrətlə baxırlar. Bu sayaq qadınlar digər həmcinslərinə yalnız xidmətçi, yaxud da özlərinə maneə kimi baxırlar. Zərif məxluqa aid Şirlər heç fərqlərinə varmadan kasıblıq içində yaşayan rəfiqələrinə bahalı plastik əməliyyat keçirməyi məsləhət görərlər, həmçinin hansısa pərəstişkarını bir aylıq maaşını onlarla restoranda xərcləməyə sövq edə bilərlər.
 
Aşağı səviyyəli Şir-qadınlar, yüksək səviyyəli Şir-qadınlardan qorxurlar. Çünki onların üstünlüyünü çox yaxşı duyurlar. İşlənməmiş karmaya malik olan belə qadınları gözləyən real təhlükələrsə göz qabağındadır. Parlaq (yəni pullu) cəmiyyətdə dolanmağa öyrəşən Şir-qadınlar təbii ki, tez-tez borca da düşərlər. Bununla da kriminal ünsürlərin "razborka"sının qurbanı çevrilə bilərlər.
 
QIZ-QADIN
Bu bürcün yüksək təbəqəli qadınları böyük əməllərə və dahi insanlara dəstək olmaq üçün, aşağı təbəqəli Qız-qadınlar isə başqalarının həyatını zəhərləmək üçün yaranıblar. İkincilər hətta ədəbiyyatı tədris edəndə belə, şagirdlərdə poeziyaya qarşı məhəbbət deyil, nifrət hissi oyadırlar. Əgər bu sayaq qadınlar kollektivə daxil olurlarsa, orada hamını bir-birindən küsdürürlər.
 
Karması ağır olan Qız-qadınlar başqalarının əhval-ruhiyyəsini asanlıqla korlaya bilirlər. Çünki onlar hər zaman hökmranlıq etməyi xoşlayırlar. Belə qadınlar müəllim, tərbiyəçi, nəzarətçi rolunda daha təhlükəlidirlər. Səhvlərini onlara anlatmaq qeyri-mümkündür.
 
Yüksək təbəqəli Qız-qadınlar isə səhv etdiklərini başa düşürlər, başqalarına qarşı çox həssasdırlar, dar macalda hər an köməyə gəlməyə hazır olurlar.
 
TƏRƏZİ-QADIN
Bu bürcün zərif məxluqları kişi psixologiyasına malikdirlər və Tərəzi-kişilər barədə deyilənləri onlara da şamil etmək olar. Lakin bu qadınların bəzi fərqli xüsusiyyətləri də var.
 
Ali təbəqədən olan Tərəzi-qadınlar çətin və təhlükəli psixoloji situasiyaları çox yaxşı hiss edirlər. Soyuq, amansız, lakin dəqiq məntiqlə özlərini dramatik hadisələrin iştirakçılarına nümayiş etdirə bilirlər. Aşağı təbəqəli Tərəzi-qadınlar isə başqalarının uğursuzluqlarına bir teatr tamaşası kimi baxır, ondan həzz alırlar. Bəzənsə situasiya daha da kəskin olsun deyə, "tamaşa" iştirakçılarını daha dramatik sonluğa yönəldirlər.
 
Tərəzilər intellektual səviyyədə ideal, cəsur və gizli agent olurlar. Lakin əgər yüksək təbəqəli Tərəzilər ideya uğrunda çalışırlarsa, aşağı təbəqəli Tərəzilər yalnız pul və əyləncə uğrunda mübarizə aparırlar. Qəribədir ki, aktyorluq məharəti ola-ola bu qadınlar çox nadir hallarda özlərini teatr və incəsənətə həsr edirlər. Bu səbəbdən də sevimli rollarını əsasən real həyatda oynayırlar.
 
ƏQRƏB-QADIN
Əqrəb bürcünün qadınları çox zaman Şekspirsayağı dramatik hadisələrin səbəbkarına çevrilmək qabiliyyətinə malik olurlar. Onların ətrafında hər zaman ehtiraslar gurlayır: insanlar həlak olur, talelər qırılır.
 
Bu qadınlar baş verən hadisələri öz iradələri sayəsində həm müsbət, həm də mənfi istiqamətə yönəldə bilirlər. Ali və aşağı təbəqəli Əqrəb-qadınların fərqi də elə bundadır. Belə ki, birincilər üçün öz karması üzərində işləmək böyük əzablar bahasına başa gəlir. İkincilər isə qısa bir vaxtda yeni-yeni karmik düyünlər bağlayır, özü də artıqlaması ilə. Bundan əlavə ali Əqrəblərə tale özü himayədarlıq edir və onların qisasını gec-tez alır. Digərləri isə həyatda çarpışaraq özləri özlərini mühafizə edirlər və bu missiyanı çox uğurla yerinə yetirirlər. Hər iki halda Əqrəb-qadınlarla yaşamaq vulkan üzərində yaşamaqdan başqa bir şey deyil.   
 
OXATAN-QADIN
Bu bürcdən olan ali təbəqəli qadınlar Janna D`Ark xüsusiyyətlidirlər. Aşağı təbəyə məxsus olanlar isə hamıya yuxarıdan aşağı baxan, heç kimi saya salmayan üzlü insanlardır. Ali Oxatan pak qəlbli, təmiz fikirli, ətrafdakı satqınlığı, yaramazlığı, çirkabı görməyən qadınlardır. Bəzən onlar bircə baxışla ziyankarlıq edənin qarşısını ala bilirlər. Lakin aşağı təbəqəli Oxatanlar dedi-qodunu, intriqaları xoşlayır. Onlar bir qayda olaraq yarıparazit həyat tərzi sürürlər: gah mistik qəddar rolunu, gah da ki, nahaq əziyyət çəkən təmənnasız qurban rolunu oynayırlar. İşlənmiş karması olan Qadın-Oxatanlar başqaları üçün bir Günəş şüası, digərləri isə elə bir çirkab bataqlığı olur ki, yanında keçib içinə düşməmək böyük məharət tələb edir. Çox nadir hallarda aşağı təbəqəli Oxatanlar ali Oxatanlar səviyyəsinə yüksəlib şücaət göstərir. Sonra isə əvvəlki həyat tərzinə qayıdırlar.
 
OĞLAQ-QADIN
Bu bürcdən olan qadınların ən zəif xüsusiyyəti daima özünə güvənmələridir. Bu isə onların həyatında bir çox çətinliklər törədə bilər. Heç vaxt özlərini aldatmır və başqalarından da bunu tələb edirlər. Əgər Qadın-Oğlaq karyerasını ailəsinə qurban verirsə, deməli, həyat yoldaşı bu pillələri onun əvəzinə də qalxmalıdır. Ən pis halda bu qadınlar Ledi Maqbet kimi öz tərəf-müqabilini ona xas olmayan elə hərəkətlərə sövq edə bilər ki, gələcəkdə bunun nəticəsi yalnız zərər gətirə bilər. Bu bürcdən olan qadınlar üçün əsas təhlükə öz xarakterinin gücündən istifadə edib başqalarının həyatını alt-üst etməkdir. Bunun da nəticəsində onlar həm başqalarını, həm də özlərini bədbəxt edirlər. Barəsində danışdığımız qadınlar ətrafdakıların istək və arzularına diqqətlə yanaşmalıdırlar. Onlara bacarmadıqları, yaxud xoşlamadıqları işləri görmədikləri üçün nifrət bəsləməməlidirlər.
 
SUTÖKƏN-QADIN
Bu bürcdən olan qadınların ya ümumiyyətlə, rəfiqələri olmamalıdır, ya da onlar anlamalıdırlar ki, rəfiqələrin də hissləri ilə oynamaq olmaz. Heç bir məqsəd güdmədən sağa-sola qaş-göz etmək ətrafdakı kişiləri cəlb etsə də, onların xanımlarını çox əsəbiləşdirir. Bu isə çox pis nəticə verə bilər, əlbəttə ki, başqaları üçün. Qadın-Sutökənlər cazibədar, yüngül bir kəpənək kimidirlər, öz hərəkətlərinə nəzarət edə bilmirlər. Əsas təhlükə onları qocalıqda gözləyir. Bu təhlükənin adı tənhalıqdır. Belələri başa düşməlidir ki, ailə irsi münasibət tələb edir. Ər və uşaqlar onlardan şən və cazibədar təbəssümdən başqa qayğı və diqqət də tələb edir.
 
BALIQLAR-QADIN
Bu bürcdən olan qadınları onların zəifliyindən, həm də səmimiliyindən istifadə edən yaramazların təsiri altına düşmək təhlükəsi gözləyir. Qadın-Balıqlar məhəbbətlə, yaxud da gələcək məhəbbətlə yaşayırlar. Onlar öz sevgililərini səcdə etdikləri bütədək yüksəldir və onların uğrunda hər şeyə qadirdirlər. İşlənməmiş karması olan qadınlar Mirzə Cəlilin zəif, zərif qəhrəmanlarına bənzəyir və bu səbəbdən də bir çox xoşagəlməzliklərlə üzləşirlər. Özləri isə yalnız din xadimlərinə maneə törədə bilərlər. Çünki onlara kömək etmək istədikləri zaman təsadüfən, bilməyərəkdən ziyan vururlar. Barəsində danışdığımız qadınlar anlamalıdırlar ki, insanlar ideal deyil və heç kimi səcdəgaha qaldırıb səcdə etməyə dəyməz. Onlar özgələrinin kölgəsinə çevrilmədən öz həyatları ilə yaşamalıdırlar. Çünki Qadın-Balıqlar buna layiqdirlər.

© İstifadə edilərkən wWw.Qadinla.Biz saytına istinad olunmalıdır.
(səs: 6)
Şərhlər: 6
Baxılıb: 13 784
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri