Günün qoroskopu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 151 221
Səs ver:
(səs: 22)
13 sentyabr, çərşənbə axşamı, XV Ay günü, Günəş - Qızda, Ay - Qoçda, Merkuri - Qızda, Venera - Qızda, Mars - Şirdə, Yupiter - Buğada, Saturn - Tərəzidə, Uran - Qoçda, Neptun - Dolçada, Pluton - Oğlaqda

Münəccim öncəgörümləri

Qoç - Təhsillə bağlı məsələləri həll etmək üçün uğurlu gündür. Bu gün yaradıcılıq işləri də rahat alınacaq. Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Özünüzü gümrah hiss edəcəksiniz. Maddi durumunuzu yüksəltmək öz əlinizdədir.

Buğa - Səhhətinizin qayğısına qalmalısınız. Əsas fəaliyyət sahənizdə problem əlindən macalınız yoxdur, gözlədiyiniz məbləğin gəlib çatması üçün zaman lazımdır. Sevgi münasibətlərindən başqa, heç nə könlünüzü açmır.

Əkizlər - Özünüzü güclü hiss edəcəksiniz. Yaxın hesab etdiyiniz adamların köməyilə maddi vəziyyətinizi bərpa edə biləcəksiniz. Ünsiyyətlərinizdəki anlaşılmazlıq sizi haldan çıxarmasın, hələ ki bu problemin həlli zamanı deyil.

Xərçəng - Nəzərdə tutduğunuz işlərin sahmana düşməsini bu günlərdə gözləməyin. Səhhətiniz sizdən qayğı tələb edir. Ünsiyyətlərinizdəki qarşılıqlı mehribanlıqdan razı qalacaqsız.

Şir - Özünüzü gümrah və rahat hiss edəcəksiniz. Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Biznes planlarını həyata keçirmək üçün hər cür imkanınız var. Ünsiyyətləriniz ürəyinizcə deyil.

Qız - Səhhətinizə qarşı diqqətli olmalısınız. Maddi imkanlarınız qənaətbəxş deyil. Biznes planlarını həyata keçirmək o qədər də asan deyil. Şəxsi münasibətlərdən başqa, heç nə könlünüzü açmır.

Tərəzi - Gücünüzdən səmərəli istifadə etsəniz, həll olunmamış probleminiz qalmaz. Səhhətinizlə bağlı ciddi bir probleminiz yoxdur. İşlərinizi düşünülmüş plan üzrə görsəniz, qazancınız yüksək olar.

Əqrəb - Çətin gündür. Qazanc gətirə biləcək heç bir işiniz alınmır. Səhhətinizlə bağlı yaranmış problemin həllilə məşğul olmalısınız. Ünsiyyətlərinizdən ciddi şikayətiniz yoxdur.

Oxatan - Dünyanın faniliyi barədə danışanlarla mübahisə etməkdən bezəcəksiniz. İşləriniz qaydasına düşməkdədir. Heç kəsin köməyinə arxalanmayın. Əlinizdəki işləri yüksək peşəkarlıqla görün.

Oğlaq - Çəkdiyiniz zəhmətlərin müqabilində aldıqlarınız acı gülüş doğurur. Buna baxmayaraq, iş yerini dəyişmək heç ağlınızdan da keçmir. Səhhətinizin hazırladığı sürprizlərdən ehtiyatlanın.

Dolça - Uğurlu hesab olunan gündür. Səhhətinizlə bağlı heç bir ciddi problem gözlənmir. Maddi imkanlarınızı çoxaltmaq fürsətini boşa çıxarmayın. Ünsiyyətlərinizdə diqqətli olun, heç kəsi özünüzdən incik salmayın.

Balıqlar - Səhhətiniz sizin üçün problem yarada bilər. Bu gün hər bir işdə ehtiyatlı olmalısınız. Maddi durumunuzu yüksəltmək şanslarınız, demək olar ki, qalmayıb. Ünsiyyətlərinizdən şikayətiniz yoxdur.
(səs: 22)
Şərhlər: 1
Baxılıb: 151 221
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri