Ən romantik kişi bürcü hansıdır?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 22332
Paylaş:
Səs ver:
(səs: 7)
Kişiləri bürclərinə görə tanıyın
Qoç bürcü - Qoç bürcünün kişiləri ağıllı tərəf müqabili istəyir. Arzularınızı ona açıq şəkildə ifadə etməlisiniz. Ona olan hisslərinizi söyləməkdən utanmamalısınız. Lakin onun rəhbər olduğunu da unutmayın. Geyim tərziniz onun üçün əhəmiyytəlidir. Stil sahibi olun və cazibədar duruşunuzla ona təsir edin. Yaxşı yumor qabiliyyətiniz, ağlınız və.s ilə onun xoşuna gəlmək şansınız çoxdur.
Buğa bürcü - O, ehtiraslı insandır. Sadəcə cinsəlliyə deyil, yemək-içmək və sahib olduğu əşyalara qarşı da eyni hisslərlə yanaşır. Buğaların qəlbinə gedən yol mədəsindən keçir. Yataqda onunla ehtiraslı anlar keçirə bilərsiniz. Sevginizin və niyyətinizin həqiqi olduğuna inanarsa, onunla çox xoşbəxt ola bilərsiniz. Qoxular, yeməklər onun üçün çox vacibdir.
Əkizlər bürcü - Əkizlərlə yola getməyin ən asan yolu onun azadlığına mane olmamaqdır. Ağıllı və çox danışan qadınları xoşlayırlar. Yeniliklərə hazır olan qadınlara üstünlük verməklə yanaşı, diqqət mərkəzində olmağı xoşlayırlar.
Xərçəng bürcü - Onlar üçün ən əhəmiyyətli şey inamdır. Sizinlə birlikdə olmaq istəyirsə, sizə inanması üçün uzun vaxt tələb olnuna bilər. Yavaş və sakit sevişirlər.  Sevdiyini qadına toxunmaq, hiss etmək və öpmək çox önəmlidir. Onlar ən sadiq bürclər arasında olduğu üçün, eyni sədaqəti həyat yoldaşlarından da gözləyirlər. Yaxşı yoldaş və ana olmağınızı gözləyirlər.
Şir bürcü - Onun kral olduğunu qəbul edin. Sizin vəzifəniz onu dəstəkləməkdir. Xarici görünüşə əhəmiyyət verir. Yaxşı danışan, yaxşı geyinən və özünə baxan qadınları sevir. Ona ehtiyacınız olduğu üçün deyil, onu sevdiyiniz üçün onunla birlikdə olduğunuzu hiss etməlidir. Sevgi, bağlılıq onun üçün çox əhəmiyyətlidir. Yataqda sevgi oyunlardan xoşlandığını da unutmayın. Şirlər qürurlu və ləyaqətli insandır.
Qız bürcü - Biri ilə tanış olanda mütləq diqqət olur. Axmaq sarışınları sevmir. Ağıllı qadınlara hörmət edir. Geyiminiz də çox vacibdir. Hər şeydə mükəmməl olmağa çalışdığı üçün ən xırda detallara da fikir verir. Onun məsuliyyətli iş adamı olduğunu unutmayın. Qısqanclığınızla onu boğmayın. Flirt ilə əyləncəli münasibət qurmağa çalışın.
Tərəzi bürcü - Tərəzilər qadın gözəlliyinə çox əhəmiyyət verirlər. Ağıllı və romantik qadınlardan xşlanırlar. Onun sevdiyi mövzular haqqında danışmağı sınayın. Əvvəlcə dost olun, sonra sevgiyə addım atın. Erotik romantizm tərəzi kişiləri üçün ən yaxşı başdan çıxaran metoddur. Sayğılı və ehtiraslı qadınları sevirlər.
Əqrəb bürcü - Ona yaxınlaşmağa qorxmayın. Hətta ilk addımı atsanız, onun xoşuna gələ bilər. Onlarla darıxmaq mümkün deyil. Bir əqrəb kişisi ilə cinsəl münasibətləriniz varsa, idman salonuna yazılmağa gərək yoxdur. Cinsəl həyatınızı olduqca həyəcanverici edərlər. Onlarla ayaqlaşan və cinsəl gücü olan sevgili istəyirlər. Ehtiras və romantizm onları fəth etmək üçün bəs edir.
Oxatan bürcü - Sürprizlərlə dolu kişilərdir. Onun məcarapərsət ruhuna uyğunlaşa bilən qadınlara üstünlük verirlər. Nə vaxt sevişmək istədiyini təxmin etmək mümkün deyil. Avtomobildə, sahidlə və başqa yerlərdə hər an məcaraya hazır olun... İstədiklərini etməyə mane olmamalısınız. Əksinə ona yardım etməlisiniz.
Oğlaq bürcü - O qədər ciddi bir adamı başdan çıxarmaq asan deyil. Ciddi və özünə nəzarət edən qadınları sevirlər. Sizə sürprizlər edə və romantik məcaralar yaşada bilər. Ancaq sizin sədaqətli və sadiq olmağınız da çox vacibdir. İş həyatının nə qədər önəmli olduğunu bilməlisiniz. Onu dəstəkləyin və həmişə yanında olun.
Dolça bürcü - Onunla rahat olun. Çünki insanlara tez öyrəşirlər. Yataq otağında fərqli məcaralara açıqdır, sirli və çılğın qadnıları sevirlər. Onun ən yaxın dostları da özü kimi olur. Yeniliklərə hazır olsa da, oyuncaq kimi hər şeydən çox tez bezirlər. Hər dediyini ciddi qəbul etməyin. Cinsəllikdə də fərqli şeylər istəyə bilər. Onun hər çılğınlığında yanında olun.
Balıq bürcü - Onlar doğuşdan romantik olurlar. Əvvəlcə çox əyləncəli tip kimi görünsələr də, tanıdıqca romantik olduğunu hiss edəcəksiniz. Romantizmin onlar üçün böyük önəmi var. Sevişmək onlar üçün sadəcə fiziki deyil, mənəvi təcrübədir. Təbiət etıbarı ilə inqilabçıdırlar. Səmimi və xoş sözlər onun qəlbini fəth edər. Onu sevgisinizi qazansanız, xoşbəxt olarsınız.

loading...
(səs: 7)
Şərhlər:
Baxılıb: 22332
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv