Ən yaxşı öpüşən bürclər hansılardır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 92 254
Səs ver:
(səs: 18)
Qoç bürcü

Qoç bürcünün kişiləri öpüşməkdən doymur, xəyallarını isə Ancelina Coli və Adriana Lima kimi gözəl dodaqlı qadınlar bəzəyir. Çılğın qoç qadınları ilk addımı atmaqdan çəkinməzlər. Qarşı tərəfə inanılmaz həzz yaşadarlar. Oxatan, əqrəb və şir bürcləri ilə yaxşı yola gedirlər. Oğlaq, xərçəng və buğa bürcləri risklilər qrupuna aiddir.

Buğa bürcü

Buğalar üçün səmimiyyət hər şeydən çox önəmlidir. Əgər həqiqətəndə sevirsə, buğa bürcünün kişiləri əsl buğaya çevrilir. Buğa bürcünün qadınları kişilərindən daha yaradıcıdır. Tərəzi, xərçəng, qız bürcləri ilə yaxşı uzlaşırlar, qoç, oxatan, şir bürcləri ilə uyğun gəlmirlər.

Əkizlər

Əkizlər bürcünün kişiləri çox sakit və həssas öpər. Öpüşləri ilə unudulmaz izlər qoyarlar... Qadınları kişiləri dəli eləməyin yollarını yaxşı bilir. Əkizlər balıq, buğa, qız və əqrəb bürcü ilə uyğun gəlirlər. Dolça, əkizlər və oxatanlarla o qədər də uyğun gəlmirlər.

Xərçəng bürcü

Xərçəng bürcünün kişiləri hisslərini sevdiyi qadını öpərkən daha yaxşı ifadə edər. Ehtirasını ona da ötürər. Xərçəng qadınını öpmək kişilərin xoşuna gəlir çünki öpüşləri çox şəhvətli olur. Uyğun gəldiyi bürclər: balıq, buğa, qız və əqrəbdir. Riskli qrupa isə dolça, əkizlər və oxatan bürcləri daxildir.

Şir bürcü

Şir bürcünün kişiləri də odlu-alovlu olur. Yəni dodaqlarındakı qadın özünü onun qollarına təslim edənə qədər buraxmaz. Şir bürcünün qadını tərəfindən öpülən kişilər zamanı və məkanı unudar, öpüş ancaq bu qədər mükəmməl və ehtiraslı ola bilər... Dolça, oxatan, əqrəb, tərəzi bürcləri ilə uyğun gəlirlər. Buğa, oğlaq və qız bürcü risklilər qrupundadır.

Qız bürcü

Əzimli və istədiyini əldə edən qız bürcünün kişiləri sevgilisinin nələrdən xoşu gəldiyini çox tez kəşf edir. Bu zaman öpüşləri ildırım kimi yağmağa başlayar. Qız bürcünün qadınları kişilər tərəfindən idarə edilməyi xoşlayır. Yavaş və həssas toxunuşlu öpüşlərə dayana bilməzlər... Onlar üçün öpüş çox şey ifadə edir. Öpüşdükləri ən yaxşı bürclər: oğlaq, buğa və xərçənglərdir. Ən risklililəri isə əqrəb, şir və tərəzi bürcləridir.

Tərəzi bürcü

Tərəzi bürcünün kişiləri qadınları özünə çəkmək və cəlb etmək bacarığına malikdir, eyni zamanda öpüş üzrə mütəxəssisdir. Özünü öpdüyü qadına tamamilə həsr edər və onu hər dəfə qeyri-adi istedadı ilə təəccübləndirməyi bacararlar. Tərəzi bürcünün qadınları isə çox seçicidilər, heç də hamıya şans vermirlər. Sevdiyi kişi ilə opüşdükdən sonra ona yaraşdığını müəyyən edər. Dolça, əkizlər, şir bürcləri ilə uyğun gəlirlər. Əqrəb, oğlaq, qız bürcləri isə riskli qrupa daxildir.

Əqrəb bürcü

Əqrəb bürcünün kişiləri tərəfindən öpülmək və bu andan həzz almamaq mümkün deyil. Sevgilisini məmnun etmək üçün heç nəyi əsirgəməz. Əqrəb qadınlarını isə başa düşmək çətindir. Gah utancaq olarlar, gah da dodaqlarınızdan vampir kimi yapışarlar. Onların cazibəsinə heç bir kişi dayana bilməz... Buğa, qoç, şir bürcləri ilə uyun gəlirlər. Əkizlər, tərəzi və doçalar isə riskli qrupa daxildir.

Oxatan bürcü

Öpüş sənəti haqqında oxatan kişiləri qədər yaxşı bilən yoxdur. Açıq və cəsur rəftarı ilə öpdüyü qadının qəlbinə daxil olarlar. Oxatan bürcünün qadınları xəyalındakı kişini tapdığı zaman onu təəccübləndirməyi bacarır. Dolça, tərəzi, əkizlər, şir bürcləri ilə uyğun gəlir. Qız, oğlaq, buğa bürcləri o qədər də yaxşı olmaya bilər.

Oğlaq bürcü

Oğlaq bürcünün kişiləri sevdiyi qadının hər istədiyini yerinə yetirmək üçün əlindən gələni edir.  Oğlaq bürcünün qadınları əks cinsin nümayəndələrini özləri idarə etmək istəyir. Qarşı tərəfə güvənirsə, lap seks fırtınası da yarada bilər. Buğa, balıq, qız, xərçəng bürcləri ilə uyğun gəlir. Qoç, oxatan, şir, əqrəb isə riskli ola bilər.

Dolça bürcü

Dolça  bürcünün kişiləri ətrafında gördüyü hər şeydən çox tez təsirlənir. Hər şeyi təcrübədən keçirməyə hazırdır. Dolça bürcünün kişiləri ilə öpüşərkən həyəcanını itirməzsən. Dolça bürcü qadınlarının da fantaziyaları çox genişdir, onlara öpüş mütəxəssisi demək olar. Əkizlər,oxatan, qoç tərəzi bürcləri ilə uyğun gəlirlər. Qız, buğa, əqrəb bürcləri riskli qrupa daxildir.

Balıq bürcü

Balıq bürcünün kişiləri üçün öpüş and deməkdir. Həqiqətən sevirsə, qadınını başqa cür öpərlər... Balıq bürcünün qadınları isə özlərini tamamilə sevdiyi kişinin qollarına etibar edir. Xərçəng, oğlaq, buğa, qız ən uyğun bürclərdir. Riskli qrupda isə qoç, oxatan, dolça və əqrəb var.
(səs: 18)
Şərhlər: 5
Baxılıb: 92 254
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri