2014 May ayında astrologiyada əhəmiyyətli tarixlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 272
Səs ver:
(səs: 3)
Xüsusilə buğalar, əqrəblər, dolçalar və şirlərüçün böyük əhəmiyyətə sahib bir aydayıq. Astrologiya Mütəxəssisi Asudə Argun May ayı içindəki inkişafları yaxından izləməmizi və həyatımızda əhəmiyyətli hadisələr inkişaf edirsə diqqətə almanızı tövsiyə edir.

May ayının əhəmiyyətli tarixləri: 
3 May: Əlaqələri izah edən Venera, rahatlamadığı bürc olan Qoça keçir. 29 May tarixdə rahatladığı buğa bürcünə keçənə qədər, əlaqələrinizdə problemlə qarşılaşa bilərsiniz. Daha sürətli, aktiv rol almaq istədiyinizdən fərqində olmadan, dəyər verdiyiniz insanları üzə bilərsiniz. Əgər israr etsəniz eqoist damğasını belə yeyə bilərsiniz. Ən yaxşısı sakitliyinizi qorumaq olacaq. Günəşin Venera rəhbərliyində olduğu buğa bürcü günlərindən keçdiyimizi düşünsək, buğanın sakitliyini təmin etmək asan olmayacağ. Tənqidlərə açıq olmalısınız. 

7 May: İlkdördün yaşanacağı bu günlərdə əhəmiyyət verdiyiniz insanlarla əlaqələrinizə diqqət yetirməlisiniz. Yeniayda başlayan, həyati hadisələr ilk ipuclarını göstərməyə başlayacaq. 14 Mayda Bütöv aya getmədən əvvəl, özünüzü düzəltmək, hadisələri təşkil etmək üçün bu müddəti yaxşı qiymətləndirməlisiniz. Gələn tənqidləri erkən xəbərdarlıq olaraq oxusanız, Bütöv ayın gərginliyindən xilas ola bilərsiniz. Yoxsa "səni xəbərdar etmişdim" deyən insanlarla qarşılaşa bilərsiniz. 

8 May: Mars, Venera əleyhdarlığı yaşanarkən, əlaqə problemlərinə həll tapa bilərsiniz. Burada fürsət olaraq ortaya çıxan astroloji təsir, Veneranın Marsın idarə etdiyi bürcdə, Marsın da Veneranın idarə etdiyi bürcdə tapılması olacaq. Klassik astrologiyada, qarşılıqlı qəbul (mutual reception) dediyimiz bu mövqeni üstünlüyə çevirmək üçün həssas olmalısınız. 

10 May: Şüuru izah edən Günəşin, məsuliyyət planeti Saturnla qarşılıqlı olması, hadisələr qarşısında səy göstərməniz lazım olduğunu söyləyir. Çətinliklərdən qaçmadan, narahatlıqdan uzaq hərəkət etməlisiniz. Lazım olsa başınızı önə əyib, alqış gözləmədən işləməlisiniz. O zaman müvəffəqiyyəti tutmaq üçün imtahan verdiyinizi fərq edəcəksiniz. Bu günlər ümidsizlik deyil, intizam günləri… 

12 May: Əlaqə planeti Veneranın məğlub olmaz Pluton ilə girdiyi kvadrat bucağa diqqət yetirmək lazımdır. Güc döyüşlərindən qaçınmalısınız. İrəliləyən günlərdə, 16 və 18 Mayda Venera fərqli Uranla birləşib, genişlədən Jüpiterə qucaq açacaq. Bu da astroloji olaraq t-kvadrat dediyimiz gərgin bucaq qəlibini meydana gətirəcək. Ay başında sadə şeylərlə başlayan əlaqə problemləri irəliləyib, sürətli sıçramalarla fərqli istiqamətdə inkişaf edə bilər. 20 Mayda Günəş buğa bürcünü tərk edənə qədər, buğa idarə edən Venera səmanın hakimi olacaq. Əlaqələrə, dəyərlərə, maddi mövzulara, pula, iqtisadiyyata, gözəl şeylərə bu ay daha diqqət göstərməliyik. Vermədən almaq mümkün deyil; əvvəl qarşımızdakına dəyər verməli, haqqını istəmədən təslim etməliyik. 

14 May: Səmada bütöv Ay reallaşdığı sırada hər şey ortaya çıxar. Gecəni işıqlandıran Ay, hadisələri də böyüdər, işıqlandırar. Yeniayda nələr əkdiksə və bütöv Ayda nəylə ə suladıqsa indi nəticəni elə gözləməliyik. Günəş tutulmasıyla birləşən bu ayın təsirlərini daha həyati olaraq görməlisiniz. Qədərin bizə təqdim etdiyi yeni ssenarini anlamaq üçün sakit olmaq və şərtlərin oturmasını gözləmək lazımdır. Belə vəziyyətlərdə sürətli davranan, üstünlük qazana bilməz. Əqrəb bürcündə yaşanan Bütöv ay, maddi və mənəvi mövzuların dərinlərinə enməniz lazım olduğunu söyləyir. Tövsiyəm daha tutarlı, iqtisadi və paylaşmaçı olmanızdır. İnad etmənin heç bir faydasını görə bilməzsiniz. 

20 May: 1 Martdan bəri geri hərəkətdə olan döyüşçü Mars, bu gündə etibarən düz hərəkətinə başlayır. Mars rahatlamadığı tərəzi bürcündə də olduğu üçün olduqca çətin zamanlardan keçdik. Gərəksiz yerə hirslənmiş, əsəbiləşmiş ola bilərsiniz. Əlaqələrdə daha incidici olmuş ya da qırılmış ola bilərsiniz. 7 dekabrdan bəri tarazlığı izah edən tərəzi bürcündə olan Mars, problem yaradıb tarazlığımıza maneçilik etdi. Əslində fərdi inkişaf üçün belə zamanlar lazımdır. Bu gündən etibarən düzəlməsi üstünlük olacaq. Ancaq 26 İyulda tərəzi bürcünü tərk edib, Əqrəbə keçib güclənəcəyi günlərə qədər dözümlü olmaq lazımdır. Həm də Marsın tərəzidəki bu səfəri, səmada Uran, Pluton arasındakı gərgin zaman  daha gərgin T-kvadrat mövqesinə gətirdiyi üçün daha sinir pozucu olur. Keçdiyimiz dekabr, Apreldə ortaya çıxan bu T-kvadrat, gələcək iyun ayında da təkrarlayacaq. Yəni döyüş baltalarımızı geri çəksək də, hələ ortadan qaldırmadıq. Fərdi, ictimai hər cür terrordan, hücumdan, dağıdıcı hadisədən çəkinmək lazımdır. 

21 May: Bu gündən etibarən Günəş əkizlər bürcünə keçir. Daha sürətli, hərəkətli, məlumat dolu 30 gündəlik bir müddət başlayır. Öyrənmək, anlamaq, izah etmək, təhsil üçün hərəkət edə bilərsiniz. Yeni məlumatlarla dola bilər, fikir alış-verişinə başlaya bilərsiniz. Bu gündən etibarən əldə qalan işlərinizi yığışdırmaq üçün üstünlük qazanacaqsınız. Xüsusilə nəticə mərkəzli hərəkət etmənizi təklif edərəm. 

24 May: Ayın ən gözəl günləri sona qalmış; bu gün gerçəkləşən  Jüpiter ilə məsuliyyət verən Saturn arasındakı üçbucağı müsbət istifadə etmək üçün hazırlıq etməlisiniz. Səy göstərərək irəlilədiyinizdə köməyin gəldiyini görəcəksiniz. Şansı yaratmaq üçün işləməli, intizamlı olmalısınız. O zaman maneələri aşmaqda çətinlik çəkilməyib, hətta fərdi xəritənizdə qalıcı müvəffəqiyyət qazana bilərsiniz. 

28 May: Təqvim olaraq ayın son günlərində gəlsək də, bu gün səmada Yeniay doğulur. Yeniay əkizlər bürcündə olacağı üçün, sürətli bir iyun ayı bizi gözləyir. Səyahətlər, təhsillər, yığıncaqlar üst-üstə gəlməyə başlaya bilər. Ancaq iyun ayı içində, əkizlər bürcünün və bu ayın idarəçisi olan Merkurinin geri hərəkətə keçəcəyini bilməlisiniz. 7 İyun ilə 1 iyul arasında ünsiyyət qəzalarına hazırlıqlı olmalı, elektonik alətlərinizi düzəltməlisiniz. Əhəmiyyətli razılaşma, müqavilələri imzalamadan əvvəl yaxşı düşünməlisiniz.
 
/Mənbə.Qadınlar.Biz/
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 4 272
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri