Bürclərə görə yataq otağı dekorasiyası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 9 663
Səs ver:
(səs: 0)
Qoç bürcü
Qırmızı rəng və tonları Qoç bürcünü cəlb edər. Təzadları sevirsiniz; buna görə evinizdə köhnə əşyaların yanında yenilərini tapmaq mümkündür. Dəri döşəmələr və idman aksesuarlar Qoç insanının imtina edə bilmədiyi obyektlərdir. Taxta əşyalara maraqlıdırlar. Parçalarda isə sadə naxışlara və bir rəngin tonlarına əhəmiyyət verərlər. Yataq otaqları onlar üçün rahat olmalıdır. İçinə qıvrıla biləcək isti bir kreslo və yerdə rahatlaya biləcəkləri ən böyük yastıqlar, tam Qoçlara görədir. Ən ideal yerləri isə buxarı önüdür.

Buğa bürcü
Bürcünüzün torpaq elementi olmasından ötəri Buğalar yumşaq rəngli mebelləri seçəcək. Krem və ya uçuq mavi tonlarda emal edilmiş döşəmələri olan mebellər onlar üçün idealdır. Mis, düyü və bürünc ağırlıqlı əşyalar, müxtəlif növdəki buxarılar, Buğa bürcünün gözəlliklərə və lüksə olan düşkünlüyünün əlamətidir. Aid olduğunuz yeri sizə xatırladan bir çox bitki və yaşıllıq içində rahat bir yemək yeməkdən əsla imtina etməzsiniz. İç məkanda seçiminiz taxtadır. Yerlər mütləq parket olmalı, çünki bu sizə ağacı xatırladır. Həm də təmizlik sizi çox yormamalıdır. Şkaflar evinizə ağır bir hava verməli; köhnəlmiş taxta görünüşü tam sizə görədir.
Lüks, ənənəvi və sadə bir yer istəyərlər. Təzə çiçəklərə pul xərcləyərlər. Torpaq tonları, gül qurusu və çəhrayı rəngləri sevərlər.

Əkizlər bürcü
Əkizlər insanının evi işıqlıq və havadar olmalı. Oturduğunuz məkanın təmiz və istifadə edilən rənglərin bir-birinə uyğun olmasına çox diqqət yetirirsiniz. Özünü ən yaxşı boz və qarışıq rəngli döşəmələr arasında ifadə edə bilər. Amma təbiiliyi sevdiyi üçün açıq mavi, ya da sarı rənglə uyğun olacaq. Evini və xüsusilə elektronikaya olan marağından ötəri müasir əşyalara və elektronik cihazlara evində çox yer verər. Nümayişi sevər. Ruhunuzdakı hərəkətlilik ev nizamınıza da əks olunur, hər bir neçə ayda mütləq evinizin görünüşünü dəyişdirir, hər şeyi əvvəlkindən daha görünər edirsiniz. Böyük, geniş pəncərələr otağınıza çox işıq gətirər və beləcə məkan daha geniş görünər. Geniş və böyük sahələri sevdiyinizdən, qətiliklə çox mebelə dözümünüz yoxdur. Evinizdə çox bəzək əşyası saxlamazsınız. Divar rəngləri ya ağ ya da bej tonlarında olmalıdır. Cüt istiqamətli istifadə edilə bilən işıqlandırmalar axtararlar. Son texnologiya elektronik cihazlarını sərgiləyə biləcəkləri bir əyləncə küncü vazgeçilməzləridir. Açıq sarı tonları, yaşıllar və mavilər sevdikləri rənglərdir.

Xərçəng bürcü
Xərçənglər evində ruhunu istirahət etdirmək istər. Bürclər içində evinə ən maraqlı bürcdür. O qərarlı və yaradıcıdır. Kompleks şeyləri heç sevməzlər. Ağ, gümüş və violet rəngli mebellər onlar üçün idealdır. Mebellərin tərzi yumşaq və zərif olmalıdır. Hər vaxt bir çox rahat yerə ehtiyacları vardır. Divarlardan birini, ailə şəkillərindən ibarət olan bir qalereya etmək üçün ayırarlar. Yataq otaqlarına; diqqət yetirəcəkləri bitkilər, rahatlaşdıracağı bir səsə sahib bir fəvvarə və dəniz iy verən şamlar qoyarlar. Ağ, mirvari tonları və sarı onların rəngləridir.

Şir bürcü
Heybətli və üslublu bir tərziniz var. Buna görə tərzinizi yaşada biləcək böyük və dəbdəbəli bir məkana ehtiyacınız var. Sarının bütün tonlarındakı mebellər onları cəlb edər. Qızıl aksesuarlar, kreslolar özünü ehtişam içində həqiqi bir kral kimi hiss edəcəyindən şir üçün idealdır. Bu məkanın rahat olması lazım deyil, qəşəng və bahalı görünməsi çox əhəmiyyətlidir. Ən zərif aksesuarlar, bahalı parça və ya xalçalar, qiymətli bir vaza, bahalı süfrə dəstələri, qısacası ehtişam düşkünlüyünüzü dilə gətirən hər şeyin həyatınızda böyük bir yeri vardır. Qəşəng işıqlandırmalarla dolu təəccüblü və zərif bir dizayn anlayışları vardır. Ən sevdikləri otaqları şamlar, sətan yastıqlar və aynalarla doldurarlar. Divarlarını, özlərini əks etdirən narıncı və ya sarıya rəngləyərlər. Özlərini seyr edəcəkləri böyük və zərli bir ayna qoymağı laqeyd yanaşmazlar. Narıncı, sarı, bənövşəyi, qızıl rəngləri şirlərin vazgeçiməzləri arasındadır.

Qız bürcü
Evinizi yerləşdirmə mövzusunda da, qənaətli və sadə olmağı seçirsiniz. Orta tonlardakı boz rənglərdən  olan döşəmələr, aşağı nizamlı qızıl və gümüş aksesuarlar tam onlara görədir. Detala çox əhəmiyyət verdiyi üçün bol rəfli şkaflar, bağlı örtülər onlar üçün idealdır. Ən çox sevdiyiniz ev tərzi: Oturduğunuz məkanda hər şey köklü, məntiqli, təmiz və nizamlı bir təsir buraxmalıdlr. Köhnə parçalar, yüngül taxta və şüşə aksesuarlardan də xoşlanarlar. Sandıqları çox sevərlər. Bütün dərili kitablarını və hobbilərini mütəşəkkil edə biləcəkləri kitabxanalar seçərlər. Açıq mavi, krem, bej və ağ onların favorit rəngləridir.

Tərəzi bürcü
Sakit və balanslı havanız ev nizamınıza da əks olunur. Uçuq yaşıl, mavi və sarının tonlarından döşənilmiş mebellər onları cəlb edər. Mis və güllədən edilmiş aksesuarlar onların dekorasiyaya düşkünlüklərinin göstəricisidir. Eviniz hər baxımdan yumşaq və rahat döşənilmişdir. Estetikaya olan incə ruhunuz sayəsində hansı əşyanın hansı hissəyə uyğun olduğunu çox yaxşı bilirsiniz. Uzun və, alçaq, rahat kreslolar imtina edə bilmədikləri mebellərdəndir. Rəng seçkisində bir də pastel rənglərə çox əhəmiyyət verərlər. Antikvar kürsülər və ya şüşə şəkillər (vaza, kasa) kimi qiymətli əşyalara çox düşkünsünüz. Rahat bir oturma mebeli, az işıq, sətan və şamlar alarlar.

Əqrəb bürcü
Ev dekorasiyanız ovsunlayıcı bir tərz sərgiləməkdədir. Qırmızı və qırmızının bütün tonlarından meydana gələn döşəmələr əqrəb bürcü insanını cəlb edər. Dəmirdən və poladdan edilmiş aksesuarlar qırmızını ən yaxşı tamamlayan metallardır. Pessimist şəkil tablolrını da əskik etməz. Əcaib və eksantrik olan hər şey sizi cəlb edir. Egzotizmə olan tutqunuz sayəsində evinizin bütün hissələrinə sirrin cadusunu paylamağı bacara bilirsiniz. Cinsəllikdə ən güclü bürc olduğundan əqrəbin yataq otağının dekorasiyası da bununla çox əlaqədardır. Qırmızı rəngin buradakı əhəmiyyəti də böyükdür. Sətan və ipək parçaları seçirsiniz. Tünd rəngli pərdələr və egzotik bitkilər, onlara ən uyğun aksesuarlardır. Brokar və məxmər kimi şəhvət oyandıran parçalar tam onlara görədir… Qırmızı, tünd qırmızı və qara rəngləri vazgeçilməzləridir.

Oxatan bürcü
Sizin ev döşəmə stiliniz: gerçək və bahalıdır. Fərqli olmağı sevirsiniz. Ən qiymətli parket, mərmər qablı otaqlar və zərif kreslo döşəmələri sizin ev stilinizi əks etdirir. Bənüvşəyi rənglər və violet rəngindən döşənilmiş mebellər Oxatan insanına çox təsir edər. Mat metallardan ibarət olan aksesuarlar isə onun təbiiliyinə olan düşkünlüyünün bir göstəricisidir. Ən son model televiziya, DVD və ya texnoloji ünsiyyət vasitələri əlinizin altından qətiliklə əskik olmamalıdır. Ən sevdikləri otaqlarda şamlar, dini simvollar və xəritələr olar. Böyük, yumşaq yastıqlara pul xərcləyərlər. Bənövşəyi və ya açıq mavi kimi göy qurşağının hər tonunu sevərlər.

Oğlaq bürcü
Ev döşəmə tərziniz qətiliklə uyğun olmalıdır. Oğlaqlar tünd qəhvərəngi döşəməli mebelləri sevərlər. Evini sevən oğlaq insanı klassik modellərdən aksesuarlar, antikvar əşyalar ilə evini doldurmağa çalışar. Antikvara xüsusi bir marağı vardır. Evində istifadə edəcəyi aksesuarlar da klassik saatlar, qum saatı kimi dəyişik aksesuarlar olacaq. Praktik, sadə və mühafizəkar düşüncə quruluşuna sahib olduğunuzdan, müasir mebel, sintetik parçalardan və həddindən artıq şəkillərdən uzaq dayanırsınız. Eviniz tarix və mədəniyyət qoxusu verməlidir. Ağır köhnəldilmiş taxtadan şkaflar, hətta ədəbi klassiklərin olduğu bir kitabxana tam sizin zövqünüzə görədir. Daş, taxta və dəri kimi təbii maddələri sevirsiniz. Hər şey möhkəm, dayanıqlı, ahəngli və düz olmalıdır. Ən əhəmiyyətlisi isə bu ünsürlər bütün həyatınız boyunca sizinlə birilikdə olmalıdır. Qara, boz, qəhvərəngi, meşə yaşılı kimi tünd torpaq tonlarını sevərlər.

Dolça bürcü
Üsyankar şəxsiyyətlərini əks etdirən ultra müasir və elektronik əşyalarla bəzədilmiş məkanlar tam onlara görədir. Gecə mavisi və bəzən qərbçi mavi tonlardakı döşəmələrdən çox təsirlənər. Kosmos görünüşlü aksesuarlar onların elmə və fantastikaya olan marağının göstəricisidirə Elektronik cihazlar isə rahata olan düşkünlüyünü göstərər. Gümüş, mavi və cins rəngi favoritləridir.

Balıqlar bürcü
Təxəyyülünə söykənən bir məkan istəyərlər. Balıq bürcü insanını violet və açıq mavi tonlardakı döşəmələrdən çox xoşlanarlar. Özünü daha dinc və daha xoşbəxt hiss etməsini təmin edəcək olan romantik posterlər və əşyalar onun şəxsiyyətinin ən gözəl göstəriciləridir. Həm ənənəvidir, həm də radikal olmağı bacarar. Dəniz mövzulu aksesurları çox sevərlər. Yataqları isə hər vaxt yumşaq, rahat və istirahət etdirici olmalıdır. Su yaşılı və mavisi, ağa çalan solğun sarı rənglərini sevərlər.

(səs: 0)
Şərhlər: 9
Baxılıb: 9 663
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri