Həftəlik bürclər (19.05.2014 - 25.05.2014)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 062
Səs ver:
(səs: 6)
19 May (bazar ertəsi)
Həftənin ilk günü Ay, qərarlı Oğlaq bürcündədir… Edilməsi lazım olan işlər, üstünüzə qalan yüklər kefinizi qaçırmasın. Ağırlıq təşkil edən məsuliyyətləri səhər erkən saatlarında həll edib, günün geri qalanını rahat keçirə bilərsiniz. Saat 10:00 ilə 12:58 arasında Ay boşluqda olacağı üçün, sürətli olmanız işə yaracaq.
Günortadan sonra Ay, humanist Dolça bürcünə keçəcək. Tətil etmə fürsəti olanlar üçün, yoldaşlıqlar önə çıxa bilər. İctimailəşmənin kefini çıxara bilərsiniz. Ay ilə Günəş arasındakı üçbucaq bucaq da sizə köməkçi olacaq. Əhəmiyyət verdiyiniz insanlarla bir yerdə ola bilərsiniz. Gün içində hadisələrin rahat axınını görəcəksiniz.

20 May (çərşənbə axşamı)
Bu gün Ay, dəyişikliyi sevən Dolça bürcündə yoluna davam edir. Hadisələrə, insanlara baxış bucağınızı dəyişdirərək problemlərə həll tapa bilərsiniz. Beləcə daha azad ola bilər, fərdi fərqinizi asanca sərgiləyə bilərsiniz. Bu gün sürprizlərə açıq olmanızı tövsiyə edərəm. Heç bir plan etməmənin zövqünü dadmalısınız.
Ay ilə döyüşçü Mars arasındakı üçbucaq, hadisələrin hərəkətlənəcəyini simvollaşdırır. Daha həssas davrana bilərsiniz. Ancaq qarşınızdakıları qırmamaq üçün duyğularınızı nəzarət etməlisiniz. Ardından reallaşan Ay ilə sürprizli Uran altmışlığı günün dəyişənliyinə son qoyur. Hadisələri gözləməsiz bir şəkildə qiymətləndirdiyinizdə daha rahat olacaqsınız. Ay ilə Saturn arasındakı bucaq, bir tərəfdən də ayaqlarınızı yerə möhkəm basmanız lazım olduğunu vurğulayır. Məsuliyyətləri buraxıb qaçmanız hələlik o qədər də mümkün deyil. Ay ilə gözəl Venera arasındakı əlaqə isə axtardığınız köməyin sevdiklərinizdən gələcəyini vəd edir. Yetər ki siz tarazlıqda qalın.
Bu gün səmada əhəmiyyətli bir hərəkət daha var. Səmanın sevimli planeti Mars, geri hərəkətinə son verib, düz hərəkətə keçir. Aqresiv ruh halı, hirs partlamaları ya da tam tərsi bir şəkildə üzərimizdəki ətalət və tənbəllik sona yetir. Özünüzü, gücünüzü daha rahat ortaya qoymağa başlaya bilər, tərs gedən işləri həll etməyə başlaya bilərsiniz. Ancaq Marsın hələ rahatlamadığı Tərəzi bürcündə olduğunu unutmayın. Tamamilə rahatlaması üçün 26 İyula qədər səbr etmək lazımdır…

21 May (çərşənbə)
Ay hələ də Dolça bürcündədir. Ancaq səhər 06:00 ilə günortadan sonra 15:19 arasında boşluqda olacaq. Gündəlik rejimimizi simvollaşdırma edən Ayın bucaqsız qalıb, boşluğa düşdüyü bu saatlar, içimizdən bir şey etmək gəlməyə bilər. Ofisdə olanlar normalda ələnəcəklər. Ofis xaricində olanlar içinsə, fərdi baxım, təmizlik çox yerində olar. Gündəlik gündəliyinizə Ay boşluqda zamanlarını işarələyib, qazanclı bir şəkildə istifadə etmənizi tövsiyə edərəm.
Günortadan sonra Ay Balıq bürcünə keçir. Cümə axşamına qədər özünüzü daha həssas, romantik hiss edə bilərsiniz. Fədakarlıq, mənəviyyat kimi mövzular gündəmə gələ bilər. Başqalarına köməkçi olmaq üçün hərəkət edə bilərsiniz.
Gün içindəki planet hərəkətlərinə baxıb, qərarlarımızı təyin edək: Ay ilə ünsiyyətçi Merkurinin qurduğu bucaqla, dəyişik fikirləri həyatınıza qata bilərsiniz. Özünüzü izah etmək, ifadə etmək üçün də rahat olacaqsınız. Ay ilə Günəş arasındakı əlaqə isə, əhəmiyyət verdiyiniz insanlarla əlaqənizdə daha diqqətli olmanızı söyləyir. Atanız, həyat yoldaşınız, müdiriniz kimi nüfuz fiqurlarıyla əlaqənizi gücləndirməli, narazılıqdan uzaq dayanmalısınız. Günortadan sonra Günəş Əkizlər bürcünə keçir. Buğa bürcünün sakitliy halından sonra hərəkətlənirik. Təxminən 30 gün boyunca ünsiyyət, media, jurnalistika, təhsil, səyahət, ticarət kimi mövzulara daha çox zaman ayıra bilərsiniz. Sürətli hərəkət etmənin və ağılınızı real bir şəkildə istifadə etmənin faydasını görəcəksiniz.

22 May (cümə axşamı)

Bu gün Ay, Balıq bürcündə irəliləyərkən asan dağıla bilərsiniz. Qarşınızdakı insanlara qarşı çox daha həssas ola bilərsiniz. Fədakarlıq, köməkləşmə mövzuları önə çıxa bilər. Özünüzü daha romantik hiss edə bilərsiniz.
Ayın Neptunlə birləşməsi bu duyğuları daha da artıra bilər. Sirrli, romantik Neptun planeti, Balıq bürcünün üst oktavı olaraq, bu təsirləri artıracaq. Romantik mövzular və eşq həyatınızda gözəl təsirlər ola bilər. Ancaq real dünyada yanılmamaq, səhv anlamamaq üçün gözlərinizi yaxşı açmalısınız. Ay ilə məğlub olmaz Pluton arasındakı bucaq sizi gücləndirir. Qara buludlarının altından qalxmanıza kömək edir. Ay ilə şanslı Yüpiter arasındakı bucaq isə ilahi dəstək alacağınızı izah edir. Bu gün eşqi tutmaq, dadını çıxarmaq üçün gözəl bir gündür.

23 May (cümə)
Balıq bürcünün həssaslığı bu gündə davam edir. Həm də səhər 09:26 ilə 19:02 arasında Ay bucaqsız, boşluqda qalacağı üçün hadisələri axışına buraxmaq lazımdır. Xüsusilə dünyəvi işlərdə çox asan irəliləyə bilərsiniz. Ancaq mənəvi, romantik mövzularda için eşqlə dola bilər. Fürsət varkən dadını çıxarın. Axşam saatlarında Ay, döyüşçü Qoç bürcünə girdiyində, itirdiyiniz zamanı geri qazanacaq qədər güclü olacaqsınız.
Ay ilə məsuliyyət planeti Saturn arasındakı bucaq, işlərinizi paylaşacaq insanların olacağını izah edir. Qarşılıqlı fədakarlıq etməniz sizi rahatlada bilər. Ay ilə ağıllı Merkuri arasındakı əlaqə isə oyanıq qalmanıza yarayacaq. Ay boşluqdan çıxdıqdan sonra reallaşacaq, Ay ilə Günəş arasındakı bucaq olduqca işinizə yarayacaq. Sürətlə, əhəmiyyət verdiyiniz işləri yığışdıra bilərsiniz. Həm də bu gündən başlayaraq, səma təqvimi ayın sonuna gəlməyə başladığı üçün yeni işləri təxirə salmanızı tövsiyə edərəm.

24 May (şənbə)
Həftə sonu sürətli keçəcəyə bənzəyir. Ay cəsur Qoç bürcündə olacaq. Özünüzü daha güclü və enerjili hiss edə bilərsiniz. Uşaq kimi, spontan bir şəkildə həyatın kefini çıxara bilərsiniz.
Ay ilə güclü Pluton əlaqəsi, sərhədlərinizi xatırladacaq. Gələn tənqidlərə diqqət yetirdiyinizdə, gücünüzü artıracaqsınız. Güc döyüşlərinə girmək yerinə, güc birliyi etmənizi tövsiyə edərəm. Hərəkətlərinizi, ifadələrinizi nəzarət etməlisiniz. Çünki ardından, Ayın fərqli Uranla birləşməsi diqqət çəkir. Bu təsiri müsbət istiqamətdə istifadə etməlisiniz. Əks halda kiçik bir sözdən doğan, böyük bir müzakirə içində qala bilərsiniz. Gün içində reallaşan şanslı Yüpiter ilə intizamlı Saturn arasındakı bucaq, bir neçə gün əvvəli və sonrası təsirli olacaq. Məsuliyyətləri diqqətə alıb atdığınız addımlardan fürsət tuta bilərsiniz. Xronikiləşmiş, aşılmaz sandığınız problemlər, sizin yanaşmanız sayəsində, ilahi bir şəkildə müsbət istiqamətdə inkişaf edə bilər. Özünüzü nəzarət etmənin faydasını görəcəksiniz.

25 May (bazar)

Bu bazar günü hərəkətlənirsiniz. Ay Qoç bürcündəykən yerində dayanmanız çətin olacaq. Enerjinizi mütləq istifadə etməlisiniz. İdman etmək, qaçmaq, bədəninizi hərəkətə keçirmək üçün bunu fürsət bilməlisiniz. Əks halda əsəbiləşə bilərsiniz.
Günün bucaqları, əlaqələri sizi dəstəkləyəcək. Ay ilə şanslı Yüpiter arasındakı əlaqə, fürsəti ayağınıza gətirəcəyə bənzəyir. Yetərki istəkli olun. Ayın gözəl Venera ilə birləşməsi, günüə bir başqa gözəl təsiri olacaq. Əlaqələrinizə əhəmiyyət verməli, sevdiyiniz insanlarla zaman keçirməlisiniz. Qoç bürcünün verdiyi tünd xasiyyətlikdən uzaq dayanaraq  Ay ilə Merkuri arasındakı bucaq da sizi dəstəkləyir. Doğru ünsiyyət quraraq həm əlaqələrinizi inkişaf etdirə bilər, həm də özünüzü rahatca ifadə edə bilərsiniz.

Unutmayın, ulduzlar yalnız qaranlıq gecələri işıqlandırmaz…
(səs: 6)
Şərhlər: 2
Baxılıb: 5 062
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri