Bürclər və sevgi falı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 38 407
Səs ver:
(səs: 41)
Od Bürcləri: Qoç — Şir — Oxatan
Torpaq Bürcləri: Buğa- Qız — Oğlaq
Hava Bürcləri: Əkizlər — Tərəzi — Dolça
Su Bürcləri: Xərçəng — Əqrəb — Balıq

Od/Od
Qoç, Oxatan və Şir, asan və sıx aşiq olarlar və tez bezərlər. Gerçəkdə, eşqdən məhrum bir həyat, od bürcləri üçün iç qaraldıcıdır. Qoç və Oxatanın, yeni macəraların coşqu və həyəcanına olan ehtiyacı, daha durğun olan və davamlılıqlardan xoşu gələn Şirdən daha çoxdur. Od/Od birləşməsi cinsi baxımdan həyəcan verici ola bilər, çünki ikisi də güclü və yaradıcı bir yaxınlaşmanı bölüşürlər, amma ani təsirlənmələr və nəticədəki qısqanclıqlar və şübhələr əlaqəni məhv edə bilər. Od/Od əlaqələrinin mənfi istiqamətlərindən biri də, hər ikisinin şofer kreslosunu seçməsidir, beləcə daha az suveren olan, onu davamlı maneə törədən daha əhəmiyyətsiz bir rola itələnər. Nəticə olaraq, bu adam, ümumiyyətlə möhtəşəm bir davadan sonra, bir başqasını tapıb həyat yoldaşını tərk edər. Odun daim yaxşı bir baxıma ehtiyacı vardır, əks halda sönər amma yanacağı çox olsa, idarədən çıxacaq.

Od/Torpaq
Od və torpaq fiziki və simvolik mənalarda zidd düşən iki maddədir. Çox torpaq odu söndürər və çox od isə torpağı qovarar. Amma od və torpaq birliyi, üzərində bir az düşünülsə, o qədər də mənasız bir şey deyil. Mühakimələri və davranışları çox fərqli olsa da, ikisi də digərinin qabiliyyətlərindən faydalanar. Mənfi istiqamətdə, odun indiki zamanı həyata seçimi və məhdudlaşdırmalara qarşı qeydsizliyi, torpağın ənənəvi bağlılığıyla zidd düşə bilər. Beləcə, Qoç Oğlağın, Şir Buğa və Oxatan Qızın təsirindədir, çünki bənzər xüsusiyyətlərin zidd cazibəsi bir maqnit kimi çəkər. Bəzən, od və torpağın cinsi qarşılıqlı təsiri çətinliklər yarada bilər. Heç olmasa başlanğıcdakı enerjili cazibə bir tərəfə, torpaq odu bir az təcavüzkar və ənənələrə əleyhdar görə bilər və od isə torpağı eşq və fövqəladə mühitlərdə darıxdırıcı və qeyri-kafi tapa bilər. Torpaq, onun yaxşı niyyətini anlamalı və öyrəşdiyi güvən mühitində qalmaqdansa, təbii olmalı və hərdənbir riskə girməlidir. Hər ikisi də, yanaşmalarının tək doğru olduğuna inandığı və digərini dəyişdirməyi bacara bilmədiyi təqdirdə bir-birlərindən uzaqlaşacaqlar, od soyuyacaq və torpaq daha tündxasiyyət olacaq. Amma bu ikili daha yüksək bir yolu mənimsədiklərində, torpaq/od birliyi, qarşılıqlı dəstək və müvəffəqiyyəti gətirə bilər. Lakin, əmək, şüurluq və güzəşt lazım olacaq.

Od/Hava
Od və hava, yaxşı bərabərlik qurarlar. Hər ikisi də pessimistlikdən və tədbirdən xoşlanmazlar, ictimai təsiri, əyləncəni və yeni düşüncələri sevərlər. Hava, odun davranışlarının nəticəsini, onun coşğusunu əzmədən araşdıra bilər, amma hava hər şeyə yüngül toxunduğu və od da olduqca ağır əlli olduğu üçün ziddiyyət meydana gələ bilər. Hava hər zamanki tərəfsizliyi ilə çətinliklər ortaya çıxaracaq, odu nəticələrlə baş-başa buraxacaq. Hava bir neçə imkan arasında qalıb, bir qərara gəlmək üçün odun onu təhrik etməsinə ehtiyac duyduğu anda, od, onu hərəkətə keçirmək üçün təşviq etməlidir. Ziddliklər astrologiyada həmişə mövcuddur və Jungun ifadə etdiyi kimi, «Hər düşüncənin ziddiyyətinin toxumunu daşıdığı qanununda göstərərlər».

Beləcə, hər qəhrəman Qoçun arxasında bacarıqlı bir Tərəzi vardır, özünü ucaldan Şirin yanında insancıl bir Dolça yatar və geniş qəlbli Oxatanın içində məntiqli bir Əkizlər vardır.
Bu birliyin bir başqa mənfi istiqaməti də, odun romantik səviyyəsi yüksək və atəşli arzularına qarşılıq, havanın duyğularıyla əlaqədar klasshik problemlərindən ibarətdir. İkisi bir-birləriylə ünsiyyət qura bilsələr belə hava böyük bir ehtirası bəsləyə bilməz və od isə duyğularından çox uzun bir müddət ayrı qala bilməz. Bununla birlikdə fərqliliklər od/torpaq və ya od/su bərabərliklərindən daha asan həll edilə bilər.

Od/Su
Od və su hər baxımdan dalaşqan yuxu yoldaşlarıdırlar.Od istiqanlı və təbiidir və duyğuları, xaricə istiqamətlidir. Passiv və daha yumşaq olan suyun isə romantik bəslənməyə və anlayışa ehtiyacı vardır. Od bürcləri, düşüncəsiz və eqoist olmağa meyllilərdir amma asan bağışlayıb unudarlar. Su bürcləri isə, həddindən artıq həssas və qorunmasızdırlar və incidiklərində qaşqabağını tökməyə meyllilərdir. Od suyun, tez-tez ruhi vəziyyətini dəyişdirə bilməməsinə hirslənər, su isə odun antipatik və eqoist olduğunu düşünər. Nəticə olaraq, əlaqə problemlərdən ziyan görər. Odun məqsədi suyun duyğularını incitmək deyil, amma su daha çox incimə qorxusuyla öz dərdlərini saxlayar və romantik bir gərginlik meydana gətirər. Suyun duyğuları sel kimi boşaldıqca, od hərəkətsizləşər. Beləcə, od/su birliyində çıxan ən böyük problem, fərqli romantik ehtiyacları və davranışları qəbul etmədə və köməkləşməkdə görülər. Bir od həyat yoldaşı, ikisinin ən çox çalışanı olmalıdır, çünki suyun yaralana biləcəyini həmişə göz qarşısında saxlamalıdır. Su uzun bir müddət üçün tərk edildiyində kin bəsləməməli və səssizlik içində əzab çəkmə meylini məğlub etməlidir. Bir Od/Su əlaqəsi fiziki istiqamətdə ümumiyyətlə yaxşı bir başlanğıc edər, çünki od diqqətlidir, su isə hələ çox həssas və ya məcbur edən deyil. Buna baxmayaraq, duyğular şiddətləndiyində, hər şeyin yolunda getməsini təmin etmək üçün ciddi səy göstərmək lazımdır.

Torpaq/Torpaq
Torpaq/torpaq birliyi, Od/Odun romantik eniş və çıxışlarına sahib olmadığı kimi, onun həyəcanına da sahib deyil. Torpaq bürcləri, bilinməyənə atılmaq yerinə, zəmanətdə qalmağa meyllidirlər. İkisi bərabərkən bir-birlərinə hörmət, dəstək və güvən gətirərlər və ümumiyyətlə həyat boyu sürəcək bir birlik davam etdirərlər. Bu əlaqə güclü bir şəkildə fiziki olduğu üçün torpaq/torpağın cinsi birliyi ümumiyyətlə doyurucudur, amma biri digərinin romantik və fiziki ehtiyacları haqqında danışmaz, yəni torpaq, fiziki funksiyanı nadir hallarda müzakirə edər. Bununla bərabər torpaq bürcləri, təhlükəsizlik məqsədiylə romantik ehtiyaclarını basdırmağa meylli olduqları üçün, romantik təsirlərə qarşı çox həssaslardır. Sədaqətsizliyə ya da evlilik xarici əlaqələr axtarışa meylli olmamalarına baxmayaraq həyəcan verici təzə duyğuları da sevərlər. Torpaq/torpaq əlaqəsi, məsuliyyətin fərqindədir, nəticədə ikisi arasındakı əlaqə təşviq edici və doyurucu olacaq.

Torpaq/Hava
Hava, torpağı məhsuldar edən toxumların daşınmasında əhəmiyyətlidir amma toz meydana gətirə bilər. Torpaq/hava əlaqəsi od/su əlaqəsi kimi çətin ola bilər. Torpaq ümumiyyətlə havanı səthi və güvənilməsi çətin görər, hava da torpağın mühafizəkar və real yanaşmasıyla boğular. Bu səbəblərə görə başlanğıcda cazibə azdır, amma əlaqə başlayarsa həm məhsuldar, həm də davamlı ola bilər. Torpaq və hava məntiqli bir zehni bölüşərlər. Hava ön mühakiməli və xırdaçıdır, torpaq qəddar, realist və duyğusuz ola bilər. Buna baxmayaraq, havanın anlayış parlaqlığı ilə torpağın inadı və nizamı ikisini inanılmaz bir şəkildə irəlilədə bilər. Hava, torpaq yoldaşının romantizmdən ya da incəlikdən məhrum olduğunu və bədənini düşündüyünü hiss edər. Buna qarşılıq torpaq, havanın təxəyyülündən məhrum olması və fiziki xəbərdarlıqlara reaksiya göstərə bilməməsinə görə dayanar və çaşar. Buna görə od/torpaq bərabərliyi, cinsi əlaqənin əhəmiyyətli olduğu evlilik kimi əlaqələrdə daha yaxşı gedərkən, torpaq/hava bərabərliyi cinsii əlaqə və ya duyğuların lazımsız olduğu bir iş əlaqəsində daha yaxşı davam edər. Müsbət bir tərəfdən baxılsa, hava torpağın zehni tənbəlliyini qıcıqlandırar və onun ağılını başından alar, torpaq isə havanın xəyal gücünü reallığa çatdırar, ona sabitlik və möhkəmlik verər. Yenə də, müvəffəqiyyət üçün əlaqə ayrılıqlarını hiss etməlidirlər.

Torpaq/Su
Bu simpatik əlaqə yaxşı davam edər. Torpağın sabitliyi və güvənirliyi, suyun etibarsızlığı və qorunmasızlığıı üçün mükəmməldir. Torpaq, özünü odla olduğu kimi isti üzündən əsəbi və çaşmış hiss etməz, su isə torpağa intuisiya ilə yaxınlaşar və qarşılıq gözləmədən reaksiya verər. Bununla birlikdə, yan təsirlər də vardır. Bir araya gəldiklərində, şübhə və pessimistlik görünə bilər. Torpaq çətindədirsə və suyun təhlükəsizliyi təhdid altındadırsa, ikisi də güvən meydana gətirməyi bacaracaq vəziyyətdə deyildirlər. Öz problemləri və mənfi düşüncələri tərəfindən impulslanaraq daha çox içlərinə qapanacaqlar. Bir torpaq/su əlaqəsinin fizikiistiqaməti ümumiyyətlə yaxşıdır. Su,daxili olaraq özünü təhlükəsizlikdə hiss edər, beləcə onun romantik təhlükəsizliyi cinsi izahatını sərbəst buraxar. Buna qarşılıq, torpaq, güclü duyğulara bağlı fiziki təması taparkən, arzularını təmin edən, passiv amma həssas bir həyat yoldaşı olar. Bəzən torpaq suyun qərarsız ruh hallarına öyrəşməkdə çətinlik çəkə bilər və də su torpağı əmr verən, fanatik və inadcıl görə bilər amma ümumiyyətlə yaxşı bir tarazlıq yaradarlar. Nəticədə əlaqə qarşılıqlı olaraq müsbət və davamlıdır.

Hava/Hava
Bu əlaqənin gec-tez mənəvi və ya olduqca zehni olma ehtimalı vardır. Birinin, xəritəsində daha çox torpaq və su elementi varsa, problem yarana bilər, çünki bu adam əlaqənin yüngül və romantik baxımdan qeyri-kafi olduğunu düşünə bilər. Od/Od və torpaq/torpaqda olduğu kimi, bənzərliklərin yaxşı yanları olsa belə, ümumiyyətlə əlehydə olan istiqamətlər lehdə olan istiqamətlərə ağırlıq təşkil edər. İki havalı adam başlanğıcda bir-biri tərəfindən zehni baxımdan təşviq edilib qısqandıracaq bir əlaqəyə sahib ola bilərlər və düşüncələri heç bir zaman reallaşmadığında zamanla bir-birlərini çox danışıb az iş etməklə günahlandıra bilərlər. Əlaqə kənar yandan həddindən artıq romantikdir. Hər üç bürc də, yəni Dolça, Əkizlər və Tərəzi, eşq mövzusunda ədəbi bir qabiliyyətə sahibdirlər və eşqin meydana gəlməsi üçün lazım olan yer və atmosferi tapmaq üçün böyük səy göstərərlər. Hər ikisi də fiziki duyğularla daha az təmasda olduğu üçün, təşviqə, yəni ağıllı üsullara və fantaziyalara ehtiyacları vardır. Hava/hava cütləri ümumiyyətlə yaxşı bir ictimai həyata sahiblərdir və onlar ortaq mədəniyyəti və zehni maraq sahələrini izləyərlər, mübahisədən xoşları gəlsə belə evdəki əhəmiyyətsiz mübahisələrə daha az meyllilərdir. Bununla yanaşı, hava həddindən artıq hərəkətli olduğunda, hava/hava əlaqəsi ayrılma riski daşıyar, amma ev xaricindəki fəaliyyətlərində qarşılıqlı bir razılaşmaya çatıldığında, hərdən bir edilən şübhələr heç bir zərər verməz. Hava cütləri başqaları tərəfindən tez-tez ideal, xoşbəxt bir cüt olaraq görünərlər və həqiqətən də elədirlər.

Hava/Su
Hava və su birləşdirilmələri çox asan olmayan maddələrdir. Bununla birlikdə, hava və su tipləri tez-tez qaçınılmaz şəkildə bir-birlərinə cəzb edilirlər. Hava, suyun daxili həssaslığı və susqunluğu tərəfindən ovsunlanar. Su, havanın ictimai bacarıqlılığına, məntiq gücünə və zehni çevikliyinə pərəstişkardır. Bir hava/su əlaqəsinin ilk mərhələləri tamamilə maraqlı ola bilər. Hava suyun məntiqsiz ruhi hallarını həll etməyə çalışacaq və su havanın parlaqlığı və ovsunlayıcı danışmasıyla ovsunlanacaq. Hər ikisi də eşqi və cinsi oyunları bildiyi üçün, bu ikili tutulması çətin bir ikilidir. Pərəstişkarlıq etmə dövrü olduqca uzun və sıxdır. Amma bir müddət sonra, çox fərqli olan prioritetlər özlərini göstərməyə başlayacaq. Su anlayış və sabitlik istəyər və hava bunların heç birini təmin edəcək kimi deyil, suyla bir nəticəyə gəlməyi yoxlaya bilər, amma ümumiyyətlə onu anlamağı bacara bilməz və havanın hərəkətliliyi, suyu təhlükəli edər. Hava, suyun yapışqan meylləriylə məhdudlaşdırıldığını hiss edə bilər, suyla razılaşmağa çalışarkən məhv olar və odda olduğu kimi əzici romantik nümayişlərlə hərəkətsiz qalar. Bu cür bir çıxilmaz vəziyyət bir çox hava/su cütünün məhvinə səbəb olar. Tipik hava yoldaşı ümumiyyətlə uduzmanı ilk qəbul edən olar və suya tərk edilmiş sevimli rolunu buraxar. Hava/su vəziyyətində, havanın suyun hiss etmə xüsusiyyətinə heyran olması və suyun, havanın məntiq və zehni gücünə cəzb olması şişirdilsə tənqid mövzusu ola bilər. Amma xarakterlərin fərqinə varılsa, bu birlik çox məhsuldar ola bilər, çünki hava suyun həddindən artıq həssaslığını dəyişdirərək, təcrübələrini ağla uydurmasına və dünya ilə başa çıxmasına köməkçi ola bilərkən, su havaya başqalarına göstərməsi lazım olan həssaslığı göstərə bilər və onun nəzəri dünyagörüşünü zənginləşdirə bilər.

Su/Su
Bir əlaqədə iki su bürcü olduqa, duyğu məhrumluğu və romantik uzaqlıq bir problem ola bilməz. Gerçəkdə isə, bir-birlərinə göstərdikləri həddindən artıq həssaslıq əlaqəni batıra bilər. İki su bürcünün, hadisələrə qarşı həddindən artıq həssas və qorxaq olma meylləri problem ola bilər. Su bəzən özünü duyğularından uzaq tutmalıdır, amma bu iki romantik və həssas adam üçün qeyri-mümkündür. Bir-birləriylə daxili baxımdan əlaqə qura bilsələr belə, problemləri həll etmək yerinə bir-birlərinə yapışarlar. Su hər növ problem yaratmağa meyilli olduğundan, bu ifadə edilər kompleks narahatlıqlarla tez-tez şiddətlənərlər. Qəribədir ki, iki su bürcü bərabərkən, əlaqə nə qədər az doyurucu və bədbəxt olursa olsun, heç birisi əlaqəni kəsməyəcək. Qopmağı təmin edəcək vəziyyəti gözləyərlər və ya biri digərini romantik bir çıxmaza salar, beləcə o birisinin günahkar və rədd edilmiş rolunu oynamasına icazə verər. Hər ikisi də keçmişə bağlıdırlar və ümumiyyətlə səhv olan mövzu fiziki rədd və romantik soyuqluqdur. Bir tərəfin xəritəsində daha çox hava və od elementi olmadıqca, bu vəziyyət illərcə davam edə bilər. Məsələn, torpaq/od/hava tərəfləri ağırlıq təşkil edən bir adamla, torpaq/su tərəfləri çox olan adam arasında maddi bərabərliklər problemli ola bilər, amma bunların həll edilməsi qeyri-mümkün deyil. Amma, sıx oxşarlıqlar hər əlaqədə göründüyü kimi, gərginlik və qarşıdurmaya da səbəb ola bilərlər.
(səs: 41)
Şərhlər: 7
Baxılıb: 38 407
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri