Hər insanın tale "ədəd"i var və bu gerçəkdir (1)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 14 413
Səs ver:
(səs: 13)
Hər insanın tale rəqəmi var və bu  gerçəkdir.
Çaşacaqsınız, amma  oxuyun, hesablayın, şəxsiyyətinizi müəyyən edin.
 
Tale rəqəmi nədir?
Bu ədəd var, özündə insanın  məqsəd və xüsusiyyətləri təyin edir. İçinizdə gizli olan xüsusiyyətlər, düşüncə tərziniz, şəxsiyyətiniz və həyatdakı məqsədiniz əks etdirən bu ədəd doğumdan ölümə qədər sizin həyat yolunuzu işıqlandırır.
Tale ədədinizi necə tapacaqsınız?
Həyat çarxınızın qədər sayını tapmaq üçün doğulduğunuz ayın, günün və ilinin ədədlərini yan-yana toplamanız lazımdır. Ayların ədəd dəyərləri:
Yanvar: 1
Fevral: 2
Mart: 3
Aprel: 4
May: 5
İyun: 6
İyul: 7
Avqust: 8
Sentyabr: 9
Oktyabr: 1
Noyabr: 2
Dekabr: 3
Sıra tale ədədinizi tapmağa gəldi.
Cədvəldən doğulduğunuz ayın dəyərini tapıb gün və il ilə birlikdə toplayın.
Məsələn:
20 İyul 1957- ci ildə doğulmuşsunuzsa;
20+ 07+ 1957=1984
1+9+8+4=22  və  2+2=4
 Tale  ədədiniz: 4 edər.

Tale ədədi  - 1:
"QABAQCIL"

Qabaqcıl, lider, yol göstərici və planlayıcısınız.
Həqiqətən güclü bir şəxsiyyətiniz var. Tale gəmisində yeriniz kapitan köşküdür. Başqalarına boyun əymək sizin üçün qəbuledilməzdir. Son dərəcə yaradıcı və qabiliyyətlisiniz. Düşüncələrinizi bir an əvvəl həyata keçirmək, reallaşdırmaq üçün lazımlı olan mübarizəçi ruhu sizdə mövcuddur. Yüksəlmə ehtirası isə həyatınızın təməlini meydana gətirir.
Arzu etdiyiniz müvəffəqiyyətə çatmaq üçün qorxmadan çalışırsınız. İdarəçilik qabiliyyətiniz olduğu üçün hadisələrə dərhal hakim ola bilirsiniz. Həyatın hər sahəsində bu qabiliyyətiniz etibarlıdır.
Dayanıqlılıq, güc və iradə ehtirasınızın vasitələridir. Və siz bu vasitələri böyük bir bacarıq ilə istifadə edirsiniz. Zaman - zaman bu xüsusiyyətlərin mənfi istiqamətlərini sərgilədiyiniz olur. Belə vəziyyətlərdə son dərəcə təcavüzkar ola bilirsiniz. Halbuki istədiyinizi əldə etmənin yolu əlaqələrinizdə incəliyi əldən buraxmadan həll etməkdən keçir. Bəzən tənqid edən və əmr edən olursunuz,  amma sizə tənqid edildiyində qəhr olursunuz. Əslində son dərəcə həssas bir ürəyiniz var. Bu vəziyyətdə ürəyinizin səsini dinləyin. Qısa zamanda həm liderliyinizi, həm də dostlarınızı yenidən qazanarsınız.

Tale ədədi -  2:
"KÖMƏKÇİ"

Sizi başqalarından ayıran iki istiqamətiniz var. Taktika və insan əlaqələrində göstərdiyiniz ustalıq və bacarıq ilə öhdəsindən gələ bilməyəcəyiniz heç bir şey yoxdur. Həyatınızdakı açar söz əməkdaşlıqdır. Uyğunlaşa bilməmək və mübahisələr  sizə dərhal təsir edir. Buna görə başınıza belə bir şey gəldiyində bütün gücünüzlə vəziyyəti düzəltməyə çalışırsınız. Zərif bir insansınız, bunun yanında başqalarını da çox düşünürsünüz, qırmamağa çalışırsınız. Buna görə ətrafınızdan dostlarınız heç əskik olmur. Tale çarxının digər ədədlərindən daha mübariz bir ruha sahibsiniz ( 9-dan sonra ). Ancaq həyatın gözəl zövqlərindən heç məhrum qalmırsınız. 2 rəqəmi yığışdırıcılığın sayıdır. Ruhunuzun birləşdirici istiqamətini alovlandırır.  Başqalarının köməyə ehtiyacı olduğunda ortaya çıxırsınız, amma lazım olduğunda heç kimin köməyi olmadan işinizi öz başınıza həll edə bilirsiniz.

Tale ədədi - 3:
"SEÇİCİ"

Təşkilatçılıq qabiliyyəti və idarəçilik sizdə toplanıb. Bacarıqlı bir insansınız, bu özeliyiniz sayəsində müvəffəqiyyət və xoşbəxtlik dolu bir həyat sizi gözləyir. İnsanın təbiətini və zəifliklərini yaxşı bildiyiniz üçün insanlığı düzəltmək məqsədinə istiqamətli peşələr seçirsiniz. Əslində çox bağışlayıcı və haldan anlayan bir insansınız. Nüfuz ən əhəmiyyətli silahınızdır. İdarəçi olaraq girdiyiniz hər yerdə bu silahı istifadə edirsiniz. Nə qədər böyük bir birliklə çalışsanız müvəffəqiyyətiniz və qazancınızda o dərəcə böyük olacaq. Sənaye, şirkət və təşkilatlarda idarəçi qabiliyyətlərinizi ən yaxşı şəkildə istifadə edə bilərsiniz. Çox cəsur bir insansınız. Məqsədləriniz və etməniz lazım olanları çox yaxşı bilirsiniz. Məqsədiniz hər kəsin hərəkət azadlığından faydalanmasını təmin etməkdir. Amma bu da sizə görə müəyyən bir intizam içində olmalıdır. Öz azadlığınız üçün başqalarını incitməkdən xoşlanmırsınız. Təbii olaraq başqalarının da bunu sizə etməsinə icazə vermirsiniz.

Tale ədədi - 4:
"DİVARÇI"

Həyat çarxınız sanki  kvadrata bənzəyir. Bu ədalət və bərabərlik deməkdir. Siz isə bu kvadratın tam ortasında dörd tərəfiniz çevrili olduğu üçün tərpənə bilmirsiniz. Bir az  hərəkət və rəng lazım deyilmi həyatınızda? Yalnız yuxarıya doğru inkişaf edə bilirsiniz. Kvadrat həyatın bütün praktik istiqamətlərini təmsil edir. Amma hadisələrə dəyişik bucaqlardan baxmağı bacara bilmirsiniz. Həyat çarxına gələcəkdə olacaq yaxşı şeylərin təməli deyə də baxa bilərsiniz. Səbirli və təmkinli birisiniz. Eynilə bir divar ustası kimi vasitələriniz məntiq və üsuldur. Sizin üçün müəyyən qəliblər var, onların xaricinə çıxmağı isə heç ağılınıza gətirmirsiniz. Sadiq və etibarlı bir adamsınız. Ancaq mühafizəkarlıq sizi məhdudlaşdırır. Detallar isə sizin bəzi səylərinizin nəticələnməsinə maneə törədir. Öz fikirlərinizi başqalarına zorla qəbul etdirməyə çalışmasanız, irəliləməniz daha asan olacaq. Bir sənətçinin ya da arxitekturun sizə anlayış olaraq təqdim etdiyi formanı bütün detalları ilə gözünüzdə canlandıra bilərsiniz. Bundan sonrada öz praktik yanaşmanızla proyekti kağıza köçürə  bilərsiniz. Kimsə sizin üçün "vəzifə və məsuliyyətlərdən qaçır" deyə bilməz,  çünki harada güvənə ehtiyac varsa orada sizi tapırlar.

Tale ədədi -  5:
"YAZIÇI"

Doğuşdan Merkuri xüsusiyyətləriniz var. Enerji canlısınız. İncə bir zəkanızın yanında optimist bir şəxsiyyətiniz var. Həyat sizin üçün cəsarət tələb edən bir macəradır. Əylənməsini daha yaxşı yaşamasını çox yaxşı bilirsiniz. Həyatın dəyişkənliyi sizin dəyişik və müxtəlifliyə olan düşkünlüyünüzlə tam bir uyğunlaşma içində olduğundan həyatda rahatlıqla ayaqda dura bilərsiniz. Dünyanın mərkəzi olmaqdan xoşlanırsınız. Amma olmadığınızı heç cür qəbul etmək istəmirsiniz.
Azadlığınıza çox düşkünsünüz. Və heç bir şeyin sizi azadlığınızdan saxlamasına icazə vermirsiniz. Sözləri istifadə etmədə çox müvəffəqiyyətlisiniz. Bundan ötəri danışmağa söykənən peşələrdə çox müvəffəqiyyətli olansınız. Əyləncə və yazı dünyasında bir ulduz kimi parlaya bilərsiniz. Ancaq üstün danışma qabiliyyətiniz bəzən problemlərə də yol aça bilər. Bilmədiyiniz mövzulara dalaraq xəcalətli ola bilərsiniz. Dəyişən bir xarakteriniz var. Bu pis bir xüsusiyyət deyil. Kimiləri üçün bir zövq də deyilə bilər. Sizə görə ağıllı insan zamana uyğunlaşmaq məcburiyyətindədir. Ehtiyaclarınızın nələr olduğunu bilir və bu uğurda etməniz lazım olanlardan qaçmırsınız. Sizin üçün xoşbəxtliyə gedən yol buradan keçir. Hər nə bahasına olursa olsun almaq... Xoşbəxtlik özünüzü ifadə etmək və müvəffəqiyyətə çatmaqdır.

Tale ədədi -  6:
"MÜƏLLİM"

Sizin dünyanızın idarəçisi eşqdir. Əslində kimə aşiq olduğunuzun çox da əhəmiyyəti yoxdur. Və kainatdakı vəzifəniz bu Fəlsəfini öyrətməkdir. Məqsədiniz isə başqalarına kömək etməkdir. Eşqə və əlaqəyə olan həddindən artıq ehtiyacınızın arxasında özünüzə olan etibarsızlığınız yatar. Ailədə reallaşdırdığınız dincliyi, ətrafınıza sonrada bütün dünyaya yaymaq məqsədlərin ən əhəmiyyətlisidir. Kobudluğa, bəyliyə əsla dözüm edə bilmirsiniz. İkili əlaqələr seçiminiz. İzdihamda özünüzü savunmasız hiss edirsiniz. Musiqidən, gözəl sənətlərdən anlayırsınız. Həyatın gözəlliklərinə olan sevginizi bu sahələrdə mütəxəssisləşərək dilə gətirirsiniz. Özünüzdən çox başqalarını düşünmə özəliyiniz, sizi gənclərin məsləhətçisi, yaşlıların sirdaşı və dünyanın müəllimi edir. Çox nadir tənqid edirsiniz. Əslində sizi narahat edən çox az şey var. Yanınızda sevgiliniz olsun yetər. Vəzifələrinizin sizə yüklədiyi məsuliyyət əslində göründüyündən də ağırdır. Ancaq bu ağır vəzifələrin əhəmiyyətini çox yaxşı bilirsiniz. Həyatdakı vəzifələrinizi yerinə yetirərək böyük xoşbəxtliyə çata bilərsiniz.
(səs: 13)
Şərhlər: 13
Baxılıb: 14 413
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri