Dolça bürcü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 444
Səs ver:
(səs: 2)
Xəyal gücləri sərhədsiz olmaqla birlikdə, düşüncələri olduqları anın kənarındadır. Dolçalar dikbaşdırlar. Özlərini dinləyənlərin nə demək istədiklərini başa düşmədiklərini zənn edərlər. Dolçaları təyin edən söz ‘Bilirəm’dir. Dolça bürcü insanları mehriban rəftarları ilə tanınarlar.

Bu kəslər eqoist deyildirlər. İrq, cinsiyyət və ictimai vəziyyətinə baxmadan, hər kəsin eyni imkanlara sahib olmasını istəyərlər. Müasir görünüşlərinə qarşı, inadçı və sabit fikirli olarlar. Onlara yaxınlaşmaq çox çətindir, çünki nə qədər dostca davranırlarsa davransınlar, vaxt hər zaman bir məsafə buraxarlar. Şəxsi azadlıqları onlar üçün o cür əhəmiyyətlidir ki, buna görə ən yaxın əlaqələrini kəsib ata biləcəyi kimi, yenə azadlıqları naminə hər cür fədakarlıqda olarlar.

Buna görə Dolçalara ailə həyatı bir az çətin gəlir. Çox vaxt yeni bir şeylər kəşf etmək üçün əmək sərf edirlər. Müəyyən qanunları sonuna qədər müdafiə etmələri onları heç narahat etməz. Dolça bürcünü təyin etmək hər zaman asan deyil. Fərqliliyini qarşısındakı adama hiss etdirmək onun üçün çətin olsa da, onlar qəribə bir şəkildə Dolçaların təsirində qalarlar. Azadlıqdan əsla imtina etməyən Dolçalar üçün hər şey deyilə bilər, lakin əsla dürüstlüyündən şübhə edilə bilməz.

Həyatın məlumat və təcrübə olduğunun şüuruyla, qərarlı və inadçı bir şəkildə hər mövzuda yaxşı bir şagirddirlər. Gənclik çağlarındakı yığdıqları təcrübə ilə irəli yaşlarda olduqca önə çıxarlar.

Müsbət yanları
Humanist
Müstəqil
Dostcul
İxtiraçı
Orijinalist
Reformist
Sadiq
Vəfalı
İdealist
İntellektual
Yeniliyə maraqlı
Dəyişikliyi sevən
Keçmişə bağlı

Mənfi yanları
Ümid edilmədik qəribəliklər
Üsyankarlık
Sabit fikirli
Ənənələri məcburedici
Çılğın
Müzakirəyə maraqlı
Diqqəti cəlb etmək istər
Özünü bəyənmiş
Olmayacaq xəyallar

Dolça Bürcü qadını

Dolça bürcü qadını azadlığına düşkün, qərarlı, bacarıqlı və dəyişən quruluşuyla diqqəti çəkər. Şən və kefli bir şəxsiyyəti vardır. Ətrafında axtarılan və fikirinə əhəmiyyət verilən bir dostdur. Dostluğa çox əhəmiyyət verər və özü kimi düşünən insanlarla yoldaşlıq etməkdən çox kef alar.

Dolça bürcü qadını ağıllı və problemlərə praktik həllər tapan quruluşuyla güclü bir xarakter göstərər. Çalışqandır və girişdiyi hər işdə müvəffəqiyyətli olur. Maddi mövzularda bədxərcdir və düşüncəsizcə pul xərcləməyi sevər.

Dolça bürcü qadını özünü məhdudlaşdıran birliklərdən uzaq dayanmağı seçər. Yaxşı niyyətli, əqli olaraq uyğunlaşdığı və özünü anlayan bir kişilə xoşbəxt ola bilər. Sevdiyi zaman mükəmməl bir aşiq olacaq və əlaqəsini kefli hala gətirmək üçün əlindən gələni edəcək. Dürüstdür və etibarlıdır. Ətrafındakı insanlara qarşı çox açıq və aydındır.

Dolça Bürcü Kişisi

Dolça bürcü kişisi nəzakətli, optimist, azadlığına düşkün və çox istiqamətli quruluşuyla diqqəti çəkər. Çox istiqamətli olması çətin aydın olan bir şəxsiyyət sərgiləməsinə səbəb olar. Duyğularını asan asan bildirməz. Xoş və şən şəxsiyyəti cəmiyyət içində sevilən bir insan olmasını təmin edir.

Dolça bürcü kişisi praktik və çalışqandır. Öz işini etməkdən çox kef alar. Dəyişiklikdən və fərqlilikdən kef alar. Hərəkətli həyatı onu xoşbəxt və enerjili edər.

Hər mənada mükemmeliyetçidir və "Azla Kifayətlənməyi” sevməz. Yeni insanlarla tanış olmaq və onlarla fikir mübadiləsində olmaqdan kef alar. Hal və hərəkətləri ilə bəyənilən bir insandır.

Dolça bürcü kişisi dürüstlüyü və etibarlılığı ilə ətrafında heyranlıq oyandırar. Davamlı eyni şeylə məşğul olmaqdan sıxılar və asanca istiqamət dəyişdirə bilər.

Dolça və Eşq
Dolça hər zaman qarşı cinsə cazibədar, zarafatcıl, fərqli və ağıllı gəlir. Dolça insanı həyatını özünə görə tənzimləyir və başqa insanlara dəli kimi gələ bilən fikirləri heç çəkinmədən tətbiq edə bilər. Zaman zaman soyuq, məsafəli və özünü bəyənmiş dayansa belə, əslində digər insanlara dəyər verən, onları düşünən və bəzən də bağlanabilən bir quruluşdadır. Humanist bir quruluşu olan Dolça, olduqca rasional bir yoldan həyata davam etməyi seçər. Optimizm həyatında əsas qanundur. Eşqbazlıq etməyi və dostluqlar meydana gətirməyi çox sevər.

Dolçanın diqqəti ən çox intellektual mənada xəbər edənlərə açıqdır. Təsirli və yaxşı bir danışma şəkli də müsbət addımların başında gəlir. Olduqca açıq fikirli olan Dolça insanı, tənqidləri rahatlıqla qarşılayır və digər insanların fikirlərinə hörmət edər. Elastiklik və dözümlülük Dolçanın ən əhəmiyyətli xarakterləridir. Hər zaman düşünən Dolça insanı, əsla çox qısqanc və həddindən artıq romantik olmaz.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 444
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri