Həftəlik bürlər (07.07.2014 - 13.07.2014)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 358
Səs ver:
(səs: 2)
QOÇ bürcü
Qoçlar, çox səbrsizsiniz.İnsanları qıcıqlandırmaqdan zövq alırsınız.Başqalarının fikri ilə hesablaşmadan qərarlar qəbul etməklə özünüzə düşmənlər qazanırsınız.

Sizin günahınız üzündən maliyyə çətinlikləri yaranır. Çünki lazım olandan daha artığını xərcləməyə meyllisiniz.

Bu gün tanınmış insanlarla ünsiyyət üçün heç uyğun vaxt deyil. Onların himayəsinə can atdığınız zaman ard-arda etdiyiniz səhvlər bir çox işlərinizin üstündən xətt çəkməyinizə gətirib çıxarır.

Həftənin ikinci yarısında anlaşılmazlıqların olması mümkündür.

BUĞA bürcü
Buğalar, həyatın bütün sahələrində dəyişikliklər etmək üçün uğurlu həftədir. Ancaq çalışın ehtiyatı da əldən verməyin.Çünkü səhv addım atmaqla vacib bir məsələdə büdrəmək olar. Planlarınızı bölüşmək üçün tələsməyin. Eks halda məsləhət bolluğunda özünüzü itirərsiniz.

Bütün hallarda ulduzlar sizin tərəfinizdədir. Alış-veriş üçün uğurlu gündür. Pulu ağılla xərcləyərək, özünüzə lazım olan şeyləri ala bilərsiniz. Köhnə borcların qaytarılması da gözlənilir.

Uzun zamandır görmədiyiniz insanlarla qarşılaşmağınız da mümkündür.

ƏKIZLƏR bürcü
Əkizlər,bu həftə sizin üçün qənaətbəxşedici keçməyəcək. Həftəniz faydasız və yalan ümidlərlə bağlı olacaq. Buna səbəb isə boş xülyalarınızdır.Sizə elə gəlir ki, dünyanın bütün sərvətini ayağınız altına sərə bilərsiniz. Lakin bu belə deyil. Nəyəsə nail olmaq üçün əlinizdən gələn hər şeyi etməlisiniz.

Diqqətinizi cəmləməyə mane olan yersiz qürurdan uzaq olun.Verilən məsləhəti dinləməyi və qiymətləndirməyi bacarın. "Burda mən,Bağdadda kor xəlifə" deməklə heç nəyə nail ola bilməzsiniz.

XƏRÇƏNG bürcü
Xərçənglər, ulduzlar sizə dinamik və maraqlı həftə vəd edir.Fürsəti qaçırmayın.Yeni işlər görmək üçün uğurlu həftədir. Lakin təkbaşına başlamayın. Sizə dəstək, kömək və məsləhətlər lazım olacaq.

Lazımsız xərcləri azaltmağa çalışın.

Bu həftə qəfil görüşlər də gözlənilir.Birlikdə xoş anlar yaşadığınız insan yenidən həyatınıza geri dönecək. Romantik münasibətləri daha da möhkəmləndirə bilərsiniz.Fantaziyanızı işə salmanız kifayyətdir.

ŞİR bürcü
Şirlər, ünsiyyət və istirahət üçün ideal həftədir. Bu həftə diqqət mərkəzində olacaq və nəzərləri özünüzə cəlb etməyi bacaracaqsınız. Həyatınızda mühüm rol oynayacaq romantik münasibətlərə başlaya bilərsiniz.

Bu həftə fikirinizi işə cəmləmək bir qədər çətin olacaq.Odur ki,fikirlərinizi səfərbər etməyə çalışın.

Hər hansı addımı atmazdan əvvəl yüz ölçüb,bir biçin.

QIZ bürcü
Qızlar,çalışın bu həftəni səbr ilə yola verəsiniz.

Həftə ərzində baş verəcək hadisələrin gedişatı sizi qane etməyəcək.Tezliklə intuisiyanız sizə nə etməli olduğunuzu deyəcək.

İş görüşmələri üçün uğurlu gündür. Lakin lazım olan məlumatların hamısını əldə etmədən qəti qərar verməyə təlməsməyin.

Yaxınlarınızla mübahisə gözlənilir. Sizi çox zaman düzgün anlamırlar. İradlarınız qəlblərinə toxunur. İnsanları düzgün qiymətləndirməkdə çətinlik çəkirsiniz.

Yeni tanışlıqlar üçün əlverişli həftə deyil. Sizə uyğun olmayan birisi ilə görüşmə ehtimalı ola bilər.

TƏRƏZİ bürcü
Tərəzilər, bu həftə işgüzar həyatınızda profesional uğurlarınız bol olacaq. Qarşınızda yeni imkanlar açılacaq . Bu imkandan düzgün yararlanmağı bacarın. Mənfi cəhətiniz fikirlərinizi cəmləyə bilməməyinizdir.

Həftənin emosional fonu o qədər də ürəkaçan deyil. Hisslərinizə sahib olmaqda çətinlik çəkəcəksiniz. Yaxın qohumlarınızla mübahisələr gözlənilir. Qısqanclıq isə sevdiyiniz insanla aranızı korlaya bilər.

ƏQRƏB bürcü
Əqrəblər, səhvlərdən qaçmaq və hər zaman düzgün addım atmaq olmur. Ətrafdakılar ilə münasibətiniz göründüyü kimi asan deyil. Hiss edirsiniz ki, sizdən narazıdırlar.Bunun səbəbini anlamaq üçün isə mütləq məsələnin kökünü araşdırmaq lazımdır. Problemlerə göz yummaq olmaz.

Yeni layihələr və yaxud iş yerini dəyişmək üçün o qədər də məsləhətli həftə deyil. Maliyyə işlərində ehtiyatlı olun. Bədxərcliyə yol verməyin.Çalışın mübahisələrdən uzaq durun.

OXATAN bürcü
Oxatanlar, arzusunda olduğunuz bir məqama çatmaq üçün vacib və maraqlı həftədir. Çətinliklərdən qorxmayın. Məhz onlara sinə gərərək, uzun zamandır baş sındırdığınız məsələnin həlli yolunu tapacaqsınız.

Yeni biznes ideyalar yarana bilər. Onların sayəsində gəlirlərinizi artıra bilərsiniz. Bugün Oxatanlar bütün adətləri pozmaq istəyəcəklər. Fantaziyanızı boğmayın. İmicinizi dəyişməyə cəhd edin.

OGLAQ bürcü
Oğlaqlar, İş məsələlərində ehtiyatlı olun. Səhv addımlar ata bilərsiniz. Sadəlövhlüyünüzdən istifadə edənlər ola bilər.

Sizi əhatə edən problemləri həll etmək üçün fikirlərinizi cəmləməyi bacarın.

Valideyn olan oğlaqlar, bu həftə sizlər üçün ağır keçəcək. Övladlarınızın davranışı bəzən həqiqətən də sizi kədərləndirir.Amma çalışın ki,onları pis vərdişlərdən qoruyasınız.

DOLÇA bürcü
Həftənin birinci yarısı heç də ürəkaçan və asan olmayacaq. Səbrinizin tükəndiyini hiss edəcəksiniz. İşlərinizə hər zamankından daha çox qarışan valideynlərinizlə yola getməkdə çətinlik çəkəcəksiniz. Lakin övladlarınızla tam əksinə. Onlarla birgə zaman keçirmək ehvalınıza yaxşı təsir edəcək.

Uzun olmayan səyahətə çıxa bilərsiniz.

Bu həftə qidanıza xüsusi diqqət yetirin. Zəhərlənmə ehtimalı qaçılmazdır.

BALIQ bürcü
Balıqlar, sürprizlərə hazır olun. Həyatınızı dəyişə biləcək xəbər alacaqsınız. Yeni imkanlarla qarşılaşacaqsınız. Bundan istifadə etməyin yollarını tapacaqsınız.

Qərarlarınızdakı paradoksal dəqiqliklər ilə hamını təəccübləndirməyə qadirsiniz.Digərlərinin görmədiyi bir çox nüansları çox məharətlə sezirsiniz.

Davranışınızda qətiyyəti olun.Romantik münasibətlər üçün uğurlu həftədir.

Həftənin ikinci yarısını istirahətə, kiçik gəzintiyə ayırın. Bu yuxusuzluq probleminizi həll edəcək.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 5 358
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri