Nigahların uyğunluğu haqqında bürclər nə deyir? (IV hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 7 445
Səs ver:
(səs: 1)
Kişi Xərçəng – qadın Qoç
Demək olmaz ki, münasib nigahdır. Xərçəngə Qoçun qızğınlığı və qətiyyəti xoş gəlsə də, sonra fəal və təşəbbüskar xasiyyətli qadın onun əl-qolunu bağlamağa çalışan emosional və qəribə xasiyyətli əri qəbul edə bilməyəcək... Xərçəngin vasvasılığından doğan qısqanclığı qadını kobudluğa vadar edəcək. Bu nigahda ər arvadının sərtliyi, ürəyiaçıq arvad isə ərinin sirrli xasiyyəti ucbatından əzab cəkəcək...

Kişi Xərçəng- qadın Buğa
Tez-tez təsadüf edilən münasib nigahdır. Hər ikisi evini sevir, yaxşı valideyndirlər. Qadın müəmmalı ərini heç vaxt gözündən uzağa qoymayacaq, ər də həmişə qadınının könlünü  mehribanlıqla alacaq. Hər ikisi qənaəti və pul yığmağı xoşlayır...

Kişi Xərçəng – qadın Əkizlər
Əbədi füsunkarlıq bürcündən olan qadın –Xərçəngi həmişə özünə məftun edəcək. Hər ikisi qərarsız, dəyişkən və uşaq xasiyyətlidir.  Ər qadınını özünə tabe etməyə çalışsa nigah pozula bilər.

Kişi Xərçəng – qadın Xərçəng
İki xərçəngin izdivacı gur axan çaya bənzər. Hisslərin coşması, dava dalaş, göz yaşları və sonda gözəl barışıq... Uğurlu nigahdır.

Kişi Xərçəng – qadın Şir
Çox da uğurlu nigah sayılmır. Müəmmalı xasiyyətli , hiyləgər Xərçəng "heyvanlar Şahının” əl-qolunu bağlamağa çalışacaq. Şir isə təbiətən azad və sərbəstdir.  Xərçəngə məhəbbətindən əl çəkmək çətindir, qadın isə üzərində hökmranlığı sevmir...

Kişi Xərçəng – qadın Qız
Ümumi cəhətləri çoxdur. Amma qadının həmişə özünü ağıllı aparmaq istəyi kişini özündən çıxarır. Lakin qadın anlaşılmaz, çılğın, əsəbi və şıltaq ərini başa düşəcək. Ümumiyyətlə, ailəsi, uşaqları üçün hər cür fədakarlığa hazır olan Qız qadın Xərçəngin ürəyincədir. Diqqətli, dəqiq ər də qadının ürəyincədir...

Kişi Xərçəng – qadın Tərəzi
Münasib nigah deyil. Ilk gündən evdə nüfuz dairəsinin bölünməsi uğrunda mübarizə başlayacaq. Ailənin qorunub saxlanmasına kənar amillərin rolu məsələn., valideynlərin təsiri, xoş güzəran, ictimai vəziyyət təsir göstərə bilər...

Kişi Xərçəng – qadın Əqrəb
Ailədə münasibət aşiq-məşuq xarakterlidir. Yəni hisslərin üzərində qurulur. Çətin də olsa maraqlı nigahdır.

Kişi Xərçəng – qadın Oxatan
Azadlıq aşiqi qadın Xərçəngi özünə tabe etməyə çalışacaq. Dava-dalaş, küsüşmələr, lakin məhəbbət dolu bir nigahdır.

Kişi Xərçəng – qadın Oğlaq
Nadir halda təsadüf edilən bir nigahdır. Tələbkar qadın ərini  idarə etməyə çalışır, amma Xərçəngin xasiyyətini heç kim dəyişə bilməz! Qadın güzəştə getməsə baş tutan nigah deyil.

Kişi Xərçəng – qadın Dolça
Mürəkkəb izdivacdır. Nigah qarşılıqlı hörmət və dostluq üzərində qurulsa, bəlkə uzun ömürlü ola...
Hərdəmxəyal, intizamı, qayda qanunu sevməyən hər iki tərəf üçün ailəni atıb getmək çətin deyil..

Kişi Xərçəng – qadın Balıqlar
Döstluq və məhəbbət üçün münasib nigahdır. Qadının şəxsiyyəti və nəcibliyi əri evə, ailəyə bağlayacaq.
Birlikdə hansı işə başlasalar uğur həmişə onlarladır...
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 7 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri