Bürclər Haqqında ''Əkizlər''

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 052
Səs ver:
(səs: 2)
Əkizlər Bürcü Kişisi
Əkizlər bürcü kişisi ağıllı, nəzakətli, gözəl və təsirli danışan və cazibəli quruluşuyla diqqət çəkər. Praktikdir və problemlər qarşısında asanca həll çıxara bilən bir quruluşu vardır. Əkizlər bürcü kişisi dəyişəndir və bəzən onu anlamaq çətin ola bilər. Uşaq rəftarlarıyla davamlı maraq gözləyən bir quruluşu vardır. Ağlına qoyduğunu mütləq etmək istər. Digər tərəfdən azadlığına düşkün olan əkizlər kişisi məhdudlaşdırılmaqdan və əmr almaqdan xoşlanmaz. Öz işini etməkdən daim kef alar. İnsanlarla asan dialoq qura bilən və sözünü dinlədən bir quruluşu vardır. Qarşı cins tərəfindən dərhal fərq edilir. İşlə əlaqədar mövzularda yeni fikirlər və yeni proyektlər çıxarmaqdan çox kef alar. Maddi mövzularda da dəyişəndir. Bəzən çox bankir, bəzən də çox xəsis olabilir. Amma idarə mövzusunda olduqca zəifdir. Bir mövzuda dərinə gedə bilməmək kimi bir problemləri vardır. Əkizlər kişisi bədxərcliyi sevər və pul mövzularında çox müvəffəqiyyətli deyil. Romantik mənada çox həssas deyil və ola bildiyincə işin məntiqli tərəfindən baxmağı sevər. Əkizlər kişisi çox intizamlı bir ev həyatından xoşlanmaz, lakin çox sevsə evlənib bu evliliyi davam etdirmək üçün səy xərcləyə bilər.

Əkizlər Bürcü Qadını
Əkizlər bürcü qadını şən, enerjili və hərəkətli quruluşuyla diqqət çəkər, lakin bir o qədər də qərarsızdır və davamlı fikir dəyişdirər. Əkizlər bürcü qadını praktik, ağıllı və cazibədardır. Lakin bir əkizlər qadınını anlamaq çox çətindir. Çünki davamlı bir dəyişgənlik içərisindədir. Əkizlər qadını tez canlıdır və hərəkətli yaşamağı sevər. Xüsusilə səyahət etmək, yeni yerlər görmək və yeni insanlarla tanış olmaq ona çox böyük kef verər. Fərqlilikdən xoşlanar. Əkizlər qadını birdən çox işlə eyni anda məşğul ola bilər. Özünə vaxt ayırmaqdan çox kef alır. Diqqətdən çox xoşlanar və çox yaxşı niyyətlidir. Maddi mövzuda müstəqil olmaqdan xoşlanır. Qısıtlanmaktan və xüsusilə əmr almaqdan xoşlanmaz. Xəyal qurmağı çox sevər və daim yaxşı şərtlərdə yaşamaq üçün məşğul olarlar. Əkizlər qadını axıcı və təsirli danışması və razısalma qabiliyyətiylə çox diqqət çəkər və yaxşı bir dostdur. İkili əlaqələrdə olduqca fədakar və yaxşı bir yoldaşdır.
Əkizlər bürcü insanları sürətli düşüncələrinə görə tez hərəkət edərlər. Eyni anda bir neçə işi birdən edə bilərlər. Onların adaptasiya ola bilməyəcəkləri iş yoxdur. Buna görə fərqli xarakterli olmaları ilə tanınarlar. Bu strukturlarını hər vaxt görmək mümkündür. Son dərəcə şən və xoşbəxt olduqları bir anda, birdən bədbəxt ola bilərlər.
Ətrafları tərəfindən davamlı səhv anlaşıla bililərlər. Hər hansı bir mövzuda məlumatları az belə olsa, bunu çox yaxşı gizləməyi bacararlar. Əksinə; qulaqdan dolma eşitdikləri məlumatları elə ustaca izah edərlər ki, dinləyənlər onları o işin mütəxəssisi sanarlar. Praktik zəkalarıyla, cazibədar və ağıllıdırlar. Bu səbəblə onları təyin edən söz ‘Hesab edirəm’ dir. Lakin, bu düşüncələri həmişə yeni axtarışlara doğru yönəlmişdir. Buna görə uzun nəfəsli işlər onları yorar.
Özlərini yaxşı öyrətmiş əkizlər xoş və zəriflikləri ilə həyatı zövqlü edərkən, təhsilsiz olanlar da həyatı o qədər çəkilməz hala gətirərlər. Öz pullarına qarşı tutumlu davranmalarına qarşı, başqalarının pullarını asanca xərcləyə bilərlər.

Müsbət yanları
Yolagedən
İntellektual
Tez qavrayan
Məntiqli
Çox danışan
Canlı
Simpatik
Yeniliklərə açıq
Eyni anda bir neçə işi birdən edə bilən

Mənfi yanları
Dəyişən
Etibarsız
İkiüzlü
Qərarsız
Səthi
Dedi-qoduçu
Narahat

Əkizlər və Eşq
Əkizlərin cüt xarakterli olduğunu hər zaman yadda saxlamaq lazımdır. Əkizlərin bir tərəfi eşqə və təhlükəsizliyə ehtiyac duyarkən, digər tərəfi də qüvvətli bir şəkildə yeniliyə və dəyişikliyə ehtiyac hiss edər. Əkizlər ilə bir əlaqə icra edə bilmək üçün, Onun romantik, mental və cinsi ehtiyaclarını tam mənasıyla təmin etmək lazımdır. Gülməni, əylənməyi, səfər etməyi və yeni şeyləri təcrübə etməyi çox sevər.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 5 052
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri