Bürclərin gözəllik sirrləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 5 658
Səs ver:
(səs: 5)
Qoç bürcü.
Gözəl və təmiz üzünüz var.Cox rahatlıqla tonal kremdən istifadə edə bilərsiniz.Tonal kremi üz rənginizdən bir ton açıq rəng seçin,alın,burun,çənə bölgəsinə yedirin,sonra barmaq uclarınızla hər tərəfə yayın.Üz dərisinə görə tonal krem seçərkən E vitaminli tonal krem seçin.Bu cür kremlər dəriyə pis təsir etmir.

Buğa bürcü.

Məlumdur ki, dəriniz çox həssasdır.Ona görə də gecikmədən nəsə etmək lazımdır.Bu bürcün qadınları tez-tez müxtəlif dəvətlərə qatılır.Güzaltı qaralmalardan və qırmızılıqlardan yaxa qurtarmanın ən hasand yolu onlari xususi qapatıcı kremlərlə qapatmaqdır.Öz rənginizdən bir ton açıq gözaltı krem sürtə bilərsiniz.Barmaq ucları ilə qapatıcını göz ətrafına sürtün.Qalıcı olmagını isteyirsinizsə göz qapağınızdan başlayıb,göz altına dogru sürtün.

Əkizlər bürcü.
Sizə ən lazım olan şey enerjidir.o qədər hərəkətlisiniz ki,xüsusi bir məclisdə yorğun görünə bilərsiniz.bunun üçün də mütləq kirşandan istifadə etməlisiniz.Yumşaq bir fırçanın köməyi ilə kirşanı alın və yanaq bölgəsinə yaxşıca yayın.bir az ənlik də sürtə bilərsiniz.Çəhrayı rəng ənlikdən istifadə etsəniz üzünüz daha canlı görsənər.

Xərçəng bürcü.
Sizin çox gözəl gözləriniz var.Göz qələmindən istifadə edin,kipriyinizin dibindən qələm cəkin.Gözün qurtaracağında yuxarı dogru qaldırın.Beləliklə gözləriniz daha cazibəli görsənəcəkdir.Gozlərinizin daha iri görünməsi və makiyajın diqqətçəkici olmasını istəyirsinizsə, gözünüzün alt qapağının iç tərəfinə də qələm çəkin.Kirpiklərinizin daha sıx və gur görsənməsini istəyirsinizsə qara rəngli qələmdən istifadə edin.

Şir bürcü.
Diqqətçəkici bir görünüşünüzün oldugu danilmazdir.Sizə uzun,qara geyimlər cox yaraşır,deməli makiyajınız da bu  geyimə uyğun olmalıdır.Qızılı rəngli göz kölgələrindən istifadə ede bilərsiniz.(qızılı rəng sizin bürcünüzün rəngidir).Əgər canlı rəngli bir geyim seçsəniz göz makiyajınız tünd rəngli olmamalıdır.Göz kölgəsini göz qapağınızın diblərindən başlayaraq sürtün.Göz qapağınızın üstünə və qaşlarınızın altına işıltılı,parlaq göz kölgələrindən  istifadə edin.Makiyajınızı azca tünd rənglərlə kölgələndirə bilərsiniz.

Tərəzi bürcü.
Sizin çox uzun kirpikləriniz,kişiləri başdan çıxaran gözləriniz var.Bu gözəlliyinizi daha qabarıq hiss etdirməlisiniz.Gozlərinizin daha mənalı,görsənməsi üçün linerdən istifadə etməlisiniz.Kipriklərinizin dibindən başlayaraq yuxarı doğru çəkin...Alt kpriklərinizin dibinə də azca liner çəkırək,hər kəsi sehirləyəcək baxışlar əldə edə biləcəksiniz.Tünd göz makiyajı üçün qara və qəhvəyi liner,işıldıyan canlı baxışlar üçün isə boz və bənövşəyi linerdən istifadə edə bilərsiniz.

Əqrəb bürcü.
Gözəl,seksi dodaqlarınız var,makiyaj edərkən buna xüsusi diqqət etməlisiniz.Dodaq boyasının pozulmaması üçün altdan kirşan çəkin.Dodaq qələmi ilə nazikcə çərçivələyin.Sonra isə dodaq boyasını sürtün.Dodaq qələmi dodağınızın daha səliqəli,dolğun görünməsinə kömək edəcək.Əgər dodaq boyasını fırça ilə çəkirsinizsə dodaq qələmindən istifadə etmək lazım deyil.Əlbəttə tünd qırmızı rəng sizə yaraşdığı kimi heç bir bürcün qadınına yaraşmır.

Oxatan bürcü.
Siz pratik bir insansiniz.Güzgünün qarşısında vaxt keçirməyi xoşlamırsınız.Buna görə də tez hazır olan makiyaja üstünlük verirsiniz.Gündüz açıq rəngli göz kölgəsi sürtün.Bir qədər tünd göz gölgəsini göz qapagının  kənarına çəkin.Aryılmayacaq tərzdə iki rəngi bir-birinə yedirin.Gecə üçün daha parlaq göz kölgələrindən istifadə edin.Qaşlarınızın tam dibinə daha açıq  rəng çəkin.Layner çəkə bilərsiniz,laynerın qalıcı olmasını istəyirsinizsə,qulaq çöpü vasitəsilə kipriklərin dibinə kirşan cəkin.Üstündən də layneri cəkin.Gün boyu pozulmadıgını görəcəksiniz.

Oğlaq bürcü.
Sizə uzun və dağınıq saçlar yaraşır.Saçlarınızı yuyub quruladıqdan sonra əllərinizlə dagıdin.Saçlarınıza saç köpüyü vurub,xəfifcə ovcunuzun içinə yığıb,buraxın,xüsusi dagınq görünüm verin.Quruducu fenlə isti hava vuraraq saçlarınıza həcm verin.Belə dağınıq və həcimli saçlar sizə xüsusi cazibədarliq verəcək.

Dolça bürcü.
Bu bürcün xanımlarına nə etsələr yaraşacaq.Əsas odur ki əhval-ruhiyyələri ilə geyim və makiyajları uyğun gəlsin.Dolça bürcünün qadınları cox şanslıdirlar.Həmişə hamı tərəfindən sevilirlər,bəyənilirlər.

Balıq bürcü.
Siz gözəl saçlarınızla həmişə fəxr edirsiniz.Amma yenə də bir neçə məsləhətimiz olacaq.Bir şüşə qabı su ilə doldurun,içinə isə bir neçə damcı bitki yağı(məsələn:yasəmən yagı,qızılgül yakı,qaraçörəkotu yagı...və s.)Bu suyu quru saçlarınıza sürtün.sonra istədiyiniz formaya sala bilərsiniz.Bu yöntəm saçlara cox xeyirlidir.Bütün zərərli maddələrdən onları qoruyur.Üz dərinizə  gəlincə :2yemək qaşığı üyüdülmüş badamı bir qaşıq gül suyu və badam yağı ilə qarışdırın,əgər qatıdırsa azca süd əlavə edərək krem halına gətirin.Sonra bundan pillinq kimi istifadə edin.Yəni dairəvi hərəkətlərlə dərinizə yedirin,sonra ilıq su ilə durulayın.
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 5 658
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri