Bürclərin risk etdikləri mövzular

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 7 816
Səs ver:
(səs: 3)
Qoç
Lider ruhlu Qoç bürcləri, iş qurmaq və icra etmək mövzusunda risk etməkdən  əsla imtina etməzlər. Ehtirasları və idealları arxasınca qaçmağı özlərinə qanun bilən Qoçları, işdən qaçarkən görmək qeyri-mümkündür. Bir başqa mövzu isə dürüstlükləridir. Söylədiklərinin səhv anlaşıla biləcəyinə  baxmayaraq gözlərini qırpmadan  doğrunu söyləyərlər.

Buğa
Sənətə düşkün Buğalar üçün risk, həyatlarında olmasını istədikləri bir şey deyil, lakin ümumən  bir iş, ya da ailə mövzusunda risk almaqdansa, eşq mövzusunda riskli davranıb,  platonik bir eşqi qarşılıqlı eşqə çevirməyə çalışarlar, ya da inadlarını davam etdirmə mövzusunda risk edərlər. Çünki görmək istəmədikləri gerçəkləri görməmək üçün bir az məşğul olmaq istəyərlər, amma yenə də ən sonunda doğrunu görərlər.

Əkizlər
Canlı, danışqan və məhsuldar Əkizlər bürcünün risk etmək istəyəcəyi bir mövzu varsa, o da daha çox yoldaşa sahib ola bilməkdir. Onun üçün ətrafındakı insan sayının azalması, başına gələ biləcək ən pis şeylərdəndir. Buna görə risk etmək  gərəksə də, yoldaşlıq duyğusundan və yeni yoldaş əldə etmə istəyindən imtina etməzlər. Bir başqa gözlərini qararda biləcək  vəziyyət, anlıq olsa da, çox pul xərcləmə mövzusudur. Bu mövzuya da diqqət yetirmələri lazımdır.
 
Xərçəng
Xərçəng  bürcünün risk etməkdən əsla qaçmayacağı mövzu, ev qurma mövzusudur. Bir Xərçəng  üçün, həyata bir ailə olaraq davam etmək, yaşamaq istədiyi ən əhəmiyyətli şeylərdən biridir. Əlaqəni yaşamağa başlamaq, davam etmək, etdirmək üçün çalışmaq və evlənmək kimi mövzular gündəmə gəlincə, ev qurma mərhələsindəki sakit Xərçəng sanki  bir qartala çevrilər və etdiklərinin heç birisini risk olaraq görməz təbii ki... Onlar üçün hər şey olması lazım olduğu kimi davam edir.

Şir
Azadlığına düşkün Şir  bürcünün risk ala biləcəyi prioritetli mövzu, əlaqədə olduğu adama, bir "rəsmiyət" olmadan əlaqəyə davam etmək istədiyini ifadə etmək mövzusudur. Çünki onlar işin içinə rəsmiyət girdiyində uzaqlaşmaq istəyərlər. Bir evlilik təşkilatındansa, hər kəsdən uzaqda sadə bir eşq həyatı yaşamağı seçərlər. İşdə bu mövzu onlar üçün risk mövzusu olar, əgər həyat yoldaşları bu vəziyyətə uyğun biri deyilsə, əlaqədə  davamlı problemlər yaşayacaqlar.

Qız
Diqqətli və vasvası Qız  bürcü üçün ən böyük risk aşiq olmaqdır. Çünki aşiq olmaq duyğuların dövrəyə girməsi, məntiqin az qala haradasa yox olması deməkdir. Ağılı və məntiqi ilə hərəkət edən Qız  bürcləri üçün  bu bir döyüş deməkdir. Gözlərini qarardacaq bir eşqə düşsələr  bu eşq üçün risk etməkdən  çəkinməzlər. Hətta bir müddət sonra eşqin  verdiyi xoşbəxtlik ilə "kaş ki"ləri  "yaxşı ki" lərə çevrilər.
 
Tərəzi
Tərəzi bürclərinin, risk gördüklərində uzaqlaşmaq əvəzinə, qaçaraq içinə girəcəkləri mövzu, ədaləti təmin etməkdir. Siz yalnız onlara həll edilməsi lazım olan bir iddia verin və necə işin içindən çıxdıqlarını görün. Bütün detalları ilə hadisəni qəbul etmək, yenidən məntiq çərçivəsinə oturtmaq kimi mövzularda heç bir riskdən çəkinməzlər. Bir başqa mövzu isə eşqdir. Eşq söz mövzusu isə Tərəzi oradadır.

Əqrəb
Fantastik dünyanın oyunçuları Əqrəblər üçün risk etməkdən imtina etməyəcəkləri mövzu xəyal dünyalarıdır. Onlar xəyal dünyalarını inkişaf etdirmək, onları var etmək və həyata keçirmək üçün əllərindən gələni edəcəklər. Çünki Əqrəblər üçün dünya hələ kifayət qədər təmir edilmiş, təşkil edilmiş, mistik və fantastik deyil. Digər  riskdən  qorxmadıqları vəziyyət isə yeni fikirlər çıxarıb, təqdim etməkdir. Bu fikirlər ümumiyyətlə texnoloji sahələrdədir.

Oxatan
Macəraçı Oxatan üçün risk etməkdən imtina etməyəcəkləri mövzu, sonsuz gəzmə istəkləridir. Onlar dünyanın bir ucundan digər ucuna gəzmək, yeni insanlar tanımaq, yeni xatirələrə sahib olmaq istəyərlər. Buna görə iş həyatlarını, eşqlərini və hətta ailələrini riskə ata bilərlər. Söz mövzusu kəşf etmək və yaşamaq, həyatın dadına çatmaqsa, Oxatan mütləq o ətraflardadır. Təhsillərini inkişaf etdirmək üçün də risk etməkdən çəkinməzlər. Təhsil şanslarını artırmaq üçün, alışdıqları yerləri də dəyişdirə bilərlər.

Oğlaq
Ticarətçi  zəkaları inkişaf edən Oğlaqlar üçün risk etmək  uşaq oyuncağıdır. Mövzu ticarətə və işə gəldiyində, onlar qorxusuz bir qəhrəmana çevrilərlər. Daha çox qazanmaq və irəliləmək üçün, iş həyatının gətirdiyi bütün riskləri almağa  hazırdır. Pul ilə içli xaricli olduqları üçün, hesablarını doğru edib, risklərdən sıyrılmağı da yaxşı bilərlər. Kiçik addımlarla böyük işləri etməkdənsə, böyük addımlarla, böyük işləri daha qısa müddətdə etməyə çalışarlar. Çünki nə qədər qısa müddətdə daha çox pul qazana bilsələr, o qədər yaxşıdır.

Dolça
Orijinallığı, təsir ediciliyi və əzmi ilə bilinən Dolçalar üçün risk, ən çox yeni şeylər ortaya qoyma  mövzusunda alınar. Onlar islahat yaradacaq şeylər üçün bir çox fikiri və adamı qarşılarına almaq bahasına yenilik yaratmağa çalışarlar və bu yenilikləri tətbiq etməkdən də geri qalmazlar. Çünki onlara görə yaradıcılıq, risk alınmadığı müddətcə ortaya çıxan bir şey deyil. Hisslərini və cazibədar  tərəflərindən  istifadə edərək də yaratdığı yenilikləri asanca qəbul etdirə bilərlər. Dolça bürcləri  bürcləri bir yaradıcılıq mücəssəməsidirlər.

Balıqlar
Xəyalpərəst, eşqə və duyğularına düşkün Balıqlar üçün ən böyük risklər həmişə eşqdə edilər. Balıq bürcləri, eşqdə qazanmağı da, itirməyi də sevərlər. Onlar üçün birlikdə olmanın da, ayrılmanın da, uzun müddət tək olmanın da fərqli dadları vardır. Ona görə hamısını sınamaq onlar üçün üzücü deyil, risk nəticəsi həyat verici şeylərdəndir. Qarşılıqsız eşqlərə düşməyi sevərlər, birdən risk edərək bütün duyğularını açarlar. Risk edib ayrılarlar və hamısını fərqli - fərqli yaşamaq istəyərlər. Balıq hardadırsa risk orada, eşqdədir.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 7 816
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri