Gələn il hansı bürclərin nümayəndələri varlanacaqlar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 23 067
Səs ver:
(səs: 4)
    Rusiyalı astroloq Vasilisa Volodina 2015-ci il üçün pul qoroskopunu tərtib edib. Bəzi bürclərin nümayəndələrinin gələn il əsl varlanmaq şansları olacaq.

Qadinlar.Biz-in Rusiya mətbuatına istinadən məlumatına görə, 2015-ci il karyeranın inkişafı baxımından əlverişlidir. Bəzi zodiak nümayəndələri üçün pul heç bir çətinlik olmadan gələcək.

Bəs kimin bəxti daha çox gətirəcək? Kim varlanacaq?
 
Qoç

 Qoçlar pul əldə etmək üçün işlər görsələr, qazanacaqlar. Bununla belə, xüsusi zəhmət tələb olunmayacaq. Uğur onların tərəflərində olacaq. Onlar sadəcə bütün imkanlara "hə" deməlidirlər.
 
Buğa
 Buğalar pula münasibətlərini dəyişməlidirlər. Əgər qarşılarına dəqiq məqsədlər qoysalar və heç bir yana sapmadan, plan üzrə hərəkət etsələr, varlanacaqlar. Əgər özlərinə inansalar, hər şey alınacaq.
 
Əkizlər
 Əkizləri real perspektivlər gözləyir. Onların həyatında bir adam peyda olacaq. Əkizlərin rifahları həmin adamdan asılı olacaq. Həmin adamın məsləhətlərinə əməl etmək tövsiyyə edilir. Qazanclarını artırmaq üçün Əkizlər daha çox tanışlıqlara nail olmalıdırlar. Əlaqələr və tanışlıqlar bu il Əkizlər üçün çox əhəmiyyətli olacaq.
 
Xərçəng
 Xərçənglər onlara sevinc və mənəvi zövq yaşadan işlə məşğul olmalıdırlar. Onları qıcıqlandıran işlə məşğul olsalar, nəinki 2015-ci ildə, heç vaxt varlana bilməyəcəklər. Əsaslı dəyişikliklər etməyin vaxtı çatıb.
 
Şir
 2015-ci ildə Şirlər varlanmaq üçün bütün fikirlərini bir işə yönəltməlidirlər. Bir çox Şirlər öz enerjilərini bir neçə istiqamətə xərcləyirlər - işlərə, hobbilərə, maraqlara. Bu da qeyri-stabilliyə səbəb olur. Şirlərə tövsiyyə olunur ki, gələn il bütün fikirlərini bir işə yönəltsinlər.
 
Qız
 Qarşıya dəqiq məqsədlər qoymaq və onlara doğru getmək lazımdır. 2015-ci ildə qazanclarını artırmaq üçün bütün imkanları olacaq. Onlar sadəcə xəyalpərəstlikdən əl çəkməlidirlər. Hərəkət etmək və nəticəyə nail olmaq vaxtı çatıb.
 
Tərəzi
 Planların reallaşması istiqamətində əlverişli il olacaq. Hər xırda detalda tərəddüdlərini kənara qoysalar, onlarda hər şey alınacaq. Yanlarında hər şeydə onlara dəstək olacaq və istiqamət verəcək adamlar olmalıdır.
 
Əqrəb
 2015-ci il Əqrəblər üçün gərgin olacaq. Bu müddət ərzində bir çox bilik və təcrübə əldə edəcəklər. Bu bürcün nümayəndələrinə tövsiyyə edilir ki, öz professionallıqları üzərində işləsinlər. Cəmiyyətdə istədikləri mövqeni əldə etmək üçün yüksək peşəkarlıq lazımdır.
 
Oxatan
 İlin birinci yarısı Oxatanlar üçün çətin olacaq. Onları kiçik uğursuzluqlar və itkilər təqib edəcək. Ancaq ilin ikinci yarısı onlar üçün uğur və nailiyyət dövrü olacaq. Oxatanların uğurlarının rəhni nikbin əhval və məqsədyönlülükdür. Hər şey itirilmiş kimi görünsə belə, əli yana salmaq olmaz.

Oğlaq
 Oğlaqları il ərzində stabil maliyyə durumu gözləyir. Bu bürcün nümayəndələri yavaş-yavaş, lakin əminliklə hədəflərə doğru gedirlər. Prosesi sürətləndirmək üçün intuisiyalara qulaq asmalı, dəyişikliklərdən qorxmamalıdırlar.

Dolça
 Dolçaların maliyyə vəziyyəti onların özlərindən asılıdır. Bu bürcün nümayəndələri bütün planlarını yerinə yetirə və ambisiyalarını reallaşdıra biləcəklər. Bir çox Dolçalar üçün 2014-cü il kifayət qədər ağır oldu. Gələn il isə haraya getmək, nə etmək gərəkdiyini yaxşı biləcəklər.
 
Balıqlar
 Balıqları 2016-ci ildə üzüntülər də, qələbələr də gözləyir. Hər şey onların səbrlərindən, cəhdlərindən və qərarlarından asılı olacaq. Uğursuzluq ucbatından işləri yarıda qoymaq lazım deyil.
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 23 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri