2015-ci ilin uğurlu günləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 11 779
Səs ver:
(səs: 4)
 BAZAR ERTƏSİ:
Gözümüzü dünyaya açandan "Hər dəqiqənin bir hökmü var” eşitmişik. Astrologiyada da hər bir zaman kəsiminin özünəməxsus özəllikləri var. Fərdlərə qoroskop hazırlayarkən onların doğum məqamları, hansı planet altında, hansı məkanda dünyaya gəlmələri mütləq rol oynayır. Ulduz elminin xüsusi bölmələrindən biri də həftə günləri ilə bağlıdır. Bu bölmə yalnız astrologiyada deyil, həmçinin sonuncu dinlərdə, numerologiyada, magiyada və digər sahələrdə də geniş inkişaf tapıb. Qarşıdan gələn 2015-ci ilin uğurlu günləri də göstərdiyimiz kimi bazar ertəsi və cümə axşamıdır. İstərdik ki, bu günlərin mahiyyətini sizlərə aşılamaq üçün qısa məlumat verək. Beləliklə…
İşə qəbul, təzə gəlini qonaq çağırmaq, dərman qəbul etmək və müalicə üçün əlverişlidir. Bu gün həm də yaradıcılıqla məşğul olub nəsə yazmaq, ev tikmək, əkin işini həyata keçirmək və insanlara bəxşiş vermək üçün yaxşıdır. Şəxsi münasibətlər üçün nisbətən əlverişli gündür.
Bazar ertəsi doğulan şəxslərə Ay dərin intuisiya, geniş daxili aləm, təsəvvür və təsirlik bəxş edib. Yaxşı yaddaş və ideyaları göydə qapmaq bacarığı, yaradıcı xüsusiyyətləri inkişaf etməyə kömək edir. Belələri həmişə harmoniyaya can atır, adamlarla davranmaq bacarığı var.
Ayın neqativ təsiri yüksək təsirliliyə və ehtimal olunan təhlükələr qarşısında qorxuya gətirib çıxara bilər.
Həzrət Əli (ə) öz "Divan”ında yazırdı: "Əgər səfərə bazar ertəsi çıxsan, tezliklə uğur və sərvət qazanacaqsan”.

 CÜMƏ AXŞAMI:
Hələ antik dövrlərdən "Böyük xoşbəxtlik planeti” adlandırılan Yupiterin himayəsində olan cümə axşamı bir çox işlərin görülməsi üçün faydalıdır. Bu baxımdan öncəgörənlərlə görüşmək, astrologiya elmi ilə məşğul olmaq, dualar oxumaq, qəbristanlığı ziyarət etmək, dünyasını dəyişənlərə Yasin oxutdurmaq, yeni işlərə başlamaq, yeni vəzifəyə doğru addım atmaq, ailə-sevgi məsələlərində uğura nail olmaq, tikiş tikmək, xəstəlikləri müalicə etdirmək, məhkəmə işləri ilə məşğul olmaq, incəsənət əsərləri yaratmaq, yeni ev tikdirmək, hərbi xidmətlə məşğul olmaq, əşyaları yeni ünvana daşımaq, həmçinin at sürmək və kommersiya işləri ilə məşğul olmaq üçün uğurlu gündür.
Cümə axşamı doğulanların Yupiterə görə xasiyyəti yumşaqdır. Onlar ədalətli, açıqürəkli, düzgündürlər və özlərinə inanırlar. Ətraflarındakı uğurlar və ətrafdakılar ilə yaxşı əlaqələr anadangəlmə optimizmin və inkişaf etmiş intuisiyanın nəticəsidir.
Həzrət Əli (ə) öz "Divan”ında yazırdı: "Cümə axşamı istəklərin qəbulu günüdür və Allah bu gündə duanı daha çox eşidir”.
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 11 779
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri