Dietinizi bürcünüzdən soruşun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 4 978
Səs ver:
(səs: 4)
Mən bu pəhrizi ikiqat zərbə adlandırardım, lakin Van Damın eyniadlı filmdə böyrəklərə vurduğu zərbələrdən fərqli olaraq bu zərbə öz səriştəsizliyi ilə möhkəmlənməmiş beyinlərə zərbə vurur.

Əhalinin çox hissəsinin qoroskoplarla maraqlandıqları üçün astroloji pəhriz populyarlıq qazanır.

Onun mahiyyəti nədən ibarətdir?
Öz bürcünüzə uyğun pəhrizi seçə bilərsiniz, Bu başqa pəhrizlərdən fərqli olaraq daha tez arıqlamağa imkan yaradır. Yer kürəsindən və bir-birindən milyon işıq il uzaq olan ulduzlar mikroskopik insan məxluquna arıqlamağa necə kömək edir? Astroloji pəhrizin əsasını hər bir bürcün müəyyən orqana, insanın zövqünə, hərəkətlərinə, davranışına təsir etməsi təşkil edir.

Beləliklə, bir bürcə aid olan insanlara uyğun olan pəhriz və qida məhsulları başqa bürclərə zərərdir və ya heç bir təsir göstərmir.

Astroloqlar bürcləri metabolizm prosesi ləng (qadın bürcləri) və tez (baş verən ) bürclərə bölürlər.

Birinci növə Əqrəb, Balıqlar, Xərçəng, Qız, Oğlaq və Buğa aiddir. İkinci növə isə Əkizlər, Tərəzi, Oxatan, Dolça, Şir və Qoç aiddir.

Astroloji pəhrizə 10-15 günə qədər riayət etmək lazımdır. Onu artırmaq da olar, bu halda ikihəftəlik fasilə etmək lazımdır. Astroloji pəhriz vasitəsi ilə 5-6 kq. arıqlamaq olar.

Astroloji pəhrizin rasionu

Astroloji bürclərə aid məhsullar


Qoç (21.03 -19.04): salatlar, süd, lopa, meyvə

Buğa (20.04 – 20.05): qovun, tomat, şorba, süd.

Əkizlər (21.05 – 21.06): meyvə, pendir, yoğurt, balıq

Xərçəng (22.06 – 22.07): nar, dəniz məhsulları, kartof

Şir (23.07 – 22.08): qəhvə, şorba, meyvə, pendir

Qız (23.08 – 23.09): qovun, lopa, kələm, yoğurt

Tərəzi (23.09 – 23.10): salat, tərəvəz, toyuq, şirələr

Əqrəb (24.10 – 22.11): kefir, tərəzi və meyvə salatı, isti şokolad

Oxatan (23.11 – 21.12): süd, sıyıq, kotlet (buxarda bişmiş)

Oğlaq (22.12 – 20.01): salat, düyü, yumurta, kefir

Dolça (21.01 – 18.02): salat, kök, qovun, balıq

Balıqlar (19.02 – 20.03): salat, yağsız vetçina, balıqlı piroq

Mənasız qarışıq məhsul seçimi. Görünür ki, bu pəhriz müəyyən bir seçimə yox , un məmulatlarının və yağlı yeməklərin istisna edilməsi istəyinə əsaslanır. Şəkər və duz haqqında heç bir söz deyilmir. Rasionda düyüdən başqa dənli bitkilər və paxla yoxdur. Görünür ki, sağlam qida haqqında reklam xatirənə hər yerdə böyük bioloji faydası olmayan salatlara rast gəlinir. Kartof və tomatın rasionda olması da təəccüb doğurur. Bu məhsullar bəşəriyyətə yalnız 300 il tanışdır və qədim astrologiyaya heç bir aidiyyəti yoxdur.
(səs: 4)
Şərhlər: 14
Baxılıb: 4 978
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri