Hansı bürclər üzr istəyə bilir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 18
Baxılıb: 7 844
Səs ver:
(səs: 7)
Üzr istəmək çətin prosesdir. Bəzi insanlar peşmanlıqlarını elə gözəl ifadə edirlər ki, az qalır ki, siz onlardan üzr istəyəsiniz. Bəzilərindən isə gözləsəniz də, bir dənə üzr nədir ki, onu eşitməzsiniz. Bir də var bürclərinə görə, dəyişən insanlar və üzrlər...

QOÇ: Bütün qoçlar dünyanın ən şirin insanı olduqlarını düşünürlər. Üzr istəmələri zəruri olsa da, onlara elə gəlir ki, haqlı olan özləridir. Ona görə dizləri üzərinə çökmək yerinə sadəcə "üzr istəyirəm” deyirlər.

BUĞA: Səhv etdikləri insanın üzünə baxmağa çəkinirlər. Onsuz da olan olub. Ona görə buğaların üzr istəmədikləri üçün itirdiyi çox dostları var.

ƏKİZLƏR: Əkizlər bürcünün kişiləri ne etsələr də, mütləq özlərini haqlı çıxarırlar. Buna görə əkizlərdən üzr istəmələrini gözləməyin. Onsuz da haqsız tərəf siz olacaqsınız.

XƏRÇƏNG: Xərçənglərin üzr istəməsini gözləməklə vaxt itirməyin. Hər mövzunu öz xeyrinə həll edən ikinci belə bürc yoxdur. Axırda görəcəksiniz ki, yalvarıb-yaxaran sizsiniz.

ŞİR: Şirlər səhvlərini düzəltmək üçün əllərindən gələni edirlər. Sizə güllər alar, evinizin qarşısındakı divara böyük hərflərlə "MƏNİ BAĞIŞLA!” yazar, ayaqlarınıza yıxılıb yalvararlar. Siz onu bağışlayanda isə bic-bic gülməyi də unutmurlar. Onları incitmək qeyri-mümkündür.

QIZ: Onlar üzr istəməkdən çəkinmir. Amma bunu nə vaxt edəcəyini özü planlaşdırır. Onların fikrincə, iş-işdən keçmiş olsa da, əsas odur ki, üzr istəyiblər.

TƏRƏZİ: Səhv edəndə bunu etiraf etməkdən çəkinmirlər. O qədər səmimidirlər ki, üzr istəməsələr belə siz onları bağışlayarsınız.

ƏQRƏB: Üzr istəmək onlar üçün rəsmiyyətdir. Ona görə də zəng etmək yerinə mesaj yolu ilə bu problem həll edirlər.

OXATAN: Oxatanların həyat fəlsəfəsində peşmançılıq, üzr yoxdur. Başqaları onlara qarşı səhv edəndə də dəyişmirlər. Yəni İngilis bayrağı deyillər.

OĞLAQ: Onlardan sadə bir "üzr istəyirəm”lə xilas ola bilməzsiniz. Gərək onlara uzuuuuun açıqlama verəsiniz. 7 səhifəlik müdafiə hazırlayıb sonda onu təmin etmisinizsə, siz dahisiniz.

DOLÇA: Dünyanın ən şirin insanlarıdır. Səhv etdiklərini bilən kimi münasibəti düzəltmək üçün nə isə düşünürlər. Ən əsası isə bacarırlar.

BALIQ: Elə də çox üzr istəmirlər. Onların fikrincə, hər kəs fərqlidir. Balıq və üzr istəmək? Bu qədər özünüzə güvənməyin.
(səs: 7)
Şərhlər: 18
Baxılıb: 7 844
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri