2015-də hansı bürclər evlənəcək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 14 553
Səs ver:
(səs: 12)
2015-ci il sürprizlərlə doludur! Bu il həyatının sevgisi ilə qarşılaşacaq və ya heç ağlında nikah yox ikən evlənəcək bürclər hansılar olacaq?

Qoç - 2015-ci ildə evliliyi çox istəmələrinə rəğmən eyni evi paylaşmaları problemli ola bilər. Buna ər namizədinin işi və ya ailə vəziyyəti əngəl ola bilər. Yenə də qoç bürcü namizədlərin asanlıqla təslim olmayacağı və sevdikləri ilə nikah masasına oturacağı deyilir.

Buğa - 2015-ci ilin may ayına qədər münasibətlərindəki problemlər həll olunacaq. Bu dövrü sevdiyinizlə həyatınızı birləşdirmək üçün istifadə edə bilərsiniz. Şanslı dövr 11 avqustdan il sonuna kimi davam edə bilər. Bu il münasibətinizin davam etməsi üçün özünüzdən qurbanlar verməlisiniz.
 
Əkizlər - Əkizlər bürcü bu il Saturnun təsiri ilə ciddi münasibət yaşayacaq. Evlilik ehtimalı yüksək olsa da, bəzi əkizlərin bu il uzun sürən münasibətlərinin bitəcəyi də deyilir. Bu ilin ortasında sürpriz bir qərarla evlənmək istəyə bilərsiniz.
 
Xərçəng - 11 avqust tarixindən evlilik qərarı vermək ehtimalı mümkündür. Bəzi xərçənglər isə bütün il problemli sevgi münasibətləri ilə əlləşməkdən evlilik düşüncəsini ağıllarına belə gətirə bilməyəcək. Bir tərəfdən dəli kimi sevib, bir tərəfdən də problemlər yaşasalar da, evlilik sahəsində ani qərarlar verən xərçənglər də olacaq.
 
Şir - bu bürclər 2015-ci ildə evliliyə çox yaxın bürclərdir. Ötən illərdə evliliklə bağlı problem yaşayanlar bu il hər hansı bir əngəl görməyəcəklər.
 
Qız - bu ilin ən şanslı bürclərindən biridir. Evlilik məsələsində də dəyərləndiriləcəklər. 2015-ci ilin son aylarında xəyallarındakı insanla tanış ola bilərlər . Uzun müddətdir davam edən münasibətlərini evliliklə sonlandıra bilərlər. Onları şanslı bir yaz gözləyir .
 
Tərəzi - iyun ayında baş tutacaq günəş tutulması sizə evlilik qərarı verdirə bilər. "Həyatımın sevgisi” deyə biriylə tanış olacaqlar. Ani evliliklər, hazırlıqsız olmaq sizi təşvişə sala bilər.
 
Əqrəb - 2014- cü il əqrəblərin sevgi məhsuldarlığı az olduğu, hətta gizli sevgi yaşadığı bir il oldu. Bu il isə keçmiş sevgili və ya ərlərinə dönə bilərlər. İyul-sentyabr aylarında evliliyi düşünməyin.
 
Oxatan - 2015-ci ilin ortasına qədər günlərinizi yalnız keçirə bilərsiniz. Gündəlik və məqsədsiz boş münasibətlər yaşayacaqsınız. 28-29 yaş  arası oxatanlar bu il evliliyə daha yaxın olacaq.
 
Oğlaq - Özünü və həyatını qarantiya altına almadan evliliyə hazır olmayan oğlaqlar bu il evliliyə  hazır olacaqlar. Sevdiyi ilə yaxınlarının sayəsində tanış olacaqlar. İlin ikinci yarısı evlilik məsələsində daha şanslı olacaq.
 
Dolça - 2015-ci ildə heç ağıllarına gəlməyən insanlarla sevgi münasibəti yaşasalar da evliliyi düşünməyəcəklər. Bəziləri isə sevdiklərini itirməmək üçün nikah masasına otura bilər.
 
Balıqlar - Bu il onları zövq  alacaqları sevgi macəraları gözləyir. Qısa münasibətlər gözləsə də, bəzilərini evlilik gözləyir. 2015-ci il iyuldan 2016-cı ilin əvvəlinə qədər şanslı dövrdür.
(səs: 12)
Şərhlər: 13
Baxılıb: 14 553
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri