Hansı bürc acgözdür?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 10 463
Səs ver:
(səs: 12)
Pul deyəndə hər kəs fərqli düşünür. Kimisi pul yığmaq qabiliyyəti ilə hər kəsi heyrətləndirir, kimisi də ha çalışsa da, əlində heç nə qalmır. Bəs bürclər pulla necə rəftar edir?

QOÇ: Qoç öz həyatı ilə qumar oynayacaq qədər riski sevir. Təşəbbüskar olduğu üçün yeni investisiyalar qoymaq, riskli yollardan pul qazanmaq onun özünə inamını inkişaf etdirir. Kiçik də olsa, öz işini qurmaq, müdir mövqeyində olmaq, azadlığını qorumaq və istədiyi cür yaşaya bilməyi üstün tutur. Daim yenilik axtarır.

BUĞA: Buğa maliyyə mövzularında olduqca tədbirli, səbrli və planlıdır. Bütün bürclərin içində həyatına davam etmək üçün lazımlı qaynaqları təyin etməsi ilə tanınır. Təcrübəsi olmayan buğa özünü etibarsız hiss üçün əvvəl ruhi, sonra da fiziki olaraq sağlamlıq problemləri yaşaya bilər. Borc almaqdan xoşu gəlməyən buğa özündən borc istənəndə də narahat olur.

ƏKİZLƏR: Əkizlər həyatın digər sahələrində olduğu kimi pul mövzusunda da uzun müddət düşünməyi sevmir. Lakin adaptasiya qabiliyyəti və dözümlülüyü çox yüksək olduğu üçün dəyişən maliyyə vəziyyətlərə da tez uyğunlaşır. Əslində rəqəmlərlə arası yaxşıdır, hətta istsələr büdcələrinə son dərəcə yaxşı nəzarət edə bilərlər.

XƏRÇƏNG: Su bürcü olan xərçəngin hissləri və instinktləri güclü olduğu üçün iqtisadi trendləri, dəyişikləri əvvəldən hiss edir. Əsasən dəstəyə ehtiyacı varmış kimi görünsə də, təhlükəsizliyinə çox düşkündür. Maliyyə mövzularda da olduqca diqqətlidir. Həyatının maliyyə sahəsində hər zaman müvəffəqiyyətli olur.

ŞİR: Lüks həyatı sevən şirlər üçün pul yığmaq qeyri-mümkündür. Lakin gücü çox sevən şir pulu da güc vasitəsi kimi qəbul edir. Möhtac vəziyyətə düşməyə nifrət edir.

QIZ: Şirlərdən fərqli olaraq qız riskə getməkən çəkinir. İşi həyatın məqsədi hesab edən qız detalları görərək hərəkət etdiyi üçün möhkəm addımlar atmaqla yanılmır.

TƏRƏZİ: Bazarlıq etmədən heç nə almaq tərəzinin prinsipidr. Estetik dəyərləri olduqca qüvvətli olduğu üçün ümumiyyətlə, sonda həmişə ciddi mükafatlara layiq görülür.

ƏQRƏB: Qərarlı və dözümlü bürc olan əqrəb məqsədinə çatmaq üçün hər şeyi edir. Xüsusilə genişmiqyaslı maddi mövzularda, analitik qabiliyyəti və hisslərinin köməyilə müsbət addımlar atır və müvəffəqiyyət qazanır. Çətinliklərdən qorxmayan əqrəb əslində gözəl şeyləri sevir. Yaxşı ev, möhkəm və təhlükəsiz avtomobilə sahib olmaq, gözəl geyinmək onun həyati məqsədləri arasındadır.

OXATAN: Oxatan maliyyə sahəsində olduqca optimistdir. Varsa xərcləyir, yoxdursa, deməli, yoxdur. Oxatanlar böyük investisiyalar qoymağı, məbləğlərlə oynamağı sevir. Avtomatik olaraq riskləri də artır. Təhlükə son mərhələsinə gəlib çatanda yenə də özünü itirmir.

OĞLAQ: Ehtiyat etmək və tədbir görməyin oğlağa heç bir aiddiyyatı yoxdur. Planlaşdırma, təşkilat və idarə qabiliyyətləri maliyyə sahəsində də özünü göstərir. Oğlaq həyatının maddi hədəflərini təyin edir və uzun illərə aid strategiyalar inkişaf etdirərək səbrlə, mətanətlə, qorxmadan bu hədəfə çatmaq üçün dayanmadan işləyir.

SUTÖKƏN: Pulla heç bir əlaqəsi olmayan bürclərdən biri də sutökənlərdir. Sadəcə texnoloji bir şeyə sahib olmaq istəyəndə və ya humanitar yardım etmək istəyəndə pul ağlına gəlir. Demokratiyaya və bərabər şərtlərə çox əhəmiyyət verdiyi üçün həyatı boyu əsla fərdi inkişaf, fərdi sərvət əldə etmək  məqsədi də olmur.

BALIQ: Anti-materialist olaraq tanınan balıq bürcü bəlkə də pulun varlığından belə xəbərsizdir. Həyatın reallıqlarından və tələblərindən asanlıqla uzaqlaşan balıq həyata davam etmək üçün pulun gücünə ehtiyac duyur. Və bu zaman qarışıq fikirlər içərisində qalır.
(səs: 12)
Şərhlər: 15
Baxılıb: 10 463
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri