Ayın birinci yarısı:
Yeni əlaqələr yaratmaq, sədaqətli dostlar əldə etmək üçün bu ərəfə
kifayət qədər uğurlu olacaq. Həmkarlarınızla xırda soyuqluğu da
başınızdan çıxarmağa çalışın. Martın 3-dən 11-nə qədər təmasda olduğunuz
şəxslər ovqatınızın yüksəlməsinə xidmət edəcəklər. Amma təşəbbüskarlığı
da əldən verməyin. Martın ilk həftəsində fəaliyyət zəminində müəyyən
passivliklə rastlaşsanız da, bu, ciddi gərginliyə səbəb olmayacaq.
Təxminən ayın 7-dən başlayaraq işlə bağlı nəzərdə tutduğunuz planların
əksəriyyəti reallığa yaxınlaşacaq. Yeni təklifləri qulaqardına vurmayın.
Əks təqdirdə bəzi müttəfiqlərinizlə aranızda soyuqluq yarana bilər.
Ayın ikinci yarısı:
Digər insanlarla məxfi ünsiyyətiniz sizi sevənlərdə ikrah, bəzi hallarda
isə qısqanclıq hissi yarada bilər. Bunun gələcəkdə təhlükəli sonluqla
nəticələnməməsi üçün hərəkət və davranışlarınızı kontrolda saxlayın.
Ailə-sevgi münasibətlərinizdə olan qüsurları başqalarına danışmayın.
Dostlarınıza yalan vəd verməyin. Astroloji təyinatlar bu yarım ay
ərzində təmasda olduğunuz köhnə tərəfdaşlarınızın sizə əhəmiyyətli
dərəcədə kömək edə bilməyəcəyini göstərir. Odur ki, ümumi vəziyyətinizi
yaxşılaşdırmaq üçün yeni tərəfdaşlar tapmalı və ya bütün çətinlikləri
təkbaşına dəf etməlisiniz. Martın 27-dən sonra pulla bağlı
sıxıntılarınız tədricən səngiyəcək.
BUĞA BÜRCÜ
Ayın birinci yarısı:
Yaxşı olar ki, ixtiyarınızda olan martın ilk həftəsini dinc şəkildə yola
salasınız. Əsəblərinizin tarıma .çəkilməsi ünsiyyətdə olduğunuz bir
neçə yaxın şəxslə münaqişənizə rəvac verə bilər. Ayın 9-dan sonra isə
nüfuzlu, eyni zamanda səmimi insanlarla rastlaşma ehtimalınız var.
Dostlarınıza kələk gəlməyin. Ümumiyyətlə, bir neçə məsələdə ciddi seçim
qarşısında qaldığınız üçün martın ilk günləri sizin üçün çətin keçəcək.
Bəzi yeni cəhdlərinizin baş tutmaması, həmçinin əməyinizin düzgün
qiymətləndirilməməsi kefinizi pozmamalıdır. Əksinə, gərgin məqamlarla
üzləşdikdə vaxtınızı istirahətdə keçirin. 11-14 mart aralığında
fəaliyyətinizdə müsbət qabarmalar hiss olunacaq.
Ayın ikinci yarısı:
Novruza qədərki müddəti bir təhər başa vursanız, sonrakı ərəfədə heç bir
narahatçılığınız olmayacaq. Sevgiyə olan böyük ehtiyacınız məhz indi
ödənəcək. Qarşılıqlı münasibətlərdə bütün imkanlarınızı səfərbər edin.
Ayın 22-dən sonra isə sevgisiz "buğalar yeni məhəbbət ümmanına mehman
olacaqlar. Bayram ərəfəsində doğmalarınıza baş çəkməyi unutmayın. Onu da
qeyd edək ki, martın 20-nə qədər və 29-dan sonra böyük bizneslə məşğul
olmağınız məsləhət görülmür. Odur ki, yalnız adi işlərlə başınızı
qatmalı, gündəlik tələbatınızı təmin edə biləcək gəlirlə
kifayətlənməlisiniz. Qalan müddətdə isə ən ciddi planlarınızı
reallaşdıra biləcəksiniz. Ulduzlar varlanmağınıza da təkan verəcək.
ƏKİZLƏR BÜRCÜ
Ayın birinci yarısı:
Nədən və necə başlamalı? Sizi narahat edən bu suala bu 15 gündə cavab
tapmağa səy göstərməlisiniz. Hətta təkbaşına bacarmadığınız təqdirdə
etibarlı müttəfiqlərinizdən də kömək umun. Əgər ilk ongünlükdə Göy
qübbəsinin bu tövsiyələrinə əməl edib işlərinizi relsə salsanız, uzun
müddət heç bir nigarançılığınız olmayacaq. Zehni əməyə çox da aludə
olmayın. Martın bu arakəsməsində qarşılıqlı münasibətlər zəminində
hansısa ciddi problemlə rastlaşmayacaqsınız. Əksinə, ürəyinizə yaxın
olan simsarlarınızla müntəzəm əlaqə saxlamaqla xeyli rahatlıq
tapacaqsınız. Bu arada daha çox qohumlarınızın yanında olmağı məsləhət
görən ulduzlar çoxsaylı qonaqlıqda iştirakınızı da təmin edəcək.
Ayın ikinci yarısı:
Təxminən martın 19-na qədər ailə-sevgi münasibətlərində cərəyan edən
proseslər zövqünüzlə uyğunluq təşkil edəcək. Sonrakı ongünlükdə isə
səhhətinizlə bağlı problemləri həll etsəniz, gözlənilən bütün
xoşagəlməzlikləri dəf edə biləcəksiniz. Uzaq yola çıxmazdan qabaq
yaxşı-yaxşı götür-qoy edin. Martın birinci yarısında fəaliyyətlə bağlı
işlərinizin ləng getməsi sizi süstləşdirməməlidir. Çünki qarşıdan gələn
bahar təravətli ərəfədə paralel olaraq bir neçə istiqamətdə fəaliyyət
göstərməyiniz şəxsi büdcənizə də birbaşa təsir göstərəcək. Amma bu
müddətdə kiməsə ciddi məbləğdə borc vermək və ya almaq fikrinə də
düşməməlisiniz.
XƏRÇƏNG BÜRCÜ
Ayın birinci yarısı:
Yeni dostlar tapsanız da, sizə həmişə sadiq qalan adamlarla əlaqələri
dərinləşdirməlisiniz. Göstərdiyimiz ərəfədə barışdırıcı mövqedə durmaq
başlıca vəzifəniz olmalıdır. Uğur qazanan yaxınlarınıza paxıllıq
etməyin. Gec-tez növbə sizə də çatacaq. Martın 8-də uzaqda yaşayan
qohumlarınıza mütləq baş çəkin. Bəri başdan əmin ola bilərsiniz ki, ötən
aydaki passivliyiniz martda qətiyyən qabarmayacaq. Havaların
qeyri-sabit olmasına baxmayaraq məhsuldarlığınız yüksələcək. Ulduzların
düzümü Qadınlar bayramına qədər yeni təkliflərdən imtina etməyinizi
məsləhət görür. Sonrakı ərəfədə isə peşənizlə bağlı uğurlarınız kifayət
qədər artacaq.
Ayın ikinci yarısı:
İfrat hövsələsizliyiniz qarşı tərəfin sizinlə daha mehriban davranmasına
mane olur. Bir qədər mülayim və səmimi olun. Bir də çalışın ki,
hisslərinizi gizli saxlamayasınız. Onu da unutmayın ki, sevgi
duyğularına layiq olan adamlara onu olduğu kimi çatdırmaq lazımdır.
Yazın elə ilk günündən münasibətlər zəminində hər şey ürəyinizcə olacaq.
Astroloji göstəricilərə nəzər salsaq, bu arada ən varlı zodiak
işarəsinin məhz "xərçənglər olduğunu təyin edə bilərik. Ən azı ona görə
ki, eyni elementə mənsub olduğunuz Balıqlar bürcü bitənə qədər (20 mart)
minimum üç dəfə şəxsi büdcənizdə artım olacaq. Ayın üçüncü dekadasında
isə boş məsrəflərə pul xərcləməkdən vaz keçin.
ŞİR BÜRCÜ
Ayın birinci yarısı:
Martın 7-nə qədər yeni və riskli işlərə baş qoşmayın. Ulduzlar bu kimi
halların müsbət nəticə verməyəcəyini bəyan edir. Yaxşı olar ki, həmin
ərəfədə adi işlərlə məşğul olasınız. 9-13 mart arası şəxsi
fəaliyyətinizdə əsaslı dönüş yaratmaq üçün şansınız olacaq. Təcrübəli
adamlarla işbirliyi yaratmaq üçün bütün mümkün variantlardan istifadə
edin. Bir çox sahələrdə olduğu kimi bu arada qarşılıqlı münasibətlərdə
də passiv dövran yaşayacaqsınız. Ciddi münaqişələr gözlənilməsə də,
hansısa perspektivli əlaqələr və ya dostluq istiqamətində ideal
irəliləyişin şahidi olmayacaqsınız. Yalnız martın 12-dən sonra bəzi
uğurlar mümkündür.
Ayın ikinci yarısı:
Mart ayı bürcünüz üçün bir qayda olaraq məhsuldar keçir. Bu səbəbdən də
adətən qarşılıqlı münasibətlər arxa plana keçir. Amma ötən yarım ayda
olduğu kimi bu müddətdə də sevgi hisslərinizi daha qabarıq şəkildə
büruzə verməlisiniz. Dostluq-yoldaşlıq ünsiyyətini isə müvəqqəti olaraq
arxa plana keçirin. Belə ərəfədə sevgilinizi özünüzdən incik salmayın.
Adətən vəzifəpərəst olduğunuzdan sizlərdə xoşagəlməz bir cəhət var ki, o
da tabe olmamaqdır. Əgər bu prinsipdən əl çəksəniz, bu aralıqda heç bir
maneəyə rast gəlməyəcəksiniz. "Xərçəng”lərdə olduğu kimi sizin də
təxminən üç dəfə qazanacağınızı bildirən ulduzlar ciddi məbləğdə borc
verməyi məsləhət görmür. Əks təqdirdə müflisləşə bilərsiniz. Martın son
günü bütün pul sövdələşmələriniz uğurla nəticələnəcək.
QIZ BÜRCÜ
Ayın birinci yarısı:
Ayın bu ilk yarısı qismən passiv ərəfə olsa da, bu, sizin üçün ciddi
problem yaratmayacaq. Astroloji göstəricilər nəzərdə tutduğunuz işlərdə
məxfiliyi saxlamağı tövsiyə edir. Axı nə iş görəcəyinizi kənardakılar,
xüsusən də xoşunuza gəlməyən adamlar niyə bilməlidir? Bu tövsiyələrimizə
qulaq assanız, fəaliyyətinizdə yüksəliş nəzərə çarr pşcaq. Martın 11-nə
qədər istər qohumluq münasibətlərində, istərsə də dostluq əlaqələrində
saysız uğurlara yiyələnəcəyinizə şübhə etməyin. Göy qübbəsi hər kəsə
mülayim davranış göstərməklə sevindirici məqamlar yaşayacağınızı bəyan
edir. Həmin ərəfədə kənd havası udmağınız məsləhətdir. Ayın "nəhs”
günündə isə ehtiyatlı olun.
Ayın ikinci yarısı:
Bizneslə bağlı böyük işlərə yalnız martın 26-dan sonra başlamağınız
məsləhətdir. Yalnız bu halda şəxsi işlərinizdə müəyyən dönüş yaratmağa
müvəffəq ola bilərsiniz. Əvvəlki günlərdə isə planınızda olan müştərək
fəaliyyətlə bağlı konkret addımları təxirə salmalısınız. Ümumiyyətlə,
həmin ərəfədə riskli pul sövdələşmələrinə müdaxilə etməməlisiniz. Martın
ötən yarısı taleyinizdə gərginliklə yadda qalsa da, bu amil
romantikcəsinə yanaşdığınız sevginizə ciddi zərər yetirməyəcək. Belə
halların labüdlüyünə nail olmaq üçün özünüz də canfəşanlıq etməlisiniz.
Kənar problemlərinizi ailə-sevgi məkanına qatmayın. Bir sözlə, bu arada
ünsiyyətdə olduğunuz adamlara birbaşa aidiyyəti olmayan məsələlərdən
onları agah etməyin.
TƏRƏZİ BÜRCÜ
Ayın birinci yarısı:
Bəri başdan sevinməyinizə əsas var. Belə ki, bütün astroloji
göstəricilər martın bu ərəfəsindən daha çox mehribançılıq görəcəyinizi
proqnozlaşdırır. Bu 15 günlük müddətdə yalnız 2, 5 və 9 mart
tarixlərində mübahisələrə cəlb olunma ehtimalınız yaranacaq. Bunun
qarşısını alsanız, tam razı qalacaqsınız. Fevralla müqayisədə bu ay
fəaliyyətinizdə bir qədər zəiflik nəzərə çarpacaq. Bu isə əsasən təbii
proseslərdən irəli gələcək. Çünki havaların dəyişkənliyi və mühüm
şəxslərin yanınızda olmaması əzmkarlığınızı azaldacaq. Buna baxmayaraq
qarşıya qoyduğunuz öhdəliklərə məsuliyyətlə yanaşmalısınız. Martın 4-dən
7-nə qədər az da olsa, bir neçə zirvəni fəth edə biləcəksiniz.
Ayın ikinci yarısı:
Əvvəlcədən bildirək ki, ixtiyarınızda olan bu zaman kəsiyi biznes
fəaliyyətiniz üçün bir qədər təzadlı ərəfədir. Hansısa riskli
sövdələşmələr, ağlabatmayan müqavilələr zərərinizə ola bilər. Amma
paralel olaraq bu istiqamətdə çoxsaylı sürprizlərlə də rastlaşa
bilərsiniz. Odur ki, bacarıq və qabiliyyətinizdən maksimum istifadə
etməyə səy göstərin. Astroloji göstəricilər bahar nəfəsli bu ayda güc və
enerjinizi boş şeylərə itirəcəyinizdən xəbər verir. Məhəbbət
laləzarından zövq almağınız məhz bu səbəbdən təxirə düşə bilər. Deməli,
bu tövsiyələrimizdən nəticə çıxarıb bütün səylərinizi birləşdirməli,
əsəbi situasiyalardan uzaqlaşmalı və ürəyinizdə olan şəxsə qarşı daha
səmimi davranmalısınız.
ƏQRƏB BÜRCÜ
Ayın birinci yarısı:
Fevralla müqayisədə bu ay əsəbləriniz kifayət qədər sakit olacaq. Fikir
və baxışları ilə razılaşmadığınız adamlarla ümumi dil tapmaqda heç bir
problemiiniz olmayacaq. Ayın 7-dən 13-nə qədər ağlınıza gətirmədiyiniz
insanlardan xeyirxahlıq və mərhəmət görəcəyiniz də labüddür.
Ümumiyyətlə, bu yarım ayda diqqət mərkəzində olmağı bacaracaqsınız.
Bunun üçün əsas vaxtınızı istirahət və səfərlərdə keçirməyiniz
məsləhətdir. Hava şəraiti və ümumi fəaliyyətdə geriliyin yaranması da
buna səbəb olacaq. Ayın 9-na qədər yaxşıca dincəldiyiniz təqdirdə
sonrakı günləri uğurla başa vura bilərsiniz. 11, 13 və 15 mart
tarixlərində şəxsi işlərinizdə əsaslı dönüş olacaq. Bundan istifadə
edin.
Ayın ikinci yarısı:
Dəyişkən mart ayının üç günü (20, 24 və 30) istisna olunmaqla qalan
müddətdə maliyyə məsələləri ilə bağlı qarşınıza çoxsaylı şanslar
çıxacaq. Gələcək perspektivlərinizi reallaşdırmaq üçün müəyyən məbləğdə
xərc də çəkə bilərsiniz. Əmin olun ki, qoyduğunuz pulların bəhrəsini
yaxın aylarda mütləq görəcəksiniz. Sadəcə, daxili sabitliyinizi
qorumalısınız. Nağıllar aləmindən ayrılmısınızsa, Göy qübbəsi sizi
ürəyinizə uyğun sevgiyə nəsib edəcək. Bir amili də yadda saxlayın ki,
Novruzu hansı ovqatla qarşılasanız, növbəti ilədək əhvalınız həmin
vəziyyətdə qalacaq. Martın 23-də və 30-da daimi təmasda olduğunuz
şəxslərlə aranızı vura bilərlər. Odur ki, hər sözə əhəmiyyət verməyin.
OXATAN BÜRCÜ
Ayın birinci yarısı:
Fəaliyyət göstərdiyiniz sahələrdə müəyyən problemləriniz baş qaldırsa
da, özünüzü işə həsr etməklə bu kimi qanqaraçılıqları dəf edə
biləcəksiniz. Astroloji göstəricilər Qadınlar Bayramına qədər işlə bağlı
əksər cəhdlərinizin baş tutacağına işarə edir. Ötən aydan yarımçıq
qalmış işlərinizi başa çatdırmaqda ciddi problemləriniz olmayacaq. Ayın
ilk həftəsində müntəzəm surətdə əlaqədə olduğunuz adamlarla aranızda
bəzi anlaşılmazlıqlar mümkündür. Bu kimi gərginliyi dinc yolla həll
etməyə çalışın. Çünki indiki ərəfədə hansısa zorakı üsullar sizə yalnız
zərər yetirə bilər. Martın 8-dənsə ünsiyyət məsələlərində uğurlarınız
olacaq. Ayın 14-də müəyyən qədər aldanma ehtimalınız var. Odur ki,
tədbirli olun.
Ayın ikinci yarısı:
Təəssüf ki, martın ötən yarısı bürcünüzün sevgi amili mənfi müstəvidə
bərqərar olub. Gəlin etiraf edək ki, bunun başlıca səbəbkarı özünüz
olmusunuz. Ona görə də giley-güzarı, kobudluğu və səbrsizliyi bir kənara
atmalı, Yeni ilə – Novruza yeni duyğularla qədəm basmalısınız. Amma
ruslann bir məsəlini də bu arada qulağınızda sırğa edin:
"Dostluq-dostluqdur, iş-işdir”. Əks təqdirdə uzun müddət
münasibətlərinizə aydınlıq gəlməyəcək. Əvvəlki bürclərin əksəriyyəti ilə
müqayisədə martın bu hissəsi sizin üçün daha perspektivli olacaq. Yeni
təkliflər, iş üslubunda nəzərəçarpacaq irəliləyişlər ovqatınızı, o
cümlədən şəxsi büdcənizi kifayət qədər yüksəldə bilər. Ayın 19-da, 23-də
və 29-da isə riskli sövdələşmələrdən uzaq olmalısınız.
OĞLAQ BÜRCÜ
Ayın birinci yarısı:
Yalnız fəaliyyət göstərdiyiniz sahələrdə münaqişələrə məruz qala
bilərsiniz. Bu səbəbdən də həmkarlarınızla, ələlxüsus da rəhbər
işçilərlə ümumi dil tapmağa səy göstərin. Əgər martın istirahət
günlərini qonaqlıqda və ya səfərlərdə keçirsəniz, qarşılıqlı
münasibətlər zəminində cüzi də olsa, probleminiz olmayacaq. Qadınlar
Bayramından sonra məxfi görüşlər keçirmək üçün şanslarınız olacaq.
Martın 11-nə qədər yeni işlərə başlamaq fikrindən daşınsanız, qalan
günlərdə heç bir problemlə rastlaşmayacaqsınız. Əməyinizə qiymət
verməyənlər də məhz bu ərəfədə kifayət qədər mülayim mövqe nümayiş
etdirəcəklər. Ayın ikinci dekadasından ağlınıza gətirmədiyiniz adamlar
fəaliyyət istiqamətində sizə böyük dəstək verəcəklər.
Ayın ikinci yarısı:
Yaşamalı olduğunuz bu 16 günlük müddətdə işgüzar sövdələşmələr üçün
uğurlu anlarınız çox olacaq. Ələlxüsus da martın 25-nə qədər ikitərəfli
əməkdaşlıq zəminində nailiyyətləriniz arta bilər. Danışıqlarda qarşı
tərəfin təkliflərinə ciddi şəkildə yanaşın. Ulduzların düzümünə inansaq,
martın 26-da və 28-də tədbirli olsanız, qalan müddətdə heç bir maliyyə
probleminiz olmayacaq. Yersiz qısqanclıq, çığır-bağır, bir sözlə,
rahatlığı pozan hər bir cəhdiniz yalnız sizi gözdən sala bilər. Kənardan
deyilmiş söz-söhbətlərə görə qarşılıqlı münasibətlərinizi korlamayın.
Çünki ulduzların düzümü təxminən martın 23-nə qədər sevgiyə böyük
ehtiyac duyduğunuzu ehtimal edir. Ayın son həftəsində isə
ayıq-sayıqlığınızı birə-beş artırmalısınız.
DOLÇA BÜRCÜ
Ayın birinci yarısı:
Qadınlar Bayramına qədər peşəkar siyasətçilər kimi müdriklik nümayiş
etdirməlisiniz. Hətta günahkar qarşı tərəf olsa belə, emosiyalara
uymamalı, çılğınlıqdan uzaq olmalısınız. Yalnız bu halda gözlənilən
gərginliyi dəf edə bilərsiniz. Ayın 9-dan şonra isə hər kəsdən, xüsusən
də əks cins tərəfdən mehriban münasibət görəcəksiniz. Kollektiv gəzinti
və qonaqlıqlar sizə qarşı münasibətlərə müsbət çalarlar gətirəcək.
Astroloji göstəricilər 12 marta qədər aktiv fəaliyyətdən uzaq
olacağınızı bildirir. Həmin ərəfədə kənardan kömək və ya perspektivli
təkliflər olmasa, təkbaşına nəyəsə nail ola bilməyəcəksiniz. Martın
sonrakı günlərində isə gözləmədiyiniz uğurlar sizi qoynuna alacaq. Az
qala hər gün işlə bağlı bir müjdəyə yetişəcəksiniz.
Ayın ikinci yarısı:
Şəxsi büdcənizi artırmaq istəyirsinizsə, qətiyyən səyyar biznes
fəaliyyətinə həvəs göstərməməlisiniz. Ən azı ona görə ki, siz daha çox
oturaq işlərdə müvəffəqiyyətə yetişə bilirsiniz. Astroloji göstəricilər
bu arada ciddi məbləğdə xərcinizin çıxacağını bəyan edir. Amma
narahatlığa əsas yoxdur. Çünki bu xərc xeyirxah məqsədlərə xidmət edəcək
və Tanrı ən lazımlı məqamda onu özünüzə yetirəcək. Məhəbbət
məsələlərində ötən yarım ayda üzləşdiyiniz problemlər böyük ehtimalla
təkrarlanmayacaq. Məhəbbət bəslədiyiniz səxsin hiss və duyğularını
dinləməyə kifayət qədər vaxtınız olacaq. Düzdür, ara-sıra başınız
dost-tanışa da qarışacaq, lakin birgə səfər etməklə gərgin görüntülü
çöhrənizə sevinc bəxş edə bilərsiniz. Qoç bürcü yetişənə qədər (21 mart)
deyilənlərə əməl edin.
BALIQLAR BÜRCÜ
Ayın birinci yarısı:
Fərdi iş prinsipini sürətləndirmək üçün bürcünüzün hakim olduğu bu
ərəfə, kifayət qədər məhsuldar dövrdür. Ulduzların düzümü ayın ilk
həftəsində fəaliyyətlə bağlı bir neçə sürprizlə rastlaşacağınızdan xəbər
verir. Çoxdan gözlədiyiniz təklifləri də ala bilərsiniz. Amma yeni
dostların səxavətini görüb köhnələri unutmayın. Ayın 14-də və 15-də isə
yeni və ya riskli işlərə başlamamalısınız. Onu da unutmayın ki,
qarşılıqlı təmas üçün bürcünüzə uğur vəd edən dövr məhz martdır. Odur
ki, şəxsi problemləriniz olan hər kəslə kompromisə getmək haqqında
düşünün. Martın 10-dan sonra ulduzlar dostlarınızın artacağını da bəyan
edir. Qohumlarınızla zəif münasibətləri möhkəmləndirməyə çalışın.
Özünüzə qarşı rəğbət oyatmaq üçün pul amilindən də istifadə edin.
Ayın ikinci yarısı:
Təəssüf ki, bu arada digər işlərinizin çoxluğu məhəbbət amilinə diqqətlə
yanaşmağınızın qarşısına alacaq. Nə qədər ki öz bürcünüz
hakimiyyətdədir (16-20 mart), heç olmasa həmin ərəfədə səhvlərə yol
verməyin. "Hər şeydə yalnız özüm haqlıyam” kimi dəhşətli fikirləri
başınızdan çıxarın. Qarşı tərəfə mümkün qədər güzəştə getməyə çalışın.
Əgər bu tövsiyələrə əməl etsəniz, ayın 25-nə qədər qarşılıqlı
münasibətləri qaydasına sala biləcəksiniz. Göy qübbəsi martın ikinci
yarısında iqtisadi maraqlarınızda hansısa risk etməyin lüzumsuz olduğunu
bəyan edir. Əks təqdirdə ciddi problemlərə mübtəla ola bilərsiniz. Mart
ayının 16-dan 20-nə və 28-dən 30-na qədər şəxsi büdcənizin azalmasına
imkan verməyin. Yaxından bələd olmadığınız adamlarla pul sövdələşmələri
aparmayın.