Bürcünüzə görə pərilərinizin dedikləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 8 662
Səs ver:
(səs: 11)
Qoç bürcünün Pərisi: Paradise
Paradise yəni Cənnət adlı pərinin maneələri aradan qaldıran Salamanderlər (bir növ kərtənkələ, əjdaha) ruhlarının şahzadəsi olduğuna inanılar, ona görə bir kərtənkələ şəkiliylə təmsil edilir. Atəş elementinin simvoludur. Doğulduğunuzda bu pəri qulağınıza bunları pıçıldayır:
* Çox canlı və həyat sevər olacaqsınız
* Hər şeyə meydan oxuyacaqsınız
* Başqalarının cəsarət edə bilməyəcəkləri işlərə cəsarət edəcəksiniz
* Dullara və yetimlərə kömək edəcəksiniz

Buğa bürcünün Pərisi: Vivian
Vivian, mifologiyada maddi zənginlik gətirən, yeraltındakı xəzinələrin gözətçisi gnome-lərin şahzadəsidir, doğulduğunuzda qulağınıza bunları pıçıldayır:
* Nikbin bir həyat yaşayacaqsan
* Çox həssas biri olacaqsan
* Bülbül qədər gözəl səsli olacaq, mahnı oxuyacaqsan
* Sözlərinlə ürəkləri qazanacaqsan
* Güclü olacaqsan

Əkizlər bürcünün Pərisi:
Melior Melior sevinc və xoşbəxtliyin şahzadəsidir, doğum anınızda Melior qulağınıza bunları pıçıldayır:
* Əbədi gəncliyin sirlərinə sahib olacaqsınız
* Parlaq bir zəkanız olacaq
* Xəyallarınız sizi zirvələrə çıxaracaq

Xərçəng bürcünün Pərisi: Melusina
Mifologiyada, Melusina, gerçək eşqi gətirən dəniz qızlarının pərisidir. Doğulduğunuz zaman Melusina, qulağınıza bunları pıçıldayır:
* Ürəkləri küskün olanlara kömək edəcəksiniz
* Uşaqları çox sevəcəksiniz
* Sehrli və yaradıcı bir dünyanız olacaq
* Çox güclü hisslərə sahib olacaqsınız
* Nəzakətli və şəfqətli olacaqsınız

Şir bürcünün Pərisi: Morqan
Morqan mifologiyada böyük fikirləri reallaşdırmanızı təmin edən əjdaha ruhunun  şahzadəsidir. Doğulduğunuz zaman bu pəri qulağınıza bunları pıçıldayır:
* Güclü bir şəxsiyyətiniz olacaq
* Əxlaqi dəyərlərə çox bağlı olacaqsınız
* Həyatın eniş çıxışlarına dözəcəksiniz
* Çox təvazökar olacaqsınız
* Yoldaşlarınıza həmişə yol göstərəcəksiniz

Qız bürcünün Pərisi: Urgania
Mifologiyada Urgania taleh və pul gətirən yeraltı xəzinələrinin qoruyucularının şahzadəsidir. Doğulduğunuzda Urgania pərisi qulağınıza bunları pıçıldayır:
* Hər vaxt çox şanslı olacaqsınız
* İti gözünüz heç bir detalı qaçırmayacaq
* Səbrli olacaqsınız
* Vəzifələrinizə əsla laqeyd yanaşmayacaqsınız

Tərəzi bürcünün Pərisi: Holda
Holda pərisi fürsətlər tutmanızı təmin edən Sylphlərin pərisidir. Doğulduğunuzda qulağınıza bunları pıçıldayır:
* Hər vaxt ahəngli, uyğun bir həyatınız olacaq
* Gözəl və cazibədar olacaqsınız
* Ruhunuz həmişə gənc qalacaq
* Böhranlara etiraz edəcəksiniz

Əqrəb bürcünün Pərisi: Estrella
Estrella mifologiyada eşqdə gözlənilməz şans gətirən dəniz qızlarının şahzadəsidir. Doğulduğunuz zaman, bu pəri qulağınıza bunları pıçıldayır:
* Hər vaxt küllərindən yenidən doğan Phoenix quşu kimi güclü olacaqsınız
* Həyatdan böyük zövq alacaqsınız
* Həyatın sirrli yanlarını həll edəcəksiniz
* Hissləriniz sizə rəhbərlik edəcək
* Dağları yerindən oynadacaq qədər güclü olacaqsınız

Oxatan bürcünün Pərisi: Glasting
Glasting pərisi mifologiyada müdriklik pərisi olaraq tanınan əjdaha ruhunun pərisidir. Glasting pərisi doğulduğunuzda qulağınıza bunları pıçıldayır:
* Çox optimist olacaqsan
* Xəyallarını reallaşdırmaq üçün dünyanın o biri ucuna getməkdən çəkinməyəcəksən
* Ehtiraslı olacaqsan
* Bağışlayıcı olacaqsan
* Çox böyük bir həyat enerjisinə sahib olacaqsan

Oğlaq bürcünün Pərisi: Titanya
Titanya yerin altındakı xəzinələri qoruyanların Kraliçasıdır,  doğularkən qulağınıza bunları pıçıldadığına inanılır:  
* Yaddaşınız çox güclü olacaq
* Yalan danışmayacaqsan
* Cəsur olacaqsan
* Cəld və yaxşı öyrənəcəksən
* Həssas olacaqsan.

Dolça bürcünün Pərisi: Ariel
Mifologiyada Ariel sevinc və yumor anlayışı təmin edən Sylph şahzadəsinə verilən addır. Doğulduğunuzda Ariel pərisi qulağınıza bunları pıçıldayır:
* Hara gedirsən get orada iz buraxacaqsan
* Çox yaradıcı olacaqsan
* Böyük bir sənətçi olacaqsan
* Sənə ehtiyac duyan hər kəsə kömək edəcəksən
* Çox ağıllı olacaqsan

Balıqlar bürcünün Pərisi: Selkie
Selkie mifologiyada dəniz qızlarının şahzadəsidir, ümumiyyətlə yanında bir su itiylə təsvir edilir, evlərə ahəng və sevinc gətirir. Doğulduğunuzda sizin qulağınıza bunları pıçıldayır:
* Altıncı bir duyğuya malik olacaqsan
* Hər şeyə tez uyğunlaşacaqsan
* Sənətkar bir ruhun olacaq
* Hadisələrə müsbət yanaşacaqsan
* Ruhi aləmə çox maraq duyacaqsan
(səs: 11)
Şərhlər: 12
Baxılıb: 8 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri