Uşağınızı bürcündən tanıyın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 5 614
Səs ver:
(səs: 6)
QOÇ
"Mən var ya mən, varım, mən buyam, istəyirəm" şəklindəki sözlər Qoç bürcünü təyin edən sözlərdir... Uğurlu günü Çərşənbə axşamı, uğurlu sayı 9, planeti Marsdır. Uşağınız Qoçdurs, heç dayanmadan "Bu nədir, bu nədir?" deyə soruşmasına çaşmamalısınız. Tərzi, qısa yoldan öyrənməkdir, məqsədinə çatmağa çalışarkən kəsə olaraq gedər. Səbirsiz və tələshikçidir. Erkəndən ayağa qalxıb, gedər. Buna baxmayaraq sınayaraq öyrənməyi sevər. İstəkləri olmadığında tündxasiyyətləşər və yeri- göyü inlədər. Bitməyən istəkləri yerinə yetirilsə ondan xoşbəxti və şirini yoxdur. Ya ağlayaraq ya da şirinliklər edərək, ətrafındakıları tovlayar... Qoç bürcü uşağını kiçik yaşlardan etibarən idmana istiqamətləndirmək yerində olar, yoxs enerjisini döyüşərək xərcləmək istəyəcək. Dahi uşaqlar ən çox bu bürcdən çıxar. Hər işdə ilk və qabaqcıl olmağı sevər. Qoç bürcünün baş bölgəsi həssasdır: baş ağrısı, atəş yüksəlməsinə tez-tez rast gəlinə bilər.
 
BUĞA
"Mənimdir, mən buna sahibəm, sahib olmaq üçün gözləyərəm" kimi sözlər, buğa bürcünü izah edən sözlərdir. Uğurlu günü Cümə, uğurlu sayı 6, planeti Veneradır. İnadçı və mübarizəçi bir körpə ikən: kaprizli, dediyim olacaq, istəklərini məcbur et yerinə gətirtməyə çalışan bir uşaq olar. Ümumiyyətlə səssiz və sakit olaraq təyin olunsa da, sərhədləri çətinlik çəkdiyində fəryadı edər. Oyuncaqlarını və evini sahiblənər.. Körpəliyindən etibarən güclü və sağlam olan kiçik buğanın tək istəyi sevgidir. Danlayaraq, tənqid edərək və hələ də cəzalandıraraq onu tərbiyə edə bilməzsiniz. Ayrıca buğa uşağı, bilməsi lazım olan hər şeyi yeri və sırası gəldikcə öyrənər. O səbəblə ona yeni şeylər öyrədərkən ehtiraslı və israrçı bir tutum sərgiləməyin. Tam tərsi yumşaq bir tutum izləyin. Buğa bürcünün boyun və peysər bölgəsi həssas olduğundan, boğaz və qulaqla əlaqədar sağlamlıq problemləri görülə bilər.
 
ƏKİZLƏR
"Məncə, düşünürəm, şübhə edirəm, elə isə araşdıracağam, düşünəcəyəm" Əkizlər bürcünün sözləridir. Uğurlu günü Çərşənbə, uğurlu sayı 6, planeti Merkuridir. Astrologiyanın Peter Panı olaraq təyin olunar və bu bürcdəkilər əsla böyümək istəməzlər. Bununla birlikdə Əkizlər körpəsi erkəndən danışmağa başlayacaq və həmişə hərəkət halındakı halı ilə sizi çaşdıracaq. Sanki bir deyil, birdən çox uşaq doğduğunuzu düşünə bilərsiniz. Elə gurultulu, elə dəyişəndir ki, qışqırıb çağırmaqdn əl çəkib birdən-birə gülməyə başlaya bilər. Söylədiyiniz hər sözü, etdiyiniz hər hərəkəti anlayar. Hər kəsi maraqla izləyər və tez öyrənər. Məktəbdə zəkası ilə əlaqəni özünə çəkər, dərsi dərsdə öyrənənlərdəndir. Yaramazdır və başına gəldiyini etməkdə üstünə yoxdur. Danlasanız dərhal küsər, günahkardırsa şirinliklər edərək özünü bağışlatmağa çalışar. Əkizlər bürcünün çiyinləri, qolları və əlləri həssasdır. Bu bölgələrdə ağrılar görülə bilər.
 
XƏRÇƏNG
"Hiss edirəm, yenə aşiq oldum" xərçək bürcünü izah edən sözlərdir. Uğurlu günü Bazar ertəsi, uğurlu sayı 2, planeti Aydır. Hər körpə kimi şirin amma romantik, söz dinləməz və küsəyəndir. Həssasdır. Ona lazım olan əlaqəni vaxtında göstərin. Yoxsa kiçik xərçəng içinə qapanacaq, irəlidə də insanlarla yaxın əlaqələr qurmaqdan çəkinəcək və tündxasiyyətli olacaq. Çünki onlar ya həmişə, ya heç romantikliyi ilə hərəkət edərlər. Ya birdən-birə ən yüksəyə çıxmaq ya da yerindən tərpənməmək... Qızdığında və ya küsdüyündə, ona sevgiylə yaxınlaşaraq, qucaqlayıb, öpərək, saçlarını oxşayaraq könülünü ala bilərsiniz. Həddindən artıq yeməyə başlayarsa, anlayın ki romantik bir inciklik ya da təminsizlik yaşamışdır. Tez bazar yeməsinə mane olmanız yerində olar, çünki xərçəngin ən həssas bölgəsi mədəsidir. Allergiya edən yeməklərdən də uzaq dayanması lazımdır, çünki dərisi həssasdır, tez təsirlənər.
 
ŞİR
"İstəyirəm, yaradaram.. Gəldim, gördüm, məğlub etdim, mən idarə edəcəyəm" tipik şir bürcü cümlələridir. Uğurlu günü Bazar, uğurlu sayı 1 və 4-dür. Planeti Günəşdir. Kiçik şiriniz atəş parçası kimi bir körpədir, sanki içi günəşlə dolmuş kimidir. Sürətli, qavrayan, hərəkətli və istidir... Sonrasında da istiqanlı, romantik, özünə inamlı, güclü, enerjili və atılqan bir uşaqdır... Diqqətə alınmaq onun üçün çox əhəmiyyətlidir və maraq mərkəzi daxilində olmaq üçün hər şeyi edər. Duyğularını və düşüncələrini izah edərkən şişirdilmiş, hətta dramatiktir. Bir səhvini söyləyəcəksinizsə, bunu qürurunu qırmadan bacarmalısınız. Böyüdüklərində mərhəmətsiz bir güc istifadəçisi halına gəlməmələri üçün kiçik yaşlarda doğru ilə səhvi öyrətmənizə ehtiyacları vardır. Ancaq, təzyiq və məcbur etmələr üsyan etməsinə səbəb olar. Məktəb həyatında ümumiyyətlə müvəffəqiyyətli və liderdir. Güclü bir zəkaya sahib olduqlarından asan öyrənər və müvəffəqiyyətli olarlar. Aslan bürcünün ürək və kürək bölgəsi həssasdır.
 
QIZ
"Mən bu şəkildə analiz etdim, təhlil edirəm, araşdırıram" şəklindəki sözlər qız bürcünə aiddir. Uğurlu günü Çərşənbə, uğurlu sayı 5, planeti Merkuridir. Ağıllı baxışlı, hərəkətli bir körpədir: eyni zamanda da istəklərinin sonu olmayan dediyimi edərəm deyən bir körpədir... Böyüdükcə, utancaq amma maraqlı bir uşaq olar. Uyğun kimi görünsə də istəkləri yerinə gəlmədiyində ya da xəyal qırıqlığı yaşadığında hirs selinə qapılıb ortalığı bir-birinə qata bilər. Həyatının müəyyən bir nizamda getməsini istər. Yemək mövzusunda da çox seçicidir. Məktəb həyatında zəkası və maraq duyğusu sayəsində müvəffəqiyyətli olar. Körpəliyindən etibarən öz-özünə çata bilən bir tip olmasına baxmayaraq, ictimailəşməyi və paylaşmağı da sevər. Qız bürcünün həzm və mərkəzi sinir sistemi həssasdır.
 
TƏRƏZİ
" Uyğun gəldi, barışdırıram, barışdıraram və dartaram" Tərəzini ifadə edən ifadələrdir. Uğurlu günü Cümə, uğurlu sayı 6-dır. Planeti Veneradır. Bir az utancaq və key, lakin çox sevimli bir körpədir. Daha körpəykən belə təhlükələrdən uzaq dayanar və çox az ağlayar. Dəcəllik onun uzağından belə keçməz, sevilmək üçün yaradılmışdır. Böyüdüyündə də ağıllı, dinc, sevimli, cazibədar, maraq mərkəzi daxilində bir uşaq olar. Özünü inkişaf etdirə biləcəyi biridir. Qabiliyyətli və optimistdir: doğru istiqamətləndirilsə çox müvəffəqiyyətli olar. Danışmağı və ictimailəşməyi olduğu kimi paylaşmağı da çox sevər. Estetik və ədalət, kiçik Tərəzi üçün çox əhəmiyyətlidir. Ətrafını gözəlləşdirməyə çalışar, əskiklik gördüyündə tənqid edər. Ədalətli olmadığına inandığı bir davranış qarşısında, isyankar yanı ön plana çıxa bilər: ya düzəldər ya da oradan uzaqlaşar. Tərəzi bürcünün böyrəkləri və bel bölgəsi həssasdır.
 
ƏQRƏB
"Mən istəyərdim ki, şübhələnirəm, araşdırıram" şəklindəki sözlər Əqrəb bürcünü izah edər. Uğurlu günü Çərşənbə axşamı, uğurlu sayı 9, planeti Plutondur. Çalışqan, bacarıqlı, müvəffəqiyyətli, qərarlı: ancaq kaprizli, sirli və maraqlı bir uşaqdır. "Uşağım söz dinləmir, bir küncə çəkilib öz-özünə düşünür, bildiyini edir" cümlələr Əqrəb valideynlərininindir.. Hər an özünü aşmağa çalışar.. Uşaq olarkən belə insanları istiqamətləndirməyə huşunu itirər və ətrafındakı enerjini alması ilə tanınar. Ağlamaya başladığında səbəbini təxmin etmək sizin üçün çətindir, çünki kiçik Əqrəbiniz sirrindən də güzəşt verməz. O, ətrafındakı hər kəsin öz plan və qaydalarına uyğun gəlməsini gözləyər. Nə istədiyini bilər və bunu da açıqca ifadə edər. İstəsə məktəbin ən müvəffəqiyyətli şagirdi olar, amma istəməzsə onu yerindən belə tərpədə bilməzsiniz. Onunla mənalı bir ünsiyyət üçün, etibarını qazanmanız və dərin duyğularını sezə bilməniz lazımdır. Əqrəb bürcünün artırma və genetik orqanları həssasdır.
 
OXATAN
"Anlayıram, inanıram, görürəm, mənə görə çox açıq" Yay bürcünün cümlələridir. Uğurlu günü Cümə axşamı, uğurlu sayı 3 və planeti Yupiterdir. Göz oxşayan bir körpədir. Çox dəcəl, hərəkətlidir... İməkləməyə, hələ də getməyə başladığında onu diqqətlə izləməniz və qoruma altına almanız lazımdır. Çünki kəşf etməyi sevdiyindən tapdığı hər dəliyə girmək istəyəcək. Böyüdüyündə də ağıllı və köməksevər bir uşaq olar, onu görənlər "cin kimi uşaqdır maşAllah" demədən keçə bilməzlər. Yoldaş əldə etməyi yaxşı bilər və bir çox da yoldaşı olar. İstədiyi maneəni aşması heç çətin deyil. Utancaq, bir hərəkətli və hirsli davranışlar sərgiləyə bilər, əsla çaşmayın. Çünki o cüt şəxsiyyət daşıyar. Ancaq, əsla kölgədə qalmaz. Çalışqanlığıyla, dəcəlliyiylə, xoş söhbətiylə mütləq önə çıxar. Yay bürcünün qaraciyəri həssasdır.
 
OĞLAQ
"Mən istifadə edərəm, faydalanıram, ehtiyacım var, tamamlayaram, məsuliyyətim var" şəklindəki sözlər Oğlaq bürcünü yaxşı izah edər. Uğurlu günü Şənbə, uğurlu sayı 8 və planeti Saturundur. Körpəykən belə ciddidir, gülümsəməsi müəyyən naməlumdur. Səssiz, saki, sanki bir şeylər söyləmək istəyirmiş də, dərhal ardından imtina edirmiş, kimi rəftarlar edər. Oğlaq körpəsinin doğulduğu gündən etibarən bir planı olar və bu plana bağlı qalar. İntizamlı, metodik və son dərəcə nizamlıdır. İnsanda böyümüş də kiçilmiş hissi oyandırar. Macəranı sevməz. Dərsini yaxşı anlaya bilmək üçün yavaş- yavaş amma həzm edərək çalışar. Kiçikliyindən etibarən özünü əhəmiyyətli hiss edər. Bu səbəblə ona məsuliyyət verməkdən qaçmayın. Oğlaq bürcünün sümükləri və dərisi həssasdır.
 
DOLÇA
"Heç bir şey bilmədiyimi bilirəm, icad edirəm, kəşf edirəm" dolça bürcünü ən yaxşı təsvir edən sözlərdir. Uğurlu günü Bazar, uğurlu sayı 4 və planeti Urandır. Daha körpəykən bir yerlərdən atlayıb tullanmağa, gizli künclərə girməyi sevər və huşunu itirər. Və yaxşı ya da pis gördüyü hər şeyi təqlid etmək istər. Hər şeyi erkəndən və fərqli şəkillərdə qəbul edib öyrənəcəyi üçün, başqalarına öyrədəcək çox şeyi vardır. Ayrıca, öyrəndiyi hər məlumatı analiz etmək istəyər. Üsyankar bir körpədir, gözlənilməz davranışlar göstərməsinə nə qədər erkən uyğunlaşma təmin etsəniz o qədər yaxşı olar. Çox bildirməsə də dostcanlıdır: içinə qapandığı dövrlərdə öz dünyasında yaradıcı fikirlərlə məşğuldur. "Daha uşaq, nə anlar ki" deyə düşünmədən, onunla böyük insanla danışar kimi ünsiyyət qurmalısınız. Şüurla yaxınlaşmalısınız. Dolça bürcünün əzələləri və dövran sistemi həssasdır.
 
BALIQ
"İnanıram, arzulayıram, sezirəm, sevirəm" şəklindəki sözlər Balıqların ağzından tökülər. Uğurlu günü Cümə axşamı, uğurlu sayı 7 və planeti Neptundur. Dəcəl, inadçı, ağıllı, sulugözlü, qərarsız, hissi, çox danışan , tərs və müstəqildir. Ələ ovuca sığmayan, tez xəstələnən, yerli -yersiz ağlayıb arada bir gülən, arada xəyallara dalan, dəyişən ruh halları sərgiləyən maraqlı bir körpədir. İçindəki çətinliyi çölə atmaqdansa, içinə atmağı seçər. Fəryad edərək ağlamaq yerinə sızlanar. Ailə içindəki mübahisələrdən çox asan təsirlənər, hətta bunları əvvəldən sezər. Doğuşdan həssas olan Kiçik Balığınıza maraq və sevgini sıx olaraq verməniz, onu xoşbəxt edər. Böyüdüyündə də sıx dəyişmələr yaşamasına, standartlardan fərqli bir şəxsiyyət çəkməsinə hazırlıqlı olun. Bu şirin çayın axmasına icazə verin. Ona güvənsəniz, məktəb həyatında təxmin edə bilməyəcəyiniz qədər müvəffəqiyyətli olar. Balıq bürcünün ayaqları və sinir sistemi həssasdır.
(səs: 6)
Şərhlər: 15
Baxılıb: 5 614
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri