Bürcünüzə uyğun üzük seçimi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 16 552
Səs ver:
(səs: 6)
Qadınlar.biz bürclərə görə üzük seçimlərini sizlərə təqdim edir.

1.Qoç
Qoç bürcü qadını çox aktiv olduğuna görə rahat, lakin çox da böyük olmayan üzüklərə üstünlük verir. Göstərişi sevdikləri üçün qırmızı rəngli qaşlar onlar üçün ideal seçimdir. Həm bu bürcün xanımları brilliant qaşlı üzükləri çox sevirlər.
 

2. Buğa
Buğa bürcü qadını olduqca həssas və romantikdir. Odur ki, üzük seçərkən daha çox çəhrayı, mavi kimi həssas rəngli qaşlara üstünlük verir. Bundan əlavə onun üçün üzüyün yüksək keyfiyyətdə olması çox önəmlidir.
 

3. Əkizlər
Əkizlər bürcü qadını şən, enerjili və həmçinin olduqca qərarsızdır. Başqa məsələlərdə olduğu kimi, üzük seçərkən də dəyişkənliklər içərisindədir, asanlıqla bir stildən digər stilə keçə bilir. Odur ki, üzük seçərkən rənglər arasında qalmayın deyə, ən yaxşısı şəffaf rəngsiz qaşlı qızıl üzükləri seçməyinizdir.
 

4.Xərçəng
Xərçəng bürcü qadını evinə, ailəsinə, vərdiş və ənənələrə çox bağlı və həssas biridir. Daha çox klassikliyi və eleqantlığı sevdiyi üçün parlaq ağ və ya mirvari qaşlı gümüş üzüklər sizin üçün ideal seçimdir.
 

5.Şir
Şir bürcü qadını məğrur, özünə güvənən, cəsur və olduqca dürüstdür. Cəsur və özünə güvənən bir xanım olduğunuz üçün qızılı və ya sarı rəng kimi sevdiyiniz rəngdə qaşlı üzüklərdən ixtiyari birini seçsəniz, inanın, hər kəsin gözü barmağınızda qalacaqdır.
 

6. Qız
Qız bürcü qadını çalışqan, məsuliyyətli və çox xırdaçı, vasvası, detalçı biridir. Hər detala fikir verən olduğunuz üçün ən yaxşısı çoxqaşlı üzüklərdən uzaq durun, çünki onun hər detalını incələmək çox vaxtınızı aparacaqdır. Ən gözəli praktik, rahat, təkqaşlı incə üzüklərə üstünlük verməyinizdir.
 

7. Tərəzi
Tərəzi bürcü qadını cazibəli, rahatlıq sevən və azadlığa düşkün biridir. Onun üçün əhəmiyyətli olan özünün nə hiss etməsidir. Gözəllik anlayışı çox inkişaf etmiş olan tərəzi bürcü qdını üçün ən ideal seçim göy və ya göy çalarlı rənglərdə olan, üzərində qaşları bacardıqca çox olan üzüklərdir. Balans və simmetrikliyi sevdiyiniz üçün üzük seçimində də əminik ki, çoxqaşlılığa və simmetrikliyə olduqca çox üstünlük verirsiniz.
 

8. Əqrəb
Əqrəb bürcü qadını əzmli, ehtiraslı, ağıllı və olduqca qısqanc biridir. Qısqanc olduğu üçün daim gərginlik içərisindədir. Üzük seçərkən qara və qırmızı kimi tünd rəngli qaşları olan yüngül və diqqət çəkən üzüklərə üstünlük verməlisiniz.
 

9. Oxatan
Oxatan bürcü qadını mədəni, zarafatcıl, macərapərəst və güclü olmağı sevən biridir. Hökm və hakimiyyət rəngi bənövşəyi istər geyim, istərsə də üzük seçimində sizin ideal rənginizdir. Utancaq və tez bezən biri kimi ölçüdə və formada olduqca sadə üzüklərə üstünlük verməlisiniz.
 

10. Oğlaq
Oğlaq bürcü qadını şən, evcil, çalışqan, dürüst və xəsislik dərəcəsinə çatacaq qədər tutumlu biridir. Ənənələrə çox dəyər verən oğlaq bürcü qadını üçün məlumatlılıq və incəlik oldqca önəmlidir. Odur ki, incə, sadə xırda şəffaf qaşlı və çox da bahalı olmayan gümüş üzüklər sizin üçün olduqca ideal seçimdir.
 

11. Dolça
Dolça bürcü qadını azadlığına düşkün, bədxərc, qərarlı və bacarıqlı biridir. Firuzəyi sizin rənginizdir, odur ki firuzəyi rəngdə böyük qaşlı üzüklər sizin azadlıq sevən ruhunuza çox uyğun olacaqdır.
 

12. Balıqlar
Balıqlar bürcü qadını ehtiraslı, tutduğunu qoparan, su kimi axar, xoş xasiyyətli biridir. Sizin rənginiz həfif dəniz yaşılıdır. Üzük seçərkən okean parıltısını əks etdirəcək şəffaf qaşlı brilliant üzüklər sizin üçün mükəmməl seçim olacaqdır.

(səs: 6)
Şərhlər: 13
Baxılıb: 16 552
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri