Bürclərə görə hədiyyə seçimini necə etməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 7 906
Səs ver:
(səs: 4)
Qoç üçün hədiyyə.
Qoçların xasiyyəti gizliliyi və sirli olması ilə seçilir. Məhz bu səbəbdən onlara adi hədiyyələr vermək məsləhət deyildir. Məsələn Qadın-qoç üçün gül dəstəsi çox adi gələr. Onun əvəzinə ona müxtəlif fiqurlar hədiyyə edə bilərsiz. Siz sadəcə öz zövqünüz ilə seçilməli olacaqsınız. Çünki onlar hər şeyin sirliliyini sevirlər. Hətta siz adi ətir şüşəsi belə hədiyyə etsəz onu qeyri-adiliklərlə bəzəməyə çalışın. Unutmayın ki, qoçlar hədiyyənin xarici görkəminə xüsusi diqqət yetirirlər.

Buğa üçün hədiyyə
Qadın-buğaya hədiyyə edərkən onun zərifliyini xüsusi olaraq nəzərə almaq lazımdır. Onlar təzə gülləri və bəzəyi çox sevirlər. Əgər siz bu qadına hədiyyə etmək istəyirsinizsə onu restorana dəvət edə bilərsiz. Restoran nə qədər rahat olarsa onu bir o qədər sevindirmiş olarsınız. Unutmayın ki, buğalar diqqətsizliyi heç sevmirlər.

Əkizlər üçün hədiyyə.
Bu xanımlar müxtəlif maraqlara sahibdirlər. Hədiyyə seçimində yanılmaq qətiyyən olmaz. Bunun üçün onu yaxşı tanımaq gərəkdir ki, xüsusi hədiyyə ilə qiymətləndirə biləsən. Düşünün o keçən ay və yaxud əvvəl nə iləsə maraqlanırdısa onu ona hədiyyə etməyə çalışın. Bu xanım klasshikanı çox sevir. Eyni zamanda bu xanımlar intellegenti ilə seçilirlər. Bu səbəbdən ona hər zaman kitab hədiyyə etmək olar.

Xərçəng üçün hədiyyə,
Onlar çox kaprizli və tələbkar olması ilə seçilirlər. Onlar çox yaxşı yoldaş ola bilirlər. Onun üçün ən yaxşı hədiyyə diqqətdir. Daim izləmək lazımdır ki, bu bürcün nümayəndələri nəyi xoşlayır, nədən bəhs edir. Ona şirniyyat və kimi adi hədiyyələr hədiyyə etməyə çalışmayın. Etdiyiniz hədiyyəni xüsusi bağlamağı və bəzəməyi də unutmayın. Bu xanımlar eyni zamanda geyimi həddən çox sevəndilər.

Şirlər üçün hədiyyə.
Bəli! Bu xanımlara nə hədiyyə edəsən ki razı qalsınlar??? Hər kəs bunu düşünməkdədir. Onlar hə şeyin gözəlini, bahalısını, qəribəliyini sevirlər. Onları qane etmək qeyri- mümkündür. Hədiyyənin xarici görkəmi içindəkindən onlar üçün daha önəmlidir. Onun üçün hər şeyin nadirini, bahalısını hədiyyə edin. Bu bürcün nümayəndələri gözəl görkəmi ilə seçildikləri üçün hər şeyin gözəlini də daim tələb etməkdədirlər. Eyni zamanda çox qısqancdırlar. Çalışın hədiyyənizdə heç bir bənzərlik tapmasınlar!

Qız üçün hədiyyə.
Bu bürcün nümayəndələri öz emosiyalarına çox tez təslim olandılar. Bu səbəbdən onlara hədiyyə etdiyiniz zaman cavab olaraq onlardan inanılmaz sevinc gözləməyin. O daha çox antik hədiyyələri sevir. Xüsusi fikir verdiyi hədiyyənin onun zövqünü bəzəməsi və səliqəli olmasıdır. Onu hər hansı filmə dəvət edə bilərsiniz. Qızlar gəzməkdən və istirahətdən çox xoşlanarlar. Hədiyyənin keyfiyyətinə ən azı qiyməti qədər fikir verməyə çalışın.

Tərəzilər üçün hədiyyə.
Bu bürcün nümayəndələri harmonik münasibətlərə olan asılılığı ilə seçilirlər. Onlar mülayimdirlər və həmişə yumoru dəyərləndirməyi bacarırlar. Çalışın onların əhval-ruhiyyəsinin yaxşılaşmasına səbəb olacaq hədiyyələr edin.

Əqrəblər üçün hədiyyə.
Onlar həssas təbiəti ilə seçilirlər. Onlarla ünsiyyətdə olduğun zaman onların qanlarının sanki alovlu olduğunu unutmamaq lazımdır. Onlar hörmətə alışıq insanlardılar. Bu səbəbdən onları razı salmaq bir az çətindir. Adətən onlar hər şey sahib olan insanlar olurlar. Buna görə hədiyyə edərkən sadəcə olaraq onları təəccübləndirməyi bacarmalısınız.

Oxatan üçün hədiyyə
Bu xanımların əsas keyfiyyəti- ağıllı olmalarıdır.
Onlar hədiyyə edərkən daim düşünürlər: " Hansı hədiyyəni edim ki, original görünmüş olsun?!. Sadəcə olaraq sağlam ideyalarınızı irəli sürün. Bu hədiyyə seçiminə də böyük təsir edəcək. Bu xanımlar fiziki formada qalmaqları üçün daim çalışmaqdadırlar . Məhz bu səbəbdən onlara sport hədiyyələri verə bilərsiz. Eyni zamanda bu xanımlar səyahəti çox sevirlər. Bu səbəbdən onları hər hansı bir yerə səyahətə ürəklə dəvət edə bilərsiz.

Oğlaq üçün hədiyyə
Bu xanımlar ciddiliyi ilə seçilirlər. İllərlə gözəlliklərinin qayğısına qalan bu qadınlar sonda istədikləri nəticəni əldə edə bilirlər. Onlar istəyirlərki, hər kəs tərəfindən xoş qarşılansınlar bu səbəbdən heç vaxt hədiyyəyə görə narazıçılıqlarını bildirməzlər. Onlar gülləri çox sevirlər. Çünki gül diqqətin rəmzidir. Bu bürcün nümayəndələri isə ən çox diqqəti tələb edirlər. O original hədiyyələri sevir. Ona original rəsmlər və portretlər hədiyyə etməyə çalışın.

Dolçalar üçün hədiyyə.
Bu xanımlar hər şeyin gözəlini tələb edirlər. Onlara bahalı hədiyyələr etməyə çalışın. Keyfiyyətlə bərabər qiyməti də daim nəzərə alırlar. Tələbkardırlar. Hədiyyəni çox sevən dolçalar hədiyyələri ilə öyünməyi də sevirlər.

Balıqlar üçün hədiyyə.
Balıqlar individuallığı ilə seçilirlər. Romantik və xəyalpərəstdirlər. Bu onların hədiyyə seçiminə də təsir edəcək. Çox qərarlıdırlar. Həyat tərzləri çox fərqlidir. Fərqliliyi sevən bu xanımlar fərqli hədiyyələr almağı da xoşlayırlar. Məsələn ona həmişə: gül hədiyyə etməyə çalışmayın, o bundan bezəcək. Fərqli hədiyyələr seçin ki, bundan daim razı qala bilsin.
(səs: 4)
Şərhlər: 13
Baxılıb: 7 906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri