Əkizlər bürcü uyğunluğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 49 021
Səs ver:
(səs: 6)
ƏKİZLƏR - QOÇ
%70 Aranızda qızdırmalı və uyğun bir əlaqə ola bilər. Əkizlər qadınının yerində dayana bilməyən, hərəkətli, ağıllı bir kişiyə etiraz etməsi qeyri-mümkün kimidir. Bir-birinizi anlamağa çalışdığınız və birbinizə hörmət etdiyiniz müddətcə yaxşı dolana bilərsiniz. Lakin Əkizlər qadınının başındakı qarma-qarışıq hallar  zamanla Qoç kişisinin özünü çətin vəziyyətlər içində tapmasına və qısqanclıq böhranı yaşamasına səbəb ola bilər. Əkizlər bu mövzuda həssas və incə düşüncəli davranmazsa bir-birlərindən sürətlə uzaqlaşarlar.

ƏKİZLƏR - BUĞA
%70 Zodiyakda hər bürc bir əvvəlki bürcün əskikliyini tamamlayar. Əkizlər bürcü Buğadan sonra gəlir və Buğanın əskikliklərini tamamlayar. Əkizlər qadını praktikliyi və enerjisiylə Buğanı  tamamlayır. Buğa  kişisinin Əkizlərin ruhi duyğu dəyişmələrini anlaması çətin olsa da qarşılıqlı anlayış ilə əlaqələrini rahatca davam etdirə bilərlər. Əgər cinsi baxımdan da uyğunlaşmanı tutarlarsa bir ömür boyu xoşbəxt ola bilərlər. Seksual baxımdan Buğa bürcü Əkizlərdən  daha arzuludur. Əgər Əkizlər də onun qədər ehtiraslı olmazsa əlaqələri təhlükəyə girə bilər.

ƏKİZLƏR - ƏKİZLƏR
%80 Bu iki xarakter bir-birinə çox bənzər. İki tərəf də çox doludur və zamanları yoxdur. Ayrıca ikisi də mehriban, hərəkətli və səmimidir. Dəyişik mühitlərə girməyi və yeni insanlarla tanış olmağı sevərlər. Azadlıqçı bir dünyagörüşünə sahib olduqları üçün bir-birlərinə hörmət edərlər və məhdudlaşdırmalar etməzlər. Bir çox mövzuda razılaşdıqları üçün  çox mübahisələri  olmaz, amma bir müddət sonra bir-birlərinə bu qədər bənzəmələri əlaqənin darıxdırıcı hala gəlməsinə səbəb ola bilər.

ƏKİZLƏR - XƏRÇƏNG
%50 Xərçəng kişisi üçün Əkizlər qadını çox şən və hərəkətlidir. O, duyğulu, çalışqan, məsuliyyət sahibi və müvəffəqiyyətə əhəmiyyət verən bir quruluşdadır və bundan başqa cox  evcanlıdır. Evi sanki onun qalası kimidir. Özünü evində rahat və xoşbəxt hiss edər. Sevdiyi adamı maraq. və sevgisiylə nazlamağı çox sevər. Ona kifayət qədər maraq və zaman ayırmadığınızda onu sevmədiyinizi düşünə bilər. Əgər ona sadiq qalar və sevginizi sıx bir şəkildə ifadə  edə bilsəniz onunla bir ömür boyu xoşbəxt ola bilərsiniz.

ƏKİZLƏR  - ŞİR
%80 Hər zaman təriflənməyə  ehtiyac duyan və heç bir zaman geri planda qalmaq istəməyən Şir kişisi, etibarlı və sadiq bir sevgilidir. Əkizlərin şən və ağıllı rəftarlarından asanca təsirlənən bu kişinin sevdiyi adam üçün etməyəcəyi fədakarlıq yoxdur. Qoruma motivləri inkişaf etmiş və çalışqan Şir kişisi nümayişə və lüksə düşkündür. Aranızda uyğun bir əlaqə ola bilər. Şəxsiyyət xüsusiyyətləri baxımından əhəmiyyətli bir ziddlik yaşamasanız onunla birlikdə çox xoşbəxt ola bilərsiniz.

ƏKİZLƏR - QIZ
%40 Əkizlər qadını söhbətcil  və praktikdir. Qız kişisi isə həqiqi və məntiqli… Hadisələrə hər vaxt məntiq çərçivəsindən baxan  bu kişi ilə aranızda çox uyğun bir-birlikdəlik olmaz. Qızın hər şeyi planlı və proqramlı bir şəkildə təşkil etməsi Əkizləri  sıxacaq. Bu ikilik seksual baxımdan da uyğun bir cüt meydana gətirməz. Əkizlər çox istəkli və ehtiraslıdır, Qız  kişisinin isə prioritetləri başqa ola bilər.

Əkizlər - Tərəzi
%90 İki bürc də hava ünsürü  olduğundan aralarında uyğun bir əlaqə ola bilər. Ümumi mənada ikisi də  dəyişəndir. İkisi də azadlığına düşkündür. Bunun yanında Tərəzi kişisi daha mehriban və romantikdir. Əkizlər qadını isə ağıllı və söhbətcildir. Bu xüsusiyyətləriylə Tərəziyə asanca təsir edər. Tərəzi xırdaçı  olduğundan gözünə xoş görünən  baxımlı qadınlardan xoşlanar. İki tərəf də seksual baxımdan arzulu və ehtiraslıdır. Əgər sədaqət mövzusunda problem yaşamazlarsa əyləncəli bir-birlikdəlik yaşaya bilərlər.

ƏKİZLƏR - ƏQRƏB
%40 Əqrəb kişisinin qısqanclığı, Əkizlər qadınını hövsələdən çıxaracağı üçün əlaqə bir az çətin olacaq. Ancaq bu iki tip təbii cazibələrindən ötəri bir-birlərini çox çəkər. Əqrəb kişisi romantik, ehtiraslı və cazibədardır. Güvən və sədaqət onun üçün çox əhəmiyyətlidir. Güvəninin sui-istifadə edildiyini hiss etsə qarşı tərəfə acı  çəkdirmək üçün əlindən gələni edər. Bu əlaqənin davam etməsi  üçün Əkizlərin Əqrəbin hökm edici rəftarlarınıdan narahatlıq duymaması çox əhəmiyyətlidir. Əks halda əlaqə qısa ömürlü ola bilər.

ƏKİZLƏR - OXATAN
%80 Əkizlər qadını praktik zəkası və şən rəftarlarıyla Oxatan kişisinə asanca təsir edər. Oxatan kişisi də söhbətcil  və qaynayıb qarışan bir xarakterə malikdir. Əkizlər və Oxatan ümumi mənada yaxşı razılaşar və uyğun bir cütlük  olar. Ancaq  müstəqil şəxsiyyətlərindən ötəri bir-birlərindən qopma ehtimalları çox yüksəkdir. Əlaqədə iki tərəf də bağlanmaqdan qorxar. Eşq əlaqələri bitsə belə dostluqları mütləq davam edəcək.

ƏKİZLƏR - OĞLAQ
%40 Əkizlər və Oğlaq arasında çox uyğun bir əlaqə söz mövzusu olmaz. Oğlaq kişisi, Əkizlər qadınını çəkəcək xüsusiyyətlərə sahib deyil. Xüsusilə  Oğlağın  narahat və əsəbi quruluşu Əkizləri çox narahat edə bilər. Oğlağın qısqanc rəftarları Əkizlərin özünü məhdudlaşdırılmış hiss etməsinə səbəb olar. Yoldaş olaraq çox yaxşı razılaşacaq bu cütlük , sevimli olunca ancaq aralarındakı eşqin çox qüvvətli olması şərtiylə əlaqəni uzada  bilər. Əks halda bu əlaqə olduqca çətin olacaq.

ƏKİZLƏR - DOLÇA
%100 Hər iki bürc  hava qrupundandır və aralarında uyğun bir əlaqə olacaq. Əkizlər qadını kimi Dolça  kişisi də dəyişən və şəndir. Ayrıca ikisi də azadlığına düşkündür və məhdudlaşdırılmaqdan xoşlanmaz. Bu iki tip bir-birini olduqca cazibədar tapar və yaxşı yoldaşlıq qurar. Seksual baxımdan da olduqca uyğundurlar. İstək və arzularını bir-birlərinə ifadə etməkdən çəkinməzlər.

ƏKİZLƏR - BALIQ
%20 İlk başda hərəkətli və həyəcan verici bir-birlikdəlik kimi görünsə də Əkizlər və Balıq arasında çox uyğun bir əlaqə olmaz. Əkizlər qadını qaynayıb qarışan və söhbətcildır. Balıq kişisi isə  romantik və xəyalpərəstdir. Balıq kişisi, çox söhbətcil  deyil və Əkizlər bürcünün marağını çəkə biləcək mövzular haqqında danışmağı çox bacara bilməz. Seksual istiqamətdən də bir-birlərinin istəklərini qarşılaya bilməzlər.
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 49 021
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri