Xərçəng bürcü uyğunluğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 45 286
Səs ver:
(səs: 5)
Xərçəng - Qoç
%50 Xərçəng qadını ilə Qoç kişisinin çox uyğun olması gözlənilə bilməz. Xərçəng qadınlarının həssas, romantik quruluşu və romantik dərinliyi, Qoç kişisinin hərəkətli, xaricə dönük və azadlığına düşkün olması ilə zidd düşə bilər. Qoç bürcü kişisi, daha çox duyğularını xaricə vurmaqdan xoşlanmayan Xərçəng üçün zaman zaman incidici ola bilər. Qoç bürcü seksual baxımdan arzulu və ehtiraslıdır, Xərçəngin  prioritetində isə romantiklik və romantizm vardır. İki bürc arasında sıx bir eşq olsa da uyğun birlikdəlik çox çətindir.

Xərçəng - Buğa
%80 Bu iki bürc arasında uyğun bir əlaqə söz mövzusu ola bilər. İki tərəf də romantik dərinliyə, özünü etibarda hiss etməyə və sədaqətə əhəmiyyət verər. Maddi mövzularda iki tərəf də çalışqan və tutumludur. Aralarında problem  ola biləcək mövzulardan biri Buğa  kişisinin çox qısqanc olmasıdır. Xərçəng  qadını bu vəziyyəti anlaya bilməyəcək və çıxan narahatlıqdan narahat olacaq. Seksual istiqamətdən iki tərəf sanki bir-birini tamamlayarlar. Uzun və xoşbəxt birlikdəlikləri ola bilər.

Xərçəng - Əkizlər
%50 Əkizlər bürcünün dəyişən quruluşu və hərəkətli olması,  romantik Xərçəng  üçün ilk başda maraqlı olsa da uzun bir əlaqənin olacağını vəd etmir. Xərçəng  bürcünün bəzi romantik tərəfləri,  Əkizlər bürcünə komik gələcəkdir. Pis niyyətli olmasa da Əkizlərin məntiqli tərəfi Xərçəng  qadınının kövrək quruluşunu önə çıxarda bilər. Xərçəng  qadınının evində özünü etibarda hiss etməsinə qarşı Əkizlər kişisi bəzən evə girmək istəməyə bilər. Digər tərəfdən seksual olaraq da gözləmələri fərqli olacaq.

Xərçəng - Xərçəng
Xərçənglər arasında uyğun bir əlaqə olar. Xərçəng  ağıllı, romantik və sağlamfikirlidir. Xərçəng qadını özünə bir ömür boyu rahat və xoşbəxt hiss edəcəyi bir mühit hazırlayar. Xoşbəxt bir ev həyatının olmasını istər. Bir-birinə sadiq və əyləncəli bir partnyor olarlar. Seksual istiqamətdən iki tərəf də arzulu və ehtiraslıdır. Romantik baxımdan da bir-birlərini tamamlayarlar. Əgər fərdi problemləri ön plana çıxmazsa birlikdə uyğun və xoşbəxt birlikdəlik davam etdirə bilərlər.

Xərçəng -  Şir
Bu birlik klassik mənada uyğun sayılmasa da yaxşı ola bilər. Şir  kişisi Xərçəng  qadına görə olduqca fərqlilik göstərə bilər. Şir  həyata ehtiras ilə bağlıdır və istək doludur. . Heyran olunmaq və hörmət edilmək Şirin  ən böyük ehtiyacıdır. Pis günlər üçün bir kənarda pul yığmaq ağılının ucundan belə keçməz. Xərçəng  bürcü isə pulunu gələcək qayğısı ilə yığar. Şirin  aldığı  bahalı hədiyyələr Xərçəng  qadınının başını çevirə bilər. Seksual istiqamətdən iki tərəf də arzulu və ehtiraslıdır.

Xərçəng - Qız
%40 Xərçəng qadını ilə Qız kişisinin çox uyğun irəliləyən bir birlikdəliyi olmayacaq. Xərçəng bürcünün romantikliyinə Qız  bürcünün məntiqli yanaşması iki tərəfin də gözləmələrinin qarşılanmamasına səbəb ola bilər. Qız  bürcünün prinsipləri və bu prinsiplərə olan bağlılığı Xərçəng  qadını üçün məcburedici bir ünsürdür. Aralarında yaşanacaq ünsiyyət qopuqluqları geniş zaman kəsiyində birlikdəlikləri üçün ciddi problemlər yarada bilər. Xərçəng  bürcü qadını hər  nə  qədər yaxşı niyyətli davransa da, Qız  kişisinin tempi ilə  ayaqlaşa  bilməyəcəyi üçün əlaqə sonunda bədbəxt ola bilər.

Xərçəng - Tərəzi
%70 Xərçəng  qadını Tərəzi kişisinin xoş, cazibədar və dözülməz cazibəsinin qarşısında laqeyd qala bilməz. Ancaq Tərəzinin davamlı xarici dünya ilə əlaqə içində olması, Xərçəngin daha içə dönük və ailəsinə bağlı quruluşu aralarında problem meydana gətirə bilər. Tərəzi kişisinin isə əyləncəyə və insanlara ehtiyacı vardır. Tərəzi bürcü gələcəyini çox düşünməz, ya da düşündüyü qədəri Xərçəng qadını üçün kafi olmaya bilər. Uzun müddət  çıxan problemlərə ortaq şəkildə həll olmazsa bu əlaqənin ömürü qısa ola bilər.

Xərçəng - Əqrəb
%90 Xərçəng  qadını ilə Əqrəb kişisi arasında son dərəcə seksual və möhkəm bir əlaqə ola bilər. Xərçəng qadınının qorunma və etibarlı bir yerdə özünü hiss etmə arzusu özünü Əqrəb kişisinin qollarına buraxmaqla nəticələnəcək. Birlikdə bütün bir günü yataqda keçirə bilərsiniz! Əqrəb kişisi ilə Xərçəng  qadınının istəkləri az qala eynidir: Ev həyatı, özünə aid şəxsi həyat, uşaqlar və həyatın sonuna qədər möcüzəvi bir seks! Əqrəb bir az sabit fikirlidir. Onunla bir çox mövzuda danışaraq problemlərinizi həll edə bilərsiniz.

Xərçəng - Oxatan
%20 Xərçəng  qadını ilə Oxatan kişisinin bir araya gəlməsi əslində çox da yaxşı bir fikir deyil. Oxatan, yaxşı təhsil almış, mədəni, dəyişik maraq  sahələri olan biridir. Onun maraqlı danışması Xərçəng qadınının diqqətini çəksə də gələcəkdə çox da uyğun bir-birlikdəlik olmaya bilər. Xərçəng  bürcü hisslərinizə görə hərəkət edərkən, Oxatan ağıllı  və analızçidır. Oxatan  zaman zaman qürurlu, həyasız və nəzakətsiz ola bilər. Yataqda  Oxatan kişisi əyləncəli , Xərçəng qadını isə dərin və romantikdir. Bu iki bürc ilk başda bir-birlərindən təsirlənsələr də gələcəkləri yoxdur.

Xərçəng - Oğlaq
%70 Oğlağın ehtiraslı və müvəffəqiyyətə mərkəzli quruluşu Xərçəng  bürcləri ilə yaxşı razılaşmalarına səbəb olar. Xərçənglər də bu instinktə sahib olduğu üçün əlaqələri də məhsuldar və uzun olar. Oğlaq kişiləri praktik, möhkəm və etibarlıdır. Qazandıqlarını sərmayələrlə qiymətləndirər, Xərçənglər də təcrübə etməyi sevdiyindən bu mövzuda olduqca yaxşı razılaşarlar. Xərçəng qadını bu əlaqəyə hisslərini, romantikliyini qatar. Bu iki bürc yataqda da bir-birləriylə çox uyğundur. Oğlaq kişisinin bir çox pərəstişkarı olsa da eşqbazlıq etməyəcək, əlaqəsinə sadiq qalacaq. Bu da Xərçəng  qadınının ehtiyacı olan güvən duyğusunu yaradacaq.

Xərçəng - Dolça
%40 Xərçəng qadını ilə Dolça  kişisi ayrı dünyaların insanlarıdır. Dolça  insanı, həyatı araşdırmaçı bir elm adamı kimi yasar. Məlumatları yığıb məntiqli nəticələr çıxarmağa çalışar. Xərçəng isə ürəyinin səsinin onun həmişə doğru istiqamətə apardığını düşünər və ona görə hərəkət edər. Dolça  kişisi əlaqəsində məsafəli bir rəftar sərgiləyə bilər. Başda onun bu maraqsız havası sirrli gəlib Xərçəng qadınını çəksə də zamanla incidici bir hal ala bilər. Dolça  fərdidir, bir cüt kimi hiss edə bilməz və düşünə bilməz. Buna görə də əlaqədəki verici tərəf hər vaxt Xərçəng  olacaq. İki bürcün əlaqəsi həyəcanlı başlasa da ayrılıqla  bitə bilər.

Xərçəng - Balıq
%100 Balıq, Xərçəng  qadınlarının ən tez aşiq olduğu bürclərdən biridir. Balıq bürcünün hissləri də Xərçəng  bürcü qədər inkişaf etmişdir. Zodiyakın sonuncu bürcü olan Balıq özündən əvvəl gələn bütün bürclərə anlayış göstərər. Yalnız səthdə görünəni deyil, altında yatan gerçəkləri də görmədə ustadır. Balıq kişisi ilə Xərçəng  qadını eyni gözləmələrə malikdir. Rahat  bir ev həyatı, uşaqlar, yaradıcılığını ifadə edə bilmə fürsəti onlar üçün əhəmiyyətlidir. Balıq kişisi ilə Xərçəng qadınının əlaqəsi uyğunlaşma və eşq içində irəliləyəcək. Balıq kişisi eşqinin gücü ilə Xərçəng qadınını özünə bağlayacaq.
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 45 286
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri