Şir bürcü uyğunluğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 7 847
Səs ver:
(səs: 3)
Şir - Qoç
%70 Son dərəcə dinamik, böyük enerjilər ortaya çıxara biləcək bir-birlikdəlik… Şir hərəkətli, şən və girişkən bir qadındır. Qoç kişisi də dinamik və özünə güvənən bir quruluşdadır. Qoç kişisi zaman zaman əlaqələrində sədaqət problemi yaşayar. Əgər bu vəziyyətin önünə keçə bilsəniz əlaqəniz arzulu və ehtiraslı olacaq. Şirin hökm etməyi sevən quruluşu da bu əlaqədə məcburedici bir amil ola bilər.

Şir - Buğa
%70 Şir  qadını şən, girişkən, romantik və qürurludur. Buğa kişisi də eyni şəkildə romantik və həssas bir quruluşdadır. Buğanın hərəkətli və xaricə dönük quruluşu Şirin  qısqanclıq hisslərini oyada bilər. Əgər Buğa, təriflərlə Şirin qürurunu oxşayıb və onun etibarını qazanmağı bacarsa əlaqələri uyğun bir şəkildə yol ala bilər.

Şir - Əkizlər
%90 Əkizlər kişisi tam Şir qadınına görədir. Söhbətcil və girişkən quruluşuyla asanca diqqət çəkər. Ayrıca şən və romantikdir.  Əlaqənin davam edə bilməsi üçünsə Şirin sahiblənici və qısqanc rəftarlarına xoşgörüşlə yaxınlaşması şərtdir. Seksual baxımdan iki tərəf də arzulu və istəklidir. Uzun ömürlü çox uyğun və fəal bir-birlikdəlik yaşaya bilərlər.

Şir - Xərçəng
%60 Xərçəng  kişisinin özündən əmin davranışlarının ardında etibarsız bir ruh yatar. Şir qadınının etibarını qazanıb, onu açması uzun sürəcək. Şir qadını onun ürəyini fəth etməyi bacarsa, Xərçəng kişisi ona qarşı içdən və sadiq davranacaq. Xərçəng  kişisi evcanlıdir, Şir  isə xaricə dönük və gəzməyi sevən bir tipdir. Nəticə olaraq əlaqənin getməsi üçün bir-birlərini çox yaxşı anlaya bilmələri və xoşgörüşlü davranmaları lazımdır.

Şir - Şir
%80 İki Şir  arasında çox uyğun bir əlaqə ola biləcəyi kimi tamamilə uyğunlaşmasız bir əlaqə də ola bilər. Həm qadın, həm kişi bürcü od ünsürüdür  və eyni bürcdən qadın və kişinin bir çox ortaq nöqtəsi ola bilər. Hər ikisi də hərəkətli, şən, girişkən və romantikdir. Həyatın gözəlliklərinə, özünü göstərməyə  və firavanlığa  olduqca düşkündür. Eyni zamanda da qürurludur. Bir-birlərinə anlayış göstərdikləri və qarşı tərəfi  təzyiq altına almağa istəmədikləri müddətcə əlaqələri gedə bilər.

Şir  - Qız
%60 Şir  qadını hərəkətli, şən, girişkən və romantikdir. Həyatın gözəlliklərinə,  özünü göstərməyə  və firavanlığa olduqca düşkündür. Eyni zamanda da qürurludur. Qız  kişisi isə mehriban, yaxşı niyyətli, etibarlı və xırdaçıdır. Bir dəfə sevdiyi zaman etibarlı və sadiq bir aşiq olacaq. İkisi arasındakı əlaqənin çox uyğun olacağı deyilə bilməz amma bir-birlərinə anlayış göstərsələr yaxşı bir əlaqələri ola bilər.

Şir - Tərəzi
%90 Tərəzi kişisi şəndir və Şir  qadınına çox uyğun  gəlir. Şir qadını da şən, qaynayıb-qarışan və romantik rəftarlarıyla Tərəzi kişisini asanca təsiri altına ala bilər. Bu iki bürcün insanı eşq həyatında çox yaxşı razılaşacaqları kimi iki yaxşı da yoldaş olacaq. Tək problem  Şir  bürcünün qürurunun ön plana çıxması ola bilər. Bu vəziyyətdə də Tərəzinin tarazlıqlayıcı bir tutum içinə girməsi lazımdır.

Şir - Əqrəb
%80 Əqrəb kişisinin sehrli cazibə qüvvəsi Şir qadınını asanca təsiri altına alacaq. İkisi arasında uyğun və ehtiraslı bir əlaqə ola bilər. Tək Əqrəbin ikili əlaqələrdə çoxca qısqanc olması əlaqənin bezdirici olmasına və zərər görməsinə səbəb ola bilər. Şir  qadını da Əqrəbi təzyiq altına almağa çalışmamalı  və ona hökm etməyə qalxmamalıdır. Çünki gözləmədiyi qədər sərt bir reaksiyayla qarşılaşa bilər.

Şir - Oxatan
%90 Oxatan  kişis i, hər vaxt macəra və meydan oxuma axtarışındadır. Getdiyi hər yerdə gözü çox yerlərdə  ola  bilər. Cəsarət və atılqanlığı (yaydan çıxma) Şir  qadınının olduqca xoşuna gələr. Bunun yanında, məsuliyyətsizlik və laqeydliyi də söz mövzusudur. İki ayrı micaza sahib bu iki adam, çaşdırıcı bir şəkildə çox yaxşı razılaşa bilər. Hətta uzun vəd edən evliliyə çevrilə biləcək uyğun bir-birlikdəlik olacaq.

Şir - Oğlaq
%40 Comərd və aristokrat Şir  ilə ehtiraslı və iş düşkünü Oğlaq  bürclərinin birlikdəliyi mümkün, ancaq iki tərəfində də əlindən gələni etməsi şərtdir. Şir  qadını romantik, şən, qaynayıb qarışan və  firavan həyat maraqlısıdır. Oğlaq kişisi isə Saturn tərəfindən idarə olunur, tədbirlidir və həyatı çox ciddi qəbul edir. İki bürcün insanı çox fərqli olsa da bir-birinə uyğun gəlir. Seksual baxımdan da bir-birlərinin istəklərini qarşılayarlar. Bir az səylə uzun bir evlilik  vəd edən uyğun bir ritm tuta bilərlər.

Şir - Dolça
%70 Dolça  kişisinin sevgi mövzusundakı israrı və səbri, Şir  qadınına təsir edər. Dolça  kişisi idealistdir, diqqətə çarpan bir həssaslığı vardır, bu səbəblə bir-birlərini tamamlayacaqlar. Şir  qadını, onu utopiyalar aləmindən alaraq, gerçəklər dünyasına endirəcək adamdır. Bir-birlərindən hər vəziyyətdə çox şey öyrənə bilərlər. Ortaq və fərqli nöqtələri onları tarazlıqda tutar. Dolçanın  Şirin qürurunu davamlı oxşaması və ikili  şəxsiyyət qarşıdurmalarından uzaq dayanmaları şərtiylə əlaqələri evliliyə qədər gedə bilər.

Şir - Balıq
%30 Şir  və Balıq bir-birindən çox fərqli iki bürcdür və bir araya gəlmələri olduqca çətindir. Şir  qadını hərəkətli, şən və qaynayıb qarışandır. Balıq kişisi isə  həssas və romantikdir. Balıq bürcü incə düşünər və xəyalpərəstdir. Şirlər isə başqalarının duyğularına çox əhəmiyyət verməzlər. Yenə də bir-birlərinə bir çox mövzuda dəstək olacaqları düşünülsə, qısa vədəli və ehtiraslı bir-birlikdəlik yaşaya bilərllər.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 7 847
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri