Balıq bürcü uyğunluğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 43 941
Səs ver:
(səs: 3)
BALIQ - QOÇ
%70 Balıq bürcü həssas və narındır. Qoç bürcü balıq bürcünün bu xüsusiyyətlərini çox bəyənər. Qoç isə içə dönük, tələsikçi, diqqətsiz və cürətlidır.Səthi   həyata tərəfdardır. Balıq isə həyatı dərindən yaşamaq istər. Bu mənada bir-birlərinə zidd düşərlər. Düşünmədən danışan Qoç kişisinin sözləri Balıq qadınını dərindən təsir edib üzər. Qoç kişisi sizin duyğularınızın altında yatan səbəbləri anlamaq üçün səy göstərməz. Qoç bürcünün meymun iştahı əlaqənin bitməsinə səbəb ola bilər. Qoç kişisinin bu mövzuda özünə diqqət yetirməsi lazımdır.

BALIQ - BUĞA
%30 Balıq və Buğa  arasında çox uyğun bir əlaqə olmaz. Çünki bu iki xarakter bir-birindən çox fərqlidir. Buğa  məntiqli, mehriban, sağlam fikirli və anlayışlıdır. Balıq isə romantik və xəyalpərəstdir. Balıq bürcünün bu cür dərin romantikliyini Buğa  anlamaqda çətinlik çəkər. Buğanın həyata dünyagörüşü olduqca həqiqidir. Bu səbəbdən Balığın bəzi mövzulardakı laqeyd rəftarları Buğanı  hövsələdən çıxarar. Buğa bürcünün maddiliyə çox əhəmiyyət verməsini də Balıq qadını anlaya bilməz. Bu iki bürc bir-biriylə yataqda da mükəmməl bir-birlikdəlik tuta bilməzlər.

BALIQ - ƏKİZLƏR
%40 Əkizlər bürcünün canlı və qaynar  bir quruluşu vardır. Girişkən, ictimai, əylənməyi sevən, teatra kinoya getməyi sevən bir şəxsiyyətə malikdir. Evdə oturmaqdan nifrət edər. Balıq bürcü isə bir az evə bağlı  bir quruluşu vardır. Əkizlər ilə Balığın aşması lazım olan ən əhəmiyyətli problemin  birinin  ictimai ikən digərinin az sosiyal olmasıdır. Seksual istiqamətdən isə Əkizlər bürcünün ehtiraslı quruluşu yanında Balıq bürcünün həddindən artıq romantikliyi ön plana çıxar. Balıq kişisinə düşən ən əhəmiyyətli vəzifə Əkizlərin duyğularını ortaya çıxaracaq mühiti hazırlamaq olacaq.

BALIQ - XƏRÇƏNG
%100 İki bürc də dərin duyğulara malikdir. Bir-birlərini anlama mövzusunda heç bir çətinlik çəkməzlər. Xərçəngin ailə qurma və yuva həsrəti Balıq bürcünün çox xoşuna gələr. Balıq incə düşünər və sevdiyi kişini xoşbəxt etmək və əzizləmək üçün əlindən gələn səyi göstərər. Pul mövzusunda Balıq maddiyyətə əhəmiyyət verməzkən Xərçəng çox hesablıdır. Təcrübə etməyi sevən Xərçəng bürcü ilə gələcəyiniz zəmanət altına almısınız deməkdir. Seksual baxımdan romantik və arzuludurlar. Uzun ömürlü, çox uyğun və xoşbəxt bir əlaqələri olacaq.

BALIQ - ŞİR
%80 Balıq ilə Şir  bürcünün ortaq xüsusiyyətlərindən  ikisinin də yaradıcı bürclər olmasıdır. Balıq bürcünü Şir  bürcünə heyran buraxan ən fundamental xüsusiyyət Şir  bürcünün sahib olduğu comərdlik və ehtişamdır. İki bürc də sənət və ədəbiyyata çox əhəmiyyət verər. Şir  bürcü Balıq bürcünə cəsur olma mövzusunu öyrədərkən Balıq bürcü də Şirə hiyləgər olmağı öyrədə bilər.  Uzun ömürlü, uyğun və gözəl bir əlaqə tutmaları mümkündür.

BALIQ - QIZ
%40 Qız  bürcü Balıq bürcünün ehtiyacı olan şeyləri təyin edər bu ehtiyacları aradan qaldırmaq üçün canla başla çalışar. Qız, Balığın xəyal dünyasının genişliyinə heyranlıq duyar və onun yanında olmaqdan xoşbəxtlik olar. Qız  bürcü idealist bir bürcdür. Kimsənin görmədiyini görər. İncə detallara əhəmiyyət verər. Tənqidçi bir şəxsiyyəti vardır. Balıq isə baxdığı hər şeyə gözəl gözlə baxdığı üçün gözəllik görər. Qız  bürcünün tənqidlərindən inciyə bilər. Bu mənada Qız  bürcü daha diqqətli danışmağa diqqət yetirməlidir.

BALIQ - TƏRƏZİ
%70 Balıq ilə Tərəzi zərif, nəzakətli və incə quruluşlu iki bürcdür. Balıq su elementinin Tərəzi isə hava elementinin təsiri altındadır. Hava və su uyğunlaşması göz qarşısında alındığında uyğun bir cütdür. Tərəzi bürcü mədəni hadisələri yaxından izləyər. Yeni açılan bütün məkanları izləyər. Bu mənada Balıq bürcünü çox rəngli və həyəcan dolu bir həyat gözləyir. Balıq bürcü mənəviyyata daha çox əhəmiyyət verdiyi üçün ictimai rəqabətlərin içərisinə girməz. Balıq ilə Tərəzi həyat olaraq fərqli qütblərdə olsalar da düşüncə və həssaslıq mövzusunda çox yaxşı razılaşan iki bürcdür.

BALIQ - ƏQRƏB
%80 Əqrəb bürcünün sadiq və tədbirli olması Balıq bürcünü cəzb edər. Əqrəb kişisi sıx duyğulara malikdir. Əqrəb kişisi tək qaldığı zaman mütləq onunla ünsiyyətə keçilməlidir. Balıq həssas duyğuları və inkişaf etmiş ayanlıqları ilə harada nə etməsi lazım olduğunu yaxşı bilər. Balıq qadınının özündən əmin rəftar sərgiləməsi Əqrəb kişisinin xoşuna gələr. Onu bu mübarizəsində sonuna qədər dəstəklər. Balıq bürcü ilə Əqrəb bürcü arasındakı cinsi uyğunlaşma da mükəmməldir. Balıq insanı üçün seks gerçək aşan ən müqəddəs şəkildə ifadə edilməsidir. Balıq bürcünün bu fikiri Əqrəbin olduqca xoşuna gələr.

BALIQ - OXATAN
%50 Oxatan bürcü açıq sözlü, Balıq bürcü kövrək olduğu üçün bu iki bürcün uyğunlaşması çox çətindir. Oxatan bəzən patavatsız olduğu və ağızından çıxanı qulağı duymadığı  üçün tez-tez Balıq bürcünü qıra bilər. Digər tərəfdən Balıq bürcünün həyata baxış şəkli Oxatanı  əyləndirə bilər.  Bu iki tip arasında seksual baxımdan çox da uyğun bir əlaqə olmaz. Balıq bürcünün romantik istiqaməti ağırlıq təşkil edəcəyindən Oxatan qədər aktiv olmayacaq. Ancaq Yay, Balıq bürcünün iç dünyasına girər və onu anlamaq üçün səy sərf etsə əlaqələri davam edə bilər.

BALIQ - OĞLAQ
%40 Balıq romantik, düşüncəli və səbirlidir. Bir dəfə sevdimi edə bilməyəcəyi fədakarlıq yoxdur. Hər mövzuda sevdiyi adama dəstək olar. Tək utancaq bir micazı olduğu üçün özünü ifadə etməkdə çətinlik çəkə bilər. Sevdiyi adama çox sahiblənər və qısqancdır. Tam bir güvən insanıdır. Lakin Oğlaq bürcünü anlamaq onun üçün çətin ola bilər. Çünki Oğlaq duyğularını bildirməz və incitməkdən qorxar. Oğlaq bürcünün hədəfləri böyükdür. Balıq bürcü bu hədəflərin sevgilərinin qabağına keçməsindən narahatlıq duyar. Oğlaq bürcünün materialist quruluşu romantik Balıq bürcündə qorxular meydana gəlməsinə səbəb olar.

BALIQ - DOLÇA
%30 Dolça  bürcü maraqsız və sirrli havası ilə Balıq bürcünün canını pis sıxa bilər. Dolça kişisi sabit fikirli, inadçı bir şəxsiyyətə malikdir. Balıq bürcünün isə dəyişən bir quruluşu vardır. Əlaqənin getməsi üçün Balıq bürcünün bir çox güzəşt  verməsi lazımdır. Dolça bürcü ictimai olaraq güclü bir şəxsiyyətə sahib kimi görünsə də təklikdə əslində zəiflikləri olduğunu görərsiniz. Bu da Balıq qadınına mənfi təsir edə bilər. Bütün ziddlikləri üzərində saxlayan Balıq bürcü ilə Dolça bürcünün razılaşması olduqca çətindir.

BALIQ - BALIQ
%100 Balıq kişisi ilə Balıq qadınının uyğunlaşması mükəmməldir! İki bürc də maddiyyətə əhəmiyyət vermədiyi üçün ən böyük çətinlikləri maddiyyətdən yana olar. Balıq bürcü təkliyi sevdiyi qədər birlikdə hərəkət etməyi də çox sevər. Buna görə partiyalarda, açılışlarda, əyləncələrdə olmaq üçün can qoyarlar. Balıq qadını ilə Balıq kişisinin cinsi uyğunlaşması da eynilə romantik əlaqələri kimi mükəmməldir. İnstinktləri qüvvətli olan Balıq qarşısındakı insanın nə istədiyini bilər və qarşısındakını xoşbəxt etmək üçün əlindən gələn hər şeyi edər.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 43 941
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri