Şir bürcü - Sevgi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 80 263
Səs ver:
(səs: 7)
Şir bürcü insanlarının eşq həyatı son dərəcə təsiredicidir. Cazibədar quruluşları sayəsində istədiklərini əldə edə bilərlər. Sevgiyə gəlincə, romantizmi də yaşamaq istəyərlər. Daim ürəklərindəki səsi dinləyərək hərəkət edərlər. Birlikdə olduğu adama hökm etmək və onu istədiyi kimi idarə etmək istər.

Şir Bürc Qadını Eşq həyatı
Şir bürcü qadını eşq həyatında azadlıq istər. Məhdudlaşdırılmaqdan xoşlanmaz. Ancaq sevdikləri zaman heç bir şəkildə partnyorundan imtina etməz və nə olursa olsun ona sadiq qalar. Kişisini xoşbəxt etmək üçün əlindən gələni edər. Özü nə qədər sadiqdisə, yoldaşından də eyni səviyyədə sadiq olmasını istər. Kiçik də olsa bir eşqbazlığı əsla qəbul etməz və qüruru qırılar. Yalnız aşiq olmadığı zaman asanlıqla tərk edə bilər və üzülməz. Şir bürcü qadınının ürəyini qazanmaq olduqca çətin bir vəziyyətdir. Ancaq iş ürəyini qazandıqdan sonra da bitmir. Şir qadını ilə birlikdə olan kişi hər zaman ona layiq olduğunu sübut etməlidir. Şir qadını ilə birlikdə olan kişinin xüsusilə qısqanc olmaması lazımdır. Çünki hər mühitdə gözlər Şir qadınının üzərində olar. Ancaq özü sevdiyi zaman olduqca qısqanc ola bilər.

Şir Bürcü Kişisi Eşq həyatı
Şir bürcü kişisi eşq həyatında olduqca aktivdir. Aşiq olduqlarında son dərəcə hökmedən və sahiblənən biri olduğunu söyləmək lazımdır. Şir bürcü kişisi bir qadına ya tamamilə sahib olmaq istər ya da heç. Aşiq olmadıqları müddətdə həyatlarına daima bir qadın girər, bir qadın çıxar. Ancaq aşiq olduqları zaman kimsə onu dayandıra bilməz. Bütün gücünü, aşiq olduğu adam ilə birlikdə olmağa xərcləyər. Şir bürcü kişisi eşq həyatında sevgilisini hər zaman xoşbəxt edər və sözün əsl mənasında cənnəti yaşadar. Ancaq unudulmaması lazım olan bir vəziyyət vardır. Şir bürcü kişisi əvvəlcə özünə aşiqdir. Ən yaxşısı olduğunu və bir nömrə olduğunu düşünər. Sevdiyi üçün hər şeyi etməyə hazırdır. Sevdikləri zaman son dərəcə qısqanc olduqlarını söyləmək lazımdır. Sevdiyi adamı kimsəylə bölüşməz. Partnyoru inadına bir rəftar edərsə, intiqam da ala bilər.
(səs: 7)
Şərhlər: 6
Baxılıb: 80 263
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri