Əkizlər bürcü- İş həyatı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 663
Səs ver:
(səs: 2)

Əkizlər bürcü deyildiyində unudulmaması lazım olan digər xüsusiyyətdə, azadlıq düşkünü olmalarıdır. Azadlıq ehtiyacları iş həyatlarına da əks olunmuşdur. Darıxdırıcı, stolarxası işlər onlara görə deyil. Qətiyyən məhdudiyyətlərə razı olmazlar. Hər zaman istədiyi kimi hərəkət etmək istərlər. Bu mövzuda qarşısına necə bir maneə çıxarsa çıxsın, öhdəsindən gəlməyi yaxşı bilirlər. Əmr almaq onlara görə deyil. Bu səbəblə iş həyatında daim öz işini qurmağın tərəfdarıdırlar. Davamlı olaraq əmr alsa mübahisələr yaşaya bilər. Pul qazanmanın yollarını asanlıqla tapa bilərlər.

Bürc Əkizlər olan insanlar, iş həyatında zəngin fikirləri və açıq fikirləri ilə hər sahədə müvəffəqiyyətli ola bilər. Ancaq özlərini sübut etmək istəyirlərsə, müstəqil çalışacaqları peşə həyatı əldə etmələri lazımdır. Xüsusilə dövlət işlərində, jurnalistikada, radio və televiziya quruluşlarında müvəffəqiyyətli ola bilərlər. Ayrıca olaraq, gəzməyi və davamlı hərəkət halında olmağı sevən Əkizlər insanı turizm işində də müvəffəqiyyətli ola bilər.

Əkizlər bürcü insanları üçün iş həyatında ən əhəmiyyətli amillər təkrarlıqdan uzaq olmaq və stress altında olmamaqdır.

Texnologiya mövzusunda müvəffəqiyyətli olan və müasir düşüncələrə sahib olan Əkizlər, mühəndislik, kompüter dünyası, elektron sahələr və təyyarə istehsalında müvəffəqiyyətli ola bilər. Bənzəri olmayan düşüncələr Əkizlər bürcü insanlarından çıxar və bu xüsusiyyətləri daima hər sahədə müvəffəqiyyətli olmalarını, ön plana çıxmalarını təmin edər. Zəkalarını,öz əlləri ilə istifadə etmələrini yaxşı bacararlar.

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 663
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri