Qız bürcü- İş həyatı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 964
Səs ver:
(səs: 2)

Qız bürcü insanları iş həyatında iddialı olması ilə daim müvəffəqiyyətli olar. Ancaq bu bürcün insanları gənc yaşlarda iş həyatını öyrənməlidir. Əks halda gəzməyi və əylənməyi daha çox sevə bilər. Ancaq mövzu Qız bürcü insanları olduğu üçün, həyatının hər sahəsində gözə dəyən nizam burada da özünü göstərər. İş həyatında nizamlı olmağı seçər. Əmr almağı sevməsə də, xahiş edildiyində bir işi sevə-sevə edərlər. İş masası daim nizamlıdır. Hər şey yerli yerində, bir sonrakı günü hazır bir şəkildə gözləyər. Pul qazanmağı yaxşı bacarırlar.

Qız bürcü insanlarının özəl həyatında problem yaradan bir çox xüsusiyyəti, iş həyatında özünə və komanda yoldaşlarına faydalı ola biləcək xüsusiyyətlərə sahib olmasıdır. Həm iş, həm də şəxsi həyatında güvən, mükəmməlilik, vəzifə öhdəliyi və səbr özünü göstərir. İş həyatında hər şeyin etibarlı olması üçün səbrli bir şəkildə gözləyər, məsuliyyətlərindən xəbədardır, etməsi lazım olanları bilir və hər şeyin mükəmməl olmasını istər. Etdikləri hər işin ola biləcək qədər keyfiyyətli olmasını istər. Müşahidə etdiyi bütün əksiklikləri bir risk kimi hesab edər ve aradan qaldırılmaq üçün əlindən gələn hər şeyi edər.

Qız bürcü insanları həkim və ya bank məmuru olaraq olduqca müvəffəqiyyətli işlərə imza ata bilər. Araşdırmaq qabiliyyətinə sahib olan Qız bürcü insanı dövlət məmurluğu, hakimlik və ya vəkillik kimi ya da elmi mövzularla əlaqədar işlərdə müvəffəqiyyətli ola bilər və yaxşı pul qazanar. Hədəflədikləri nöqtəyə səbrli və cəsarətli bir şəkildə yaxınlaşarlar. Çatdıqları hədəfdən asanlıqla imtina etməzlər. Ayrıca bir çox Qız bürcü insanı hiss etməsə də, demək olar ki, hamısının yazma qabiliyyəti olduqca yaxşıdır. Bu tərz qabiliyyətlərini istifadə edərək yazıçı və ya jurnalist ola bilərlər.

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 964
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri