Əqrəb bürcü- İş həyatı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 907
Səs ver:
(səs: 0)

Əqrəb bürcü insanları iddialı və qərarlı olması ilə iş həyatında da müvəffəqiyyətli ola bilər. İş mövzusunda daim yüksək səviyyəyə çıxmaq istər. Maddiyyətə əhəmiyyət verər. Əslində pulun, istədiklərinə nail olmaq yolunda bir vasitə olduğunun fərqindədir. Maddiyyətin verdiyi gücü istər. Pul qazanmağı yaxşı bilir. Ancaq istərsə, asanlıqla xərcləyə bilər. Əmr almağı çox sevməsə də, uyğunlaşa bilərlər. Əyləncəli işlər, Əqrəb bürcü insanlarına görədir.

Əqrəb bürcü insanları iş həyatında demək olar ki, hər sahədə əhəmiyyətli bir yerə malikdir. Həqiqətin arxasından qaçmaq istər və realistdir. Düşüncələri də dərindir. Zahirən ehtiraslı görünməyə bilər, ancaq vəziyyət əslində elə deyil. Ehtiraslarını öz içlərində yaşayarlar və məqsədlərinə görə hərəkət edirlər. Məqsədinə gedən yolda bir çox insanın nəzərə almadığı detalları nəzərə alar, baxdığı bucağın fərqli tərəflərini araşdırar və analiz edir. Hissləri ilə demək olar ki, hər şeyin fərqinə varırlar.

Əqrəb bürcü insanları iş həyatında şübhə ilə davranar. Bəlkə bu xüsusiyyətləri də ən böyük mənfi cəhətləri ola bilər. Güvənməkdə böyük çətinlik çəkər, bu səbəblə özünü aşan bir çox işin altına tək başına girə bilər. İdarə etməyi sevdiyi üçün idarəçilik işlərində müvəffəqiyyətli ola bilər, ancaq bəzən əsəblərinə nəzarət edə bilməmələri, problem yaşamalarına səbəb ola bilər. Asanlqla işini dəyişməz, sadiq və səbrli bir işçidir. Etdikləri işin gələcəyi olduğunu görsə, uzun müddət işləməyi və gözləməyi qəbul edər.

Əqrəb bürcü insanları kiçik problemlərlə qarşılaşsa belə yıxılmaz, ayağa qalxar və müvəffəqiyyətsiz olduğu işdə müvəffəqiyyətli olmaq üçün səylər göstərər. Dözümlülük tələb edən işlər Əqrəb bürcü insanlarına görədir. Analitik düşüncə strukturları ilə maddi mövzularda əhəmiyyətli addımlar atır və yüksək miqdarda pullar qazana bilər. Yaxşı bir ev sahibi olmaq, lüks bir avtomobilə sahib olmaq istər və bunun üçün lazımlı olan pulu da qazanmağı bacarırlar.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 907
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri