Oğlaq bürcü- İş həyatı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 036
Səs ver:
(səs: 1)

İş həyatında səbrli və əzmlidir. Ambisiyalarının sərhədi yoxdur. Bu da müsbət xüsusiyyətləri arasındadır. Qarşılarına məqsəd qoyduqları zaman, o hədəfə çatarkən göstərdikləri səy əsla bitməz. Bir mövzuda qərar verirsə əvvəlcə düşünər. Yaxşıca analiz edər. Yenə də çatdıqları nöqtə onları uzunmüddət xoşbəxt edə bilməz. Hər zaman daha yüksək nöqtələrə çıxmaq istər. Fikirləri olduqca zəngindir, təşəbbüskarlığı yüksək səviyyədə olduğu üçün bir sənaye zəngini ola bilər.

Peşə seçimini hansı sahədən etdiklərinin əslində bir əhəmiyyəti yoxdur. Bir çox insan üçün zirvə, Oğlaqlar üçün istirahət nöqtəsidir. Əsla çatdıqları nöqtə ilə kifayətlənməz, daima daha yüksək nöqtələrə göz qoyar.

Siyasi və elmi mövzular Oğlaqların qabiliyyətli olduqları sahələr arasındadır. Maaşı nə olursa olsun, bütün qabiliyyətlərini nümayiş etdirmək istəyirlər. Patron olsun və ya rəhbər olsun işçilərin boş oturmasına əsla dözümləri yoxdur. Ancaq tənqid də edə bilməzlər. İş yoldaşları ilə yaxından maraqlanar və bütün problemlərinə dəstək çıxar. Əslində buxüsusiyyətləri sayəsində iş həyatında sevilən insanlardır.

(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 036
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri