Hansı bürc hansı çiçəyi xoşlayır?

Müəllif: my_angel
Şərhlər: 21
Baxılıb: 7 156
Səs ver:
(səs: 5)
SÜMBÜL / QOÇ
`Qoç`un zamanı yazdır. Bu dövrdə sümbülün çiçəkləri ilə xoşbəxt olar. Yumşaq çəhrayı, mavi, bənövşəyi və ağ rənglər onu ovsunlayar. Yaz çiçəklərini ümumiyyətlə qışda evdə və şüşənin qarşısında yetişdirər. Beləcə onlarla həftələrcə xoşbəxt ola bilər.

LALƏ / BUĞA
Həyat sevinci ilə dolu olan buğa, canlı rənglərə sahib çiçəkləri sevər. Lalələr içində ən geniş varianta malikdir. Fərqli tonlarda olduğu kimi dəyişik şəkillərdə də əldə edilə bilər. Əgər bir bağçası yoxsa lalələr ilə dolu bir vaza da kafi olacaqdır.

GÜL / ƏKİZLƏR
Gül, `əkizlərin simvoludur. Çiçəklərin kraliçası olan gül xüsusilə əkizlərə çox təsir edər. Əkizlər yalnız onun cazibədarlığını deyil onun necə yetişdiriləcəyini də yaxşı bilir. Gülün baxımı və digər işlərinə də hakimdir.

AĞDƏNİZ LALƏSİ / XƏRÇƏNG
Aralıq dənizindən gələn anemon güclü rəngləri ilə `xərçəng`i ovsunlayar. `Xərçəng`in həyat tərzində olduğu kimi anemonlar da özlərinə məxsusdur. Kiçik və ya daşlı bağçalarda narahat edilmədən kiçik qruplar halında yetişirlər.

ORKİDE ÇİÇƏYİ / ŞİR
Yüksəyi sevən `şir`lər çiçəklərdə də dəbdəbəli olanlarını sevər. Orkide buna görə favoritləri arasındadır. Ovsunlayıcı və qeyri-adi rənglər onu çox təsir edər. Ekzotik gözəlliyi ilə bitkilər ailəminin ən böyük üzvlərindən olub 25.000-dən çox yabanı növü vardır.

MARGİT / QIZ
Baxımının asan və hər yerə uyğun gəlməsi səbəbiylə margit `qız` üçün uyğun çiçək dostudur. Rəngli və parlaq ağı ilə diqqət çəkər. `Qız`ın balkonda və ya bağçadakı seçimi rəngli növləridir.

DALYA / TƏRƏZİ
Çox qəşəng olan tərəzi barok gözəlliyə sahib dalyaları seçər. Sadə, yarı və ya tam dolu budağa növləri dəyişik rəngli və yarpaqlıdır. Növləri hər keçən il artmaqdadır.

EŞŞƏK TİKANI / ƏQRƏB
Əqrəblər hərəkəti sevər və hər boş zamanlarında gəzinti və gedişlər edər. Bu sırada dağlarda olan tikanların gözəlliyi marağını çəkər. Centiyane kimi digər dağ çiçəkləri də onu ovsunlayar.

ZANBAQ / OXATAN
Gözəl şəkli və xoş qoxusu ilə `oxatan`ı ovsunlayar. İlk seçimi ağ kral zambağı olsa da qırmızı atəş zambağı,alaca rəngli türk zambağı ona xoşbəxtlik verər.

AMARİL / OĞLAQ
Çalışqan oğlaq uzun boylu amarilləri sevər. İlk seçimi qırmızı çiçəkli növüdür. Özü kimi ona da diqqət göstərər və gələcək ildə də çiçək açmasını təmin edər.

QARDƏLƏN / DOLÇA
Kardelen qışdan sonra ilk olaraq açan çiçəklərdən biridir və yazın gəlişini xəbər verir. Xoşbəxt `dolça`, çəmənləri parlaq rəngləri ilə dolduran və daha fevral ayında ətrafa gözəl qoxular yayan bu çiçəyi çox sevər.

NƏRGİZ GÜLÜ / BALIQ
Yazda `balıq`ın doğumu ilə sarı rəngli nərgizlərin də çiçəkləri açar. Yaz çiçəyi ünvanı ona aiddir. Xüsusilə nərgiz parlaq sarı rəngi ilə ovsunlayıcıdır.
(səs: 5)
Şərhlər: 21
Baxılıb: 7 156
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri