Bürclərin təbii daşları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 28 264
Səs ver:
(səs: 9)
Təbii daşlar həm insana zərafət qatır, həm də şəfa verən və neqativ enerjini alan tərəfləri vardır. Hər bürcün üzərində daşıması halında özünü yaxşı hiss etməsinə səbəb olacaq təbii daşlar var. Bürcünə görə uğurlu təbii daşlarla maraqlananlar postun davamını oxuyaraq öyrənə bilərlər.

QOÇ: Bu bürcün bəzək daşı əzm və enerjini təmsil edən hematitdir. Sülh və rifah daşı kimi tanınır və suya atılanda qırmızı rəng verdiyindən qan daşı da deyilir. Qoç bürcünün uğurlu daşları: Yaqut, atəş opalı, çəhrayı turmalin.
     
BUĞA: Buğa bürcünün bəzək daşı estetik və gözəllik daşı olan agatdır. Bu daşın bir çox fərqli rəng variantları olur və hər birinin fərqli adları var. Buğa bürcünün uğurlu daşları: Çəhrayı mərcan, rodokrozit, rubelit, dumanlı kvars.
     
XƏRÇƏNG: Bu bürcün bəzək daşı cəsarət və səyi təmsil edən avanturin daşıdır. Yaşıl bir kvarsdır. Xərçəng bürcünün uğurlu daşları: Krizopraz, krisakola, zümrüd, peridot.
     
ŞİR: Şir bürcünü təmsil edən bəzək daşı kvars kristalıdır. Mənası buz deməkdir, stress daşı kimi tanınır. Şir bürcünün uğurlu daşları: İnci, mavi topaz, atəş opalı, nəcib topaz.
     
QIZ: Bu bürcdən olanların rəmzi olan bəzək daşı karneoldur. Qız bürcünün uğurlu daşları: Sitrin, nəcib topaz, pələng gözü, atəş opalı.
     
TƏRƏZİ: Bu bürcün bəzək daşı məhəbbəti təmsil edən çəhrayı kvars daşıdır. Tərəzi bücünün uğurlu daşları: Yaşıl turmalin, akuamarin, maqnezium silikat, dumanlı kvars.
     
ƏQRƏB: Bu bürcün bəzək daşı obsidiyendir. Münasibət rəmzi bir daşdır. Əqrəb bürcünün uğurlu daşları: Pişikgözü, qırmızı mərcan, rubelit.
     
OXATAN: Bu bürcün bəzək daşı müvazinəti təmsil edən sodalit daşıdır. Oxatan bürcünün uğurlu daşları: Kalsedon, mavi topaz, sapfir.
     
OĞLAQ: Bu bürcün bəzək daşı jasper olub, bağlılığı və səbri təmsil edir. Oğlaq bürcünün uğurlu daşları: Yosun agat, turmalin kvars, malasit, mərcan.
     
DOLÇA: Bu bürcün bəzək daşı flüorit olub, xoşbəxtlik daşıdır. Hərəkət halında olmağı təmsil edir. Dolça bürcünün uğurlu daşları: Türkuaz, akuamarin, şahin gözü, mavi topaz.
     
BALIQ: Bu bürcün bəzək daşı dürüstlük daşı olan ametistdir. Balıq bürcünün uğurlu daşları: Fluorit, atəş opalı, ay daşı, sugilit.
(səs: 9)
Şərhlər: 8
Baxılıb: 28 264
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri