Balıq bürcünün ümumi xüsusiyyətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 4 951
Səs ver:
(səs: 8)
Balıq insanı daim həssaslığı ilə tanınır. Çətin vəziyyətdə olan insanlara yardım etmək istəyir. Özündənrazı deyildir, ancaq etdiyi yaxşılıqlardan danışmaqdan xoşu gəlir. Çünki təqdir edilmək və başqalarını da bu kimi yardımlar etməyə yönəltmək istəyir. Ənənələrə və qaydalara bağlıdır.

Dürüstlük onun üçün önəmlidir. Diqqətcil olduğundan böyük acılara dözməkdə çətinlik çəkirlər. Belə anlarda həqiqətlərdən qaçmağa və öz xəyal dünyalarına sığınmağa çalışırlar. Balıq insanı yaradıcılığa meyllidir. Xəyal qurma qabiliyyəti sayəsində incəsənət sahəsindəki bacarıqlarını inkişaf etdirə bilir.

Sonda ortaya çox mükəmməl sənət əsərləri çıxa bilər. Ancaq özünə güvəni olmadığından biri onun bu yönünü kəşf edənədək səssizcə işlərinə davam edəcəkdir.

Yaşadığı yerin rahat və zövqlü olmasını arzulayırlar. Evlərində yaxınlarını qonaq etməkdən çox böyük zövq alırlar. Balıq bürcü insanları çox yaxşı ev sahibidirlər.

Bütün bu xoş və mülayim xarakterinin qarşılığında balıqlar həmçinin inadcıl insanlardırlar. Qıcıqlandırıldıqları zaman bu xüsusiyyətləri ortaya çıxmaqdadır və dəyişdirmək də mümkün deyil.
(səs: 8)
Şərhlər: 11
Baxılıb: 4 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri